Məhkəmə qərarları › İş №2(053)-64/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-64/2023

09.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-64/2023 09.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 04 fevral 1995-ci ildə Neftçala rayonu, Tatarməhlə kəndində anadan olmuş X4 10 noyabr 2004-cü ildə Neftçala rayonu, tatarməhlə kəndində vəfat etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, 04 fevral 1995-ci ildə anadan olmuş qızı X11 10 noyabr 2004-cü ildə 09 yaşında xəstəlik nəticəsində dünyasını dəyişmişdir. Mərhumu yaşadığı Neftçala rayonu, Tatarməhlə kəndinin ümumi qəbristanlığında qohumların və bəzi kənd əhalisinin iştirakı ilə dəfn etmişlər. Buna baxmayaraq onun ölümü aidiyyəti dövlət orqanında qeydə alınmamış və bu səbəbdən ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölümün qeydə alınmamasının səbəbi bu barədə qanunla müəyyən edilmiş qaydaları bilməməsi olmuşdur. Neftçala rayonu, Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 33 saylı qərarı ilə ona, həyat yoldaşı X2, qızı X6 və o cümlədən mərhum qızı X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün yaşadığı kənd ərazisində yerləşən 7,92 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə yeni növ mülkiyyət sənədinin (çıxarışın) əldə olunması zamanı məlum olmuşdur ki, qızı Aybənizin ölümü dövlət qeydiyyatına alınmamışdır. Müraciəti əsasında Maraqlı şəxs tərəfindən araşdırma aparılmış və ona qızı Aybənizin ölümü haqqında akt qeydinin aşkar edilmədiyi, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilməməyi səbəbindən qızının vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etməli olduğu rəsmi məktubla bildirilmişdir. Bundan başqa Neftçala Rayon X10 Hüuqi Şəxs tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli arayışda da, qızının ölümü ilə bağlı Neftçala RMX-sı tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilmişdir. Göründüyü kimi mərhum qızı Aybəniz Əzimovaya ölüm haqqında şəhadətnamənin və ya onun ölümünü təsdiq edən hər hansı bir sənədin başqa qaydada əldə edilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi və X3 04 fevral 1995-ci il təvəllüdlü X5 valideynləridirlər. Neftçala rayon X10 Şəxsin arayışından görünür ki, 02 fevral 1995-ci ildə anadan olmuş və 10 noyabr 2004-cü ildə vəfat etmiş Tatarməhlə kənd sakini X4 ölümü ilə bağlı Neftçala RMX-sı tərəfindən heç bir ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. 29 sentyabr 2022-ci il tarixli aktda qeyd edilir: “Tatarməhlə kənd sakini Ərizəçi 02 fevral 1995-ci il tarixdə Neftçala rayonunun Tatarməhlə kəndində Aybəniz adında qız övladı dünyaya gəlmişdir. X11 10 noyabr 2004-cü ildə vəfat etmişdir. Kənd camaatının iştirakı ilə Tatarməhlə kənd qəbirstanlığında dəfn olunmuşdur. Dəfndə iştirak etmişlər: X13, X8, Şahid2, X12, Şahid1”. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (AR-in Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 27 sentyabr 2022-cı il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 02 fevral 1995-ci il tarixdə Neftçala rayonu Tatarməhlə kəndində doğulmuş X4 10 noyabr 2004-cü ildə Neftçala rayonu, Tatarməhlə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar