Məhkəmə qərarları › İş №2(053)-589/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-589/2023

15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-589/2023 15.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Rəhmanov Elxan Abbasağa oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 iyun 1971-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş və 07 yanvar 2022-ci ildə vəfat etmiş X3 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, 27 iyun 1971-ci il təvəllüdlü Neftçala rayonu, Bankə qəsəbə sakini X5 ilə 20 iyul 2002-ci ildə ailə həyatı qurmuşdur. Aqil 07 yanvar 2022-ci ildə vəfat etmişdir. Ona ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs 11 aprel 2023-cü il tarixli cavab məktubunda ona əri X5 barədə müraciətinin araşdırıldığını və aparılmış yoxlama nəticəsində onun ölümü haqqında akt qeydinin aşkar olunmadığını bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilməməsi səbəbindən ərinin ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məsələ ilə əlaqədar hüquqi yardım alması üçün vəkilə müraciət etmiş və sonuncu tibbi şəhadətnamənin verilməsindən ötrü «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X14 yazılı müraciət etmişdir. Həmin tibb müəssisəsinin vəkilə ünvanladığı 03 may 2023-cü il tarixli məktubda 27 iyun 1971-ci il təvəllüdlü X3 07 yanvar 2022-ci ildə ölməsi ilə bağlı müəssisənin statistika bölməsində məlumatın olmaması səbəbindən ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi, eyni zamanda verilməsinin mümkün olmadığı bildirilmişdir. X11 göstərilən tarixdə dünyasını dəyişməsi onun məzar daşında qeyd edilmiş ölüm tarixi ilə təsdiq olunur. Bundan əlavə X3 07 yanvar 2022-ci il tarixində vəfat etməsi və «Pirətəvan» adlanan Neftçala şəhər qəbiristanlığında dəfn olunması şahidlərin ifadələri ilə də təsdiq edilə bilər. Qeyd edilənlərlə yanaşı Neftçala Rayon İcra Hakimiyyəti başçısının Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 may 2023cü il tarixli arayışda da X3 07 yanvar 2022-ci il tarixdə vəfat etməsi və Neftçala şəhər «Pirətəvan» qəbiristanlığında dəfn olunması göstərilib. X2 ölüm faktının müəyyən edilməsi vərəsəlik işlərinin aparılması üçün zəruridir. Ölüm haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Nikahın bağlanması haqqında» şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 27 iyun 1971-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş vətəndaş X5 ilə xx xxxxxxx 1979-cu ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş X6 20 iyul 2002-ci ildə nikah bağlamış, müvafiq nikah həmin tarixdə Neftçala rayon VVADQ şöbəsi tərəfindən akt qeydləri kitabında 146 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada «Allahverdiyeva» soyadı verilmişdir. Neftçala RPŞ tərəfindən 25 iyul 2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Neftçala rayonu, 1-Mayak kəndində qeydiyyatdadır. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X13 arayışından görünür ki, Neftçala rayonu, İ Mayak kəndində yaşamış 27 iyun 1971-ci il təvəllüdlü X3 07 yanvar 2022-ci ildə ölməsi ilə bağlı «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X13 statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir və verilməsi mümkün deyildir. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 may 2023-cü il tarixli arayışında qeyd olunur: «…X1 rayonunun Bankə qəsəbəsində qeydiyyatda olmuşdur. Yaxın qohumlarının verdiyi məlumata əsasən xx.xx.2022-ci il tarixdə vəfat edib və Neftçala rayon Pirətəvan qəbiristanlığında dəfn olunub…». İş materiallarına əlavə edilmiş qəbiristanlıq ərazisindən çəkilmiş məzar daşı fotoşəkilinin üzərində «X4», xx.xx.1971 – xx.xx.2022 yazısı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 11 aprel 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 27 iyun 1971-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş X3 07 yanvar 2022-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar