Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-623/2024 08.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “Şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 avqust 1981-ci ildə Neftçala rayonu, Sarıqamış kəndində doğulmuş, 29 iyun 2005-ci ildə vəfat etmiş X1 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, həyat yoldaşı X5 ilə 05 may 1976-cı il tarixli birgə nikahlarından doğulmuş 01 avqust 1981-ci il təvəllüdlü X6 29 iyun 2005-ci ildə vəfat etmiş, onun ölümü haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 28 fevral 2024-cü il tarixli, 3-16-5/8-M-81/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən ölüm haqqında məlumat tibbi müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Republikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2ci maddəsinə uyğun olaraq "Elektron Məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qanunvericiliyin yuxarıda göstərilən müddalarını əsas tutaraq ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunmuşdur. "Neftçala rayon Mərkəzi Xəstəxanası" X18 29 mart 2023-cü il tarixli, 18-1-63/2-279/2024 nömrəli imtina məktubunda bildirilir ki, ünvan 1 ünvanında yaşamış 01 avqust 1981-ci il təvəllüdlü X1 29 iyun 2005-ci ildə ölməsi ilə bağlı Neftçala rayon mərkəzi xəstəxanası X18 statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir və verilməsi mümkün deyildir. Qeyd edir ki, X1 29 iyun 2005-ci ildə ölməsi onun məzar daşında qeyd edliməsi ölüm tarixi ilə təsdiq olunur. X1 29 iyun 2005-ci ildə vəfat etməsi və "Prətəvan" qəbiristanlığında dəfn olunmasını X10 və X8 məhkəmədə şahid qismində təsdiq edə bilərlər. X3 ölüm faktının müəyyən olunması müvafiq işinin aparılması üçün ona lazımdır. Ölüm haqqında şəhadətnaməni başqa cür əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Ölüm haqqında müvafiq sənədi vaxtında almamasını bir ana kimi oğlunun ölüm kağızını görmək istəməməsi ilə əsaslandırır. Əlavə olaraq qeyd edir ki, X4 doğum haqqında şəhadətnaməsi itirilmişdir. Ona təkrar doğum haqqında şəhadnamənin verilməsi üçün Maraqlı şəxsnə müaciət etmiş, orada bildirilmişdir ki, yalnız məhkəmənin sorğusu əsasında akt qeydiyyatı kitabından arayış verilə bilər. Həmin arayışın Neftçala rayonu qeydiyyat şöbəsindən verilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsinə dəqiqləşmə haqqında ərizə təqdim edərək X1 29 iyun 2005ci ildə Bakı şəhərində öz mənzillərində uzun sürən ağır xəstəlikdən vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2, X10 və X7 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X18 məktubundan görünür ki, ünvan 2 ünvanında yaşamış 01 avqust 1981-ci il təvəllüdlü X1 29 iyun 2005-ci ildə vəfat etməsi barədə Neftçala rayon Mərkəzi xəstəxanası X18 statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir və verilməsi mümkün deyildir. “Nikah haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X11 arasında nikah 05 may 1976-ci il tarixdə bağlanmış və həmin tarixdə 48 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən 28 fevral 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 01 avqust 1981-cı il tarixdə Neftçala rayonu, Sarıqamış kəndində doğulmuş X1 29 iyun 2005-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-623/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-623/2024
08.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver