Məhkəmə qərarları › İş №2(053)-562/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-562/2023

29.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-562/2023 29.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22 may 1980-ci il tarixdə Neftçala rayonu, Ramazanlı kəndində anadan olmuş övladı X1 24 iyul 2002-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, həyat yoldaşı X2 ilə 03 noyabr 1974-cü il tarixli birgə nikahlarından anadan olmuş 22 may 1980-ci il təvəllüdlü X5 24 iyul 2002-ci il tarixdə vəfat etmişdir. Onun ölümü haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 30 yanvar 2023-cü il tarixli, 05/31-76 nömrəli imtina məktubunda bildirir ki, X8 və X5 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, X3 və X1 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra dövlət qeydiyyatına alına bilər. Neftçala Rayon Mərkəzi Xəstəxanası “X12 06 fevral 2023-cü il tarixli, PHŞ 6-63/2-10 102/2023 nömrəli imtina məktubunda bildirilir ki, Neftçala rayon, Ramazanlı kəndində yaşamış, 27 fevral 1978-ci il təvəllüdlü X3 02 may 2012-ci il tarixdə, 22 may 1980-ci il təvəllüdlü X1 24 iyul 2002-ci il tarixdə ölməsi ilə bağlı Neftçala Rayon Mərkəzi X4 Şəxsin statistika bölməsində məlumat olmadığından ona ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir və verilməsi mümkün deyildir. X1 24 iyul 2002-ci il tarixdə vəfat etməsi onun məzar daşında qeyd edilməsi ölüm tarixi ilə təsdiq olunur. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Qaçaqkənd kəndi İƏD üzrə nümayəndəsinin 03 aprel 2023-cü il tarixli, 40 saylı arayışından görünür ki, X1 nümayəndəlik ərazisində yerləşən Ramazanlı kənd qəbiristanlığında dəfn edilməsini göstərən məzar daşı olsa da, nümayəndəlikdə ölümün dövlət qeydiyyatına alınması ilə bağlı hec bir məlumat yoxdur. X1 ölüm faktının müəyyən olunması vərəsəlik işinin aparılması üçün ona lazımdır. Bildirir ki, Qöncə İbadova xəstəlikdən yaşadıqları mənzildə vəfat etmişdir. Ölüm haqqında şəhadətnaməni başqa cür əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 və X6 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, X2 ilə X7 arasında nikah 03 noyabr 1974-cü il tarixdə 186 nömrəsi ilə qeyd edilmiş, nikahdan sonra arvada “İbadova “ soyadı verilmişdir. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X5 22 may 1980-ci il tarixdə anadan olmuş, X2 atası, Ərizəçi isə anasıdır. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X12 arayışından görünür ki, 22 may 1980-ci il tarixdə anadan olmuş və 24 iyul 2002-ci il tarixdə yaşadığı evdə vəfat etmiş X1 ölümü haqqında Neftçala RMX-sı PHŞ-si tərəfindən ölüm haqqında heç bir tibbi sənəd verilməmişdir. Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Qaçaqkənd kənd İƏDÜN-nin 40 №-li məktubunda qeyd edilir ki, X1 nümayəndəlik ərazisində yerləşən Ramazanlı kənd qəbiristanlığında dəfn edilməsini göstərən məzar daşı olsa da, nümayəndəlikdə ölümün dövlət qeydiyyatına alınması ilə bağlı heç bir məlumat yoxdur. “Məzar daşı” abidəsinin fotoşəkillərində X1 doğum tarixi 22 may 1980-ci il, ölüm tarixi isə 24 iyul 2002-ci il kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 30 yanvar 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 22 may 1980-ci il tarixdə Neftçala rayonu, Ramazanlı kəndində anadan olmuş X1 24 iyul 2002-ci il tarixdə Neftçala rayonu, Ramazanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar