Məhkəmə qərarları › İş №2(053)-649/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-649/2023

18.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-649/2023 18.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 11 mart 1956-cı il tarixdə Neftçala rayonu, Yenikənd kəndində anadan olmuş, 02 may 2023-cü il tarixdə vəfat etmiş X1nın ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, Maraqlı şəxs 24 may 2023-cü il tarixli, 3-16-5/8-15-221/2023 nömrəli məktubunda bidirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq olunmuş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” qaydasına əsasən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölmün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürlür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron Məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya siteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölmün qeydiyyatı aparılır. Neftçala rayon X9 Hüquqi Şəxsin 13 iyun 2023-cü il tarixli, PH-6-63/2-458/2023 nömrəli imtina məktubunda bildirilir ki, 11 mart 1956-cı il təvəllüdlü X2 02 may 2023-cü il tarixdə vəfat etməsi barədə Neftçala rayon X9 Hüquqi Şəxsin statistika bölməsində məlumat olmadığından onun ölmü haqqında tibbi şəhadətnamə verilməmişdir. X2 02 may 2023-cü il tarixdə vəfat etməsi onun məzarına nişangah kimi qoyulmuş ağac parçasına qeyd edlimiş ölüm tarixi ilə təsdiq olunur. Neftçala rayon İHB- nin Yenikənd kənd İƏDÜN- nin 18 may 2023-cü il tarixli, 140 nömrəli arayışından görünür ki, X4 02 may 2023-cü tarixdə Yenikənd kəndində vəfat etmişdir. X2 02 may 2023-cü il tarixdə vəfat edib, Nefçala rayon Yenikənd kənd qəbiristanlığında dəfn olunmasını X5 və X6 məhkəmədə şahid qismində təsdiq edə bilərlər. X2 ölmü haqqında şəhadətnaməsi vərəsəlik işi üçün ona lazımdır. Onun ölmü haqqında şəhadətnaməsini başqa cür əldə edə bilmədiyi üçün məhkəməyə müraciət edir. Məhkəmədə şahid qismində dindirilmiş X5, X7 və X8 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X18 məktubundan görünür ki, Neftçala rayon, Yenikənd kəndində yaşamış 11 mart 1956-cı il təvəllüdlü X2 02 may 2023-cü il tartixdə evdə vəfat etməsi barədə Neftçala rayon X9 Hüquqi Şəxsinin statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir. Neftçala rayonu İHB-nin, Yenikənd kənd İƏDÜN-si tərəfindən verilmiş 18 may 2023cü il tarixli arayışda qeyd edilir: “Məmmədov X10 rayonunun Yenikənd kəndində yaşayır. X1 02 may 2023-cü il tarixdə Yenikənd kəndində vəfat etmişdir”. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1980-ci il tarixdə anadan olmuş, atası X13, anası isə X3r. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 24 may 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 11 mart 1956-cı il tarixdə Neftçala rayonu, Yenikənd kəndində anadan olmuş X2 02 may 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar