Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-619/2024 18.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 06 avqust 1963-cü ildə Neftçala rayonu, Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Beşdəli kəndində doğulmuş qardaşı X2 22 dekabr 2011-ci ildə Neftçala rayonu, Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Beşdəli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, qardaşı X8 06 avqust 1963-cü ildə Neftçala rayonu, Beşdəli kəndində doğulmuş, 22 dekabr 2011ci ildə ağ ciyər çatışmamazlığı səbəbindən ev şəraitində vəfat etmişdir. Qardaşını Beştalı kənd qəbristanlığında dəfn etmişlər. Dəfn mərasimi adət-ənənəyə uyğun şəkildə keçirilmiş və mərhuma qəbrüstü abidə olaraq məzar daşı qoyulmuşdur. Məzar daşının üzərində onun adı, soyadı, həmçinin doğum və ölüm tarixləri qeyd edilmişdir. Buna baxmayaraq mərhum qardaşının ölümü aidiyyəti dövlət orqanında qeydiyyata alınmayıbdır. Bu səbəbdən müraciət etdiyi «Neftçala rayon Mərkəzi Xəstəxanası» X22 tərəfindən ona 29 aprel 2024-cü il tarixli 329 nömrəli arayış verilmiş və həmin arayışda qardaşının ölümü ilə bağlı tibbi şəhadətnamənin verilmədiyi göstərilmişdir. Həmçinin müraciəti əsasında Maraqlı şəxs tərəfindən araşdırma aparılmış və ona ölüm faktını təsdiq edən sənədlərin təqdim edilməməsi səbəbindən qardaşının ölümünün qeydə alınmasının mümkün olmadığı rəsmi məktubla bildirilmiş, habelə məsələ ilə əlaqədar ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X11 həqiqətən də 48 yaşında ölməsi və Beşdəli kənd qəbristanlığında dəfn edilməsi çoxsaylı kənd sakinləri, həmçinin onun dəfnində və yas mərasimində iştirak edən qohumlar və qonşular, o cümlədən həmkəndliləri X5 və X21 tərəfindən məhkəmədə şahid qismində dindirilməklə təsdiq edilə bilər. Sözügedən faktın təsdiq edilməsi mərhum qardaşının ailə üzvləri ilə birgə mülkiyyyətində olan torpaq sahəsinə yeni növ mülkiyyət sənədinin əldə edilməsi üçün zəruridir. Qardaşının ölümü haqqında şəhadətnamənin və ya onun ölümünü təsdiq edən hər hansı bir sənədin başqa qaydada əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X5 və X21 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusu əsasında Maraqlı şəxs tərəfindən verilən 73 nömrəli «doğum aktı qeydi»nin surətindən görünür ki, X8 06 avqust 1963-cü ildə Beşdəli kəndində doğulmuş, atası X9, anası isə X4r. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilən 03 may 2024-cü il tarixli arayışdan görünür ki, xx xxxxxx 1974-cü ildə Neftçala rayonu, Beşdəli kəndində anadan olmuş Ərizəçi atası X9, anası isə X4r. Beləliklə yuxarıda qeyd olunan sənədlərlə müəyyən olunur ki, Ərizəçi 06 avqust 1963-cü ildə Beşdəli kəndində doğulmuş X2 qardaşıdır. «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, ərizəçi Bağırov X12 rayonu, Cəngan ərazi dairəsi, Beştalı kəndi ünvanı üzrə qeydiyyatdadır. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X22 tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli 329 nömrəli arayışda qeyd olunur: «…1963-cü il təvəllüdlü X2 xx.xx.2011-ci il tarixində ölümü ilə bağlı tibbi sənəd verilməyib». Neftçala rayonu, Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2024-cü il tarixli 305 nömrəli arayışda qeyd edilmişdir ki, X8 vəfat etdiyi tarixə qədər Neftçala rayonu, Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Beştalı kəndində yaşamışdır. Məhrumun qardaşı Ərizəçi bildirdiyinə görə o, 22 dekabr 2011-ci ildə vəfat etmişdir. Mərhum Neftçala rayonu, Beştalı kənd qəbristanlığında dəfn olunmuşdur. Mərhumun dəfn olunduğu yerin həqiqətən də Neftçala rayonu, Beştalı kənd qəbristanlığı olması nümayəndəlik tərəfindən müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş qəbiristanlıq ərazisindən çəkilmiş məzar daşı fotoşəkillərinin üzərində «X8 6.Vİ.1963, 2011.22.Xİİ…» yazısı qeyd edilmişdir. «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının (J№-0041; kod ********) surətindən görünür ki, Neftçala rayonu, Beşdəli kənd sakinləri X10, X6, X7, X9 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə Neftçala rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 60 saylı qərarı ilə aktda göstərilən cizgilər daxilində yerləşən 2,48 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (AR-in Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 01 may 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 06 avqust 1963-cü il tarixdə Neftçala rayonu, Beşdəli kəndində doğulmuş X2 22 dekabr 2011-ci ildə Neftçala rayonu, Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Beştalı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-619/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-619/2024
18.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver