Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-672/2025 17.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30 avqust 1989-cu ildə Neftçala şəhərində doğulmuş X10 10 oktyabr 1989-cu ildə Neftçala şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək X9 ilə 20 oktyabr 1988-ci ildə ailə həyatı qurduğunu, birgə nikahlarından 30 avqust 1989-cu ildə X16 adlı uşağının doğulduğunu bildirmişdir. X9 15 yanvar 2025-ci ildə ölmüşdür. X7 qızdırma xəstəliyi səbəbindən 10 oktyabr 1989-cu ildə ölmüş və onun üçün ölüm haqqında şəhadətnamə alınmamışdır. Mərhum oğluna ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 mart 2025-ci il tarixli, 3-16-5/8-ə-150/2025 nömrəli imtina məktubunda ölüm faktını təsdiq edən həkim şəhadətnaməsi əlavə olunmadığından ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğu və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüququnun olduğu qeyd olunmuşdur. Həmçinin «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X23 tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli arayışda da X10 ölümü barədə xəstəxana tərəfindən heç bir sənədin verilmədiyi qeyd olunub. Mərhum oğlu X1 şəhərində yerləşən «Pirətavan» qəbiristanlığında dəfn olunmuşdur. Onun dəfnində iştirak edən X8 və X17 da X10 10 oktyabr 1989-cu ildə ölməsini və onun «Pirətavan» qəbiristanlığında dəfn olunmasını təsdiq edə bilərlər. Qeyd edir ki, oğlu Hacının ölüm faktının təsdiqlənməsi ərinin ölümündən sonra vərəsəliklə əlaqədar işlərin həyata keçirilməsi üçün zəruridir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X5 və X8 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, X15 ilə Ərizəçi 20 oktyabr 1988-ci ildə nikah bağlamış, həmin nikah eyni tarixdə akt qeydləri kitabında 61 nömrəsi ilə qeydə alınmışdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, X15 və Ərizəçi 30 avqust 1989-cu il təvəllüdlü X10 valideynləridirlər. «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X15 15 yanvar 2025-ci ildə Neftçala şəhərində ölmüşdür. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli arayışda qeyd olunur: «...xx.xx.2025-ci il tarixdə, qonşuları X3, X2 və X6 iştirakı ilə tərtib olunmuş akta əsasən müəyyən olundu ki, xx.xx.1989-cu ildə Ərizəçi övladı X16 xx.xx.1989-cu ildə vəfat etmiş və Neftçala şəhər Pirətavan qəbiristanlığında dəfn olunmuşdur». Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2025-ci il tarixli arayışda qeyd olunur: «Verilir həmin arayış Ərizəçi ondan ötrü ki, həqiqətən onun əri X4 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Onun sonuncu daimi yaşayış yeri ünvan 1 ünvanı olmuşdur. Atası və anası vəfat etmişdir. X4 vəfat edəndən sonra aşağıdakı vərəsələri qalmışdır: 1. Ərizəçi, xx.xx.1965 – arvadı; 2. X18, xx.xx.1991 – oğlu; 3. X13, xx.xx.1991 – oğlu; 4. X11, xx.xx.1999 – qızı; Yuxarıda qeyd olunanlardan başqa digər vərəsələri yoxdur. X4 vəfat edəndən sonra ondan miras qalmış əmlakı faktiki olaraq arvadı Ərizəçi və övladları X18, X13 və X11 qəbul edib, kommunal xərcləri də ödəməklə təsərrüfatı da Onlar idarə edirlər. Dəfn xərcini də onlar çəkmişdir». «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X23 tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli arayışda qeyd olunur: «…xx.xx.1989-cu ildə anadan olmuş və 10.X 1989-cu ildə vəfat etmiş Neftçala şəhər sakini X10 ölümü barədə xəstəxana tərəfindən heç bir tibbi sənəd verilməmişdir». İş materiallarına qəbiristanlıq ərazisindən çəkilmiş fotoşəkillər əlavə edilib. Həmin fotoşəkillərdən ümumi məzarların yaxınlığında üzərinə məzar daşı qoyulmuş ayrıca məzarın olduğu görünür. Məhkəmə yuxarda göstərilənləri məcmu şəkildə qiymətləndirərək hesab edir ki, Ərizəçi 30 avqust 1989-cu il təvəllüdlü X7nun 10 oktyabr 1989-cu ildə Neftçala şəhərində ölməsi faktını müəyyən edilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 06 mart 2025-ci il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 30 avqust 1989-cu il tarixdə Neftçala şəhərində doğulmuş X10 10 oktyabr 1989-cu ildə Neftçala şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-672/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-672/2025
17.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver