Məhkəmə qərarları › İş №2(053)-658/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-658/2025

18.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-658/2025 18.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.1982-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 ilə anası X11 arasında bağlanmış 19 oktyabr 1978- ci il tarixli birgə nikahından doğulmuş xx.xx.1982- ci il təvəllüdlü X9 xx.xx.1982- ci ildə vəfat etmişdir. X5 ölüm haqqında şəhadətnamə alınmamışdır. X5 ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 12 fevral 2025-ci il tarixli, 3-16-5/8-13-80 2025 nömrəli imtina məktubunda bildirir ki, xx.xx.1982- ci ildə Neftçala rayonu Kurkosa kəndində anadan olmuş bacısı X4 1982- ci ildə Neftçala rayonunda ölməsi faktının qeydə alınması barədə müraciətinə Maraqlı şəxsndə baxılmışdır. Müəyyən edilmişdir ki, müraciətində iddia etdiyi ölüm faktını həkim şəhadətnaməsi əlavə edilməmiş, eyni zamanda təsdiq edən verdiyi məlumatda, ölüm haqqında şəhadətnamənin verilmədiyi və ölmün qeydiyyatının aparılmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10. 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 8.5. ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdiyi ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunur. "Neftçala RMX" PHŞ-nin 18 fevral 2025-ci il tarixli 18.-1-63/2-195/2025 nömrəli arayışından görünür ki, xx.xx.1982- ci ildə Neftçala rayonu Kurkosa kəndində anadan olmuş X4 xx.xx.1982- ci ildə ölməsi ilə bağlı Neftçala rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin statistika bölməsində məlumat olmadığından onun ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qızı X4 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilir. İş materiallarında olan xx.xx.1978-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X13 arasında xx.xx.1978-ci il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 4 nömrəs ilə qeyd edilmiş, nikahdan sonra ərə İsmayılov arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1983-cü il tarixdə Neftçala rayonu Kurkosa kəndində anadan olmuşdur.X2, anası X8r. İş materiallarında olan Maraqlı şəxs verdiyi AZ-İİ seriyalı 376963 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X6 xx.xx.2024-cü il tarixdə durğunluq ürək çatışmamazlığı səbəbindən Neftçala rayonunda ölmüşdür. İş materiallarında olan Neftçala şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli 167 nömrəli vərəsəlik arayışdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 olan vərəsələri X11, Babayeva (İsmayılova) Gülnarə İrzivan qızı və X10r. İş materiallarında olan "Neftçala RMX" PHŞ-nin 18 fevral 2025-ci il tarixli 18.-1-63/2-195/2025 nömrəli arayışından görünür ki, xx.xx.1982- ci ildə Neftçala rayonu Kurkosa kəndində anadan olmuş X4 xx.xx.1982- ci ildə ölməsi ilə bağlı Neftçala rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin statistika bölməsində məlumat olmadığından onun ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir Məhkəmənin Maraqlı şəxsnə ünvanlanmış xx.xx.2025-ci il tarixli X4 doğum akt qeydinin olubolmaması barədə məlumatın verilməsi barədə sorğusuna cavab olaraq Maraqlı şəxs göndərdiyi xx.xx.1982-ci il tarixli doğum akt qeydinin çıxarışından müəyyən edilir ki, X9 xx.xx.1982-ci ildə doğulmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X18 ifadəsində bildirmişdir ki, ərizəçi onun arvadının bacısı qızıdır. Arvadının bacısı Eyzangülün təxminən 1980-ci ilin əvvəlində bir qız övladı dünyaya gəlmişdir. Lakin sonradan 1 yaş olmadan ölmüşdür. Uşağın öldüyün görmüş və yadına gəlir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 ərizəçinin bacısı olmuşdur. xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun bacısı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin ərinin ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə qızının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin bacısı xx.xx.1982-cı il təvəllüdlü X4 xx.xx.1982-ci il tarixində ölməsi ərizəçinin izahatı, şahidin ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-cı il təvəllüdlü X4 xx.xx.1982-ci il tarixində ölməsi faktı müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamə verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar