Məhkəmə qərarları › İş №2(053)-641/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-641/2025

13.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-641/2025 13.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Yusifzadə Ziya Elşad oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1na qarşı «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1na qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1nda 27 avqust 2024-cü il tarixdə bağlanmış barışıq sazişinin: «1.1. Mən Maraqlı şəxs2 və Ərizəçi ilə xx.xx.2017-ci ildə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən №41 akt qeydi ilə rəsmiləşdirilmiş nikahımızın pozulmasına razıyam və bunun üçün müvafiq icra Hakimiyyəti orqanında rəsmi razılıq verəcəyimi öhdəmə götürürəm; 1.2. Nikahımız pozulduqdan sonra birgə nikahımızdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü övladımız X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 anaları Ərizəçi himayəsində qalmasına razıyam; 1.3. Övladlarım xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 Türkan Babək qızının himayəsində olduğu müddətdə onların saxlanılması üçün hər uşağa hər ay 150 (yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat aliment Ərizəçi ödəyəcəyimi öhdəmə götürürəm. Alimentin 10 oktyabr 2024-cü il tarixdən başlayaraq hər ayın 10-a qədər ödənilməsinə razıyam. Alimenti hər ay Ərizəçi bank hesabına ödəyəcəm; 1.4. Övladlarım Ərizəçi himayəsində olduğu müddət ərzində onlara azyaşlılar üçün uyğun vaxtlarda ünsiyyətdə olacağımı öhdəmə götürürəm; 2.1. Mən Ərizəçi və Maraqlı şəxs2 ilə xx.xx.2017-ci ildə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən №41 akt qeydi ilə rəsmiləşdirilmiş nikahımızın pozulmasına razıyam və bunun üçün müvafiq icra Hakimiyyəti orqanında rəsmi razılıq verəcəyimi öhdəmə götürürəm; 2.2. Nikahımız pozulduqdan sonra birgə nikahımızdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü övladımız X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 mənim himayəmdə qalmasına razıyam; 2.3. Övladlarım mənim himayəmdə olduğu müddət ərzində ataları Maraqlı şəxs2 ilə istənilən vaxt ünsiyyətdə ola bilərlər, bunun üçün lazımi şərait yaradacağımı öhdəmə götürürəm; 2.4. Övladlarımın saxlanılması üçün hər uşağa hər ay 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment Maraqlı şəxs2 tərəfindən mənə ödənilməsinə razıyam» hissəsində təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəyə məhkəmədə baxılması zamanı bildirmişdir ki, Maraqlı şəxs2 ilə arasında 26 aprel 2017-ci il tarixdə Neftçala rayon Qeydiyyat şöbəsində 41 nömrə ilə nikah bağlanmışdır. Birgə nikahlarından 26 mart 2018-ci il təvəllüdlü X5 və 24 avqust 2020-ci il təvəllüdlü X3 adlı uşaqlar doğulub. Cavabdehdən faktiki ayrıldıqdan sonra Maraqlı şəxs1na müraciət etmiş və mediator X2 27 avqust 2024-cü il tarixdə keçirdiyi mediasiya prosesində hazırkı ərizə üzrə Maraqlı şəxs2 ilə aralarında barışıq sazişi bağlanmışdır. Həmin sazişin əsas müddəaları bunlardır: «1.1. Mən Maraqlı şəxs2 və Ərizəçi ilə xx.xx.2017-ci ildə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən №41 akt qeydi ilə rəsmiləşdirilmiş nikahımızın pozulmasına razıyam və bunun üçün müvafiq icra Hakimiyyəti orqanında rəsmi razılıq verəcəyimi öhdəmə götürürəm; 1.2. Nikahımız pozulduqdan sonra birgə nikahımızdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü övladımız X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 anaları Ərizəçi himayəsində qalmasına razıyam; 1.3. Övladlarım xx.xx.2018ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 Türkan Babək qızının himayəsində olduğu müddətdə onların saxlanılması üçün hər uşağa hər ay 150 (yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat aliment Ərizəçi ödəyəcəyimi öhdəmə götürürəm. Alimentin 10 oktyabr 2024-cü il tarixdən başlayaraq hər ayın 10-a qədər ödənilməsinə razıyam. Alimenti hər ay Ərizəçi bank hesabına ödəyəcəm; 1.4. Övladlarım Ərizəçi himayəsində olduğu müddət ərzində onlara azyaşlılar üçün uyğun vaxtlarda ünsiyyətdə olacağımı öhdəmə götürürəm; 2.1. Mən Ərizəçi və Maraqlı şəxs2 ilə xx.xx.2017-ci ildə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən №41 akt qeydi ilə rəsmiləşdirilmiş nikahımızın pozulmasına razıyam və bunun üçün müvafiq icra Hakimiyyəti orqanında rəsmi razılıq verəcəyimi öhdəmə götürürəm; 2.2. Nikahımız pozulduqdan sonra birgə nikahımızdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü övladımız X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 mənim himayəmdə qalmasına razıyam; 2.3. Övladlarım mənim himayəmdə olduğu müddət ərzində ataları Maraqlı şəxs2 ilə istənilən vaxt ünsiyyətdə ola bilərlər, bunun üçün lazımi şərait yaradacağımı öhdəmə götürürəm; 2.4. Övladlarımın saxlanılması üçün hər uşağa hər ay 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment Maraqlı şəxs2 tərəfindən mənə ödənilməsinə razıyam». Lakin hazırda Maraqlı şəxs2 saziş əsasında üzərinə düşən öhdəlikləri yerinə yetirmir. O, sazişdə göstərilən aliment məbləğini artıq 2024-cü ilin dekabr ayından ödəmir. Özü sosial müavinət almasına və işləməsinə baxmayaraq əldə olunan pullar uşaqların saxlanılması üçün kifayət etmir. Hazırkı iş yerində isə müvəqqəti olaraq çalışır. Maraqlı şəxs2 uşaqlar üçün ərzaq alsa da, onları məktəbə aparıb-gətirsə də, onlara başqa maddi yardım göstərmir. Onun uşaqlarla gəlib görüşüb ünsiyyət saxlaması ilə bağlı da aralarında problem yoxdur. Nikahın pozulması ilə bağlı isə məhkəməyə müraciət edəcəkdir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs2 ərizəyə məhkəmədə baxılması zamanı bildirmişdir ki, ərizəçi ilə nikahın pozulmasına, ailənin dağılmasına razı deyil. Qeyd edir ki, uşaqlara qarşı çox həssas olmuş, onlar üçün ərizəçiyə hər ay barışıq sazişində göstərilən məbləğdə, yəni 300 manat məbləğində alimenti də ödəmişdir. Sadəcə son 1-2 ayda müəyyən maddi sıxıntıları olduğu üçün alimenti ödəyə bilməyib. Lakin uşaqlar üçün hər zaman ərzaq almış, hər dəfə onlarla əlaqə saxlayaraq vəziyyətləri ilə maraqlanmışdır. Barışıq sazişinin təsdiq olunmasına etirazı yoxdur. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Maraqlı şəxs1 nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmiş, həmçinin işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ərizə qismən təmin olunmalıdır. Maraqlı şəxs1nda həyata keçirilmiş mediasiya prosesi nəticəsində 27 avqust 2024cü il tarixində Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmundadır: «1. Bu Barışıq sazişi (bundan sonra «Saziş» adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.

2. Mübahisə tərəfləri bundan sonra ayrılıqda «Tərəf» və birlikdə «Tərəflər» adlandırılacaqdır. Mübahisənin predmeti: Nikahın pozulması. Sazişin icra olunma müddəti: 1 gün ərzində. Sazişin nüsxələrinin sayı: 3 ədəd. Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri. 1.1. Mən Maraqlı şəxs2 və Ərizəçi ilə xx.xx.2017-ci ildə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən №41 akt qeydi ilə rəsmiləşdirilmiş nikahımızın pozulmasına razıyam və bunun üçün müvafiq icra Hakimiyyəti orqanında rəsmi razılıq verəcəyimi öhdəmə götürürəm. 1.2. Nikahımız pozulduqdan sonra birgə nikahımızdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü övladımız X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 anaları Ərizəçi himayəsində qalmasına razıyam. 1.3. Övladlarım xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 Türkan Babək qızının himayəsində olduğu müddətdə onların saxlanılması üçün hər uşağa hər ay 150 (yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat aliment Ərizəçi ödəyəcəyimi öhdəmə götürürəm. Alimentin 10 oktyabr 2024-cü il tarixdən başlayaraq hər ayın 10-a qədər ödənilməsinə razıyam. Alimenti hər ay Ərizəçi bank hesabına ödəyəcəm. 1.4. Övladlarım Ərizəçi himayəsində olduğu müddət ərzində onlara azyaşlılar üçün uyğun vaxtlarda ünsiyyətdə olacağımı öhdəmə götürürəm. 2.1. Mən Ərizəçi və Maraqlı şəxs2 ilə xx.xx.2017-ci ildə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən №41 akt qeydi ilə rəsmiləşdirilmiş nikahımızın pozulmasına razıyam və bunun üçün müvafiq icra Hakimiyyəti orqanında rəsmi razılıq verəcəyimi öhdəmə götürürəm. 2.2. Nikahımız pozulduqdan sonra birgə nikahımızdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü övladımız X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 mənim himayəmdə qalmasına razıyam. 2.3. Övladlarım mənim himayəmdə olduğu müddət ərzində ataları Maraqlı şəxs2 ilə istənilən vaxt ünsiyyətdə ola bilərlər bunun üçün lazımi şərait yaradacağımı öhdəmə götürürəm. 2.4. Övladlarımın saxlanılması üçün hər uşağa hər ay 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment Maraqlı şəxs2 tərəfindən mənə ödənilməsinə razıyam.

3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır.

7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.

10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı bir müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır.

13. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaları pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz. 13.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 13.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 13.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 13.4. yaxın qohumlara (qarşı tərəfin icazəsi ilə);

17. Tərəflər arasında digər razılaşma yoxdursa, «iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi» və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünü idarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.

21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.

22. Fors-major halların baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

24. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.

25. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər)». Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən ««Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər». «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən «34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur». Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən «Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir». Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bağlanmış barışıq sazişinin tam təsdiq edilməsi mümkün deyil. Belə ki, sazişin 1.1 və 2.1-ci bəndlərində tərəflərin 26 aprel 2017-ci il tarixdə Neftçala rayon Qeydiyyat şöbəsində 41 nömrəsi ilə rəsmiləşdirilmiş nikahın pozulmasına razı olduqları və bunun üçün müvafiq icra hakimiyyəti orqanında rəsmi razılıq vermələri qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 26 mart 2018-ci il təvəllüdlü X5 və 24 avqust 2020-ci il təvəllüdlü X3 adlı uşaqlar doğulub. Uşaqların atası Maraqlı şəxs2, anası isə Ərizəçidır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən «Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur». Qanunvericiliyin yuxarıda qeyd olunmuş müddəasından da göründüyü kimi tərəflərin yetkinlik yaşına çatmayan ümumi uşaqları olduğu üçün müvafiq nikah məhkəmə qaydasında pozulmalıdır. Lakin sazişin 1.1 və 2.1-ci bəndlərində tərəflər arasında bağlanmış nikahın müvafiq icra hakimiyyəti orqanında pozulması ilə bağlı razılığa gəldikləri qeyd olunub. Bu səbəbdən məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi nikahın pozulması ilə bağlı olan hissədə (yəni 1.1 və 2.1-ci bəndlər) təsdiq edilə bilməz. Lakin barışıq sazişinin nikahın pozulması ilə bağlı olan hissədə təsdiq edilməsindən imtina edilməsi barışıq sazişinin qalan hissədə təsdiq edilməsini istisna etmədiyindən, təsdiqindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olduğundan sazişin qalan hissədə təsdiq edilməsi mümkündür. Beləliklə, məhkəmə işin məhkəmə baxışı zamanı toplanmış sübutların cəminə qiymət verərək barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddətin keçməsini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, barışıq sazişi 1.1 və 2.1-ci bəndlər istisna olmaqla qalan hissələrdə təsdiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 355-23 – 355-25, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin olunsun. Maraqlı şəxs1nda həyata keçirilmiş mediasiya prosesi nəticəsində 27 avqust 2024cü il tarixində Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış barışıq sazişi 1.1 və 2.1-ci bəndlər istisna olmaqla qalan hissələrdə təsdiq edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar