Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-648/2023 22.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1927-ci il tarixdə Neftçala şəhərində anadan olmuş X2 15 iyul 1989-cu il tarixdə Neftçala şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X4 1927-ci il tarixdə (doğulduğu gün və ay məlum deyil) Neftçala şəhərində anadan olmuş, 15 iyul 1989-cu il tarixdə dünyasını dəyişmişdir. Mərhum Neftçala şəhərinin “İsmilli” adlanan qəbiristanlığında qohumların və qonşuların iştirakı ilə dəfn edilmişdir. Ona məlum olmayan səbəbdən anasının ölümü aidiyyəti dövlət orqanında qeydiyyata alınmamış və mərhuma ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölümün qeydə alınmaması isə müəyyən sənədləşmə işlərində onlara çətinlik yaratmışdır. Belə ki, mərhum qardaşı Həziyev Şakir Mirsǝqulu oğlundan Neftçala şəhərində yerləşən həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin həyətyanı torpaq sahəsinin vərəsəlik yolu ilə sənədləşdirilməsi zamanı məlum olmuşdur ki, anası X2 ölümü dövlət qeydiyyatına alınmamışdır. Müraciəti əsasında Maraqlı şəxs tərəfindən araşdırma aparılmış və ona anası X2 ölümü haqqında akt qeydinin aşkar olunmadığı, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilməməsi səbəbindən anasının vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etməli olduğu rəsmi məktubla bildirilmişdir. Bundan başqa “Neftçala Rayon Mərkəzi Xəstəxanısı” X15 tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli arayışda da anasının ölümü ilə bağlı Neftçala RMX-sı tərəfindən ölüm haqqında hər hansı bir tibbi sənədin verilmədiyi göstərilmişdir. Göründüyü kimi mərhum anası X2 ölümü haqqında şəhadətnamənin və ya onun ölümünü təsdiq edən hər hansı bir sənədin başqa qaydada əldə edilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət edir. X6 həqiqətən 15 iyul 1989cu il tarixdə dünyasını dəyişməsi və onun Neftçala şəhər «İsmilli» adlanan qəbiristanlıqda dəfn edilməsi ərizəyə əlavə edilən sənədlərlə yanaşı qəbiristanlıqda çəkilmiş məzar fotoşəkilləri, həmçinin mərhumun yas mərasimində iştirak etmiş şəxslərdən Şahid1 və Şahid2 tərəfindən məhkəmədə şahid qismində ifadə verilməklə də təstiq edilə bilər. Qeyd etdiyi kimi, mərhum anası X2 vəfat etməsi faktının müəyyən edilməsi mərhum qardaşı X3 miras qalmış həyətyanı torpaq sahəsinin vərəsəlik yolu ilə sənədləşdirilməsi və həmin torpaq sahəsinə mülkiyyət sənədinin əldə edilməsi üçün lazımdır. Ona görə də X2 15 iyul 1989-cu il tarixdə Neftçala şəhərində vəfat etməsi faktının müəyən edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı iclasında ərizə təqdim edərək Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən mərhum anası X2 15 iyul 1989-cu il tarixdə Neftçala rayonu Qoltuq kəndində (hazırkı Neftçala şəhəri, məhəllə 4) ünvanında yaşadığı mənzildə vəfat etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X14 məktubundan görünür ki, 1927-ci il tarixdə anadan olmuş və 15 iyul 1989-cu il tarixdə evdə vəfat etmiş X2 ölümü haqqında məlumat olmadığından onun ölümü haqqında tibbi sənəd verilməmişdir. “Doğum haqqında” şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx xxxx 1961-ci il tarixdə anadan olmuşdur. X1, anası isə X4 olmuşdur. “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 arasında 19 iyul 1983-cü il tarixdə 308 nömrəsi ilə nikah qeyd edilmişdir. Nikahdan sonra X5 (Ağacanova) soyadını qəbul etmişdir. “Məzar daşını”nın fotoşəkillərindən görünür ki, Dünyaxanım Həziyeva 15 iyul 1989cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 05 iyun 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 1927-ci il tarixdə Neftçala şəhərində anadan olmuş X2 15 iyul 1989-cu il tarixdə Neftçala rayonu, Qoltuq kəndində (hazırkı Neftçala şəhəri, Məhəllə 4 ünvanı) ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-648/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-648/2023
22.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver