Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-683/2024 01.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “Mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq Sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq Sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq Sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Maraqlı şəxs ilə onun arasında 05 aprel 2024-cü il tarixdə bağlanmış 0030231№-li Barışıq Sazişinin təsdiq edilməsi və ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin ondan xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 10 oktyabr 2022-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, nikahları 3 saylı Asan Xidmət Mərkəzi tərəfindən 3867 №-li qeydlə aktlaşdırılmışdır. "xxxx" ASC ilə arasında xx.xx.2023-cü il tarixdə bağlanmış GTKR4036383B299 №li kredit müqaviləsi üzrə götürülmüş 9.000 AZN pul məbləğindən maraqlı şəxs real olaraq tam şəkildə yararlanmış, həmin məbləğlə hazırda özü, ana-atası, bacısı və bacısının 2 (iki) uşağı ilə birlikdə yaşadığı fərdi yaşayış evini tam təchizatlı təmir etdirmiş, eyni zamanda özünə şəxsi istifadə məqsədilə motosiklet satın almışdır. Onunla faktiki ailə münasibətləri 2023cü ilin dekabr ayından tamamilə pozulmuş və həmin tarixdən ayrı yaşayırlar. İntiqam onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş məbləğdən tam şəkildə yararlandığı və sözügedən məbləğ bütövlükdə onun və ailə üzvlərinin şəxsi məqsədləri üçün sərf edildiyindən formal olaraq onun kredit öhdəliyini özü icra edəcəyi barədə onunla aralarında xx.xx.2023- cü il tarixdə yazılı müqavilə bağlanaraq onların imzaları ilə təsdiq edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Salyan 1 saylı mediasiya təşkilatında onunla aralarındada eyni məzmun daşıyan ******* №li Barışıq Sazişi bağlanmış və onlar tərəfindən imzalanaraq qüvvəyə minmişdir. Cari tarix üçün sazişin qüvvəyə mindiyi vaxtdan 2 (iki) aya yaxın bir müddətin keçməsinə baxmayaraq maraqlı şəxs tərəfindən öhdəsinə götürülən şərtlər lazımınca icra edilmǝyǝrǝk pozulmuş, bu müddət ərzində kredit tarixçəsi zədələnmiş, eyni zamanda kreditoru qarşısında əlavə öhdəlikləri yaranmışdır. Beləliklə, maraqlı şəxsin barışıq sazişi üzrə götürdüyü öhdəliklərə dair məcburi icra mexanizminin formalaşdırılması zərurəti yaranmuş və hesab edir ki, qeyd edilən xüsusatlar nəzərə alınmaqla Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində baglanmış xx.xx.2024-cü il tarixli, ******* №-li Barışıq Sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs işin məhkəmə baxışı zamanı ərizəçi ilə müqavilə bağlayaraq öhdəlik götürdüyünü, həmin pulu ödəmək istədiyini, lakin ərizəçi onu əsəbləşdirdiyi üçün pulu ödəmədiyini bildirmişdir. Əlavə olaraq qeyd edir ki, Barışıq Sazişinin təsdiq olunmasına etirazı yoxdur. Neftçala Ryon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və məhkəmə baxşının vaxtı və yeri haqqında "xxxx" ASC-yə məlumat verilmişdir. Barışıq Sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında bankın nümayəndəsi iştirak etməmiş, lakin ərizə göndərərək cari iş üzrə ərizəyə əlavə edilmiş sənədlərdən ərizəçinin istinad etdiyi əsas sənədin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə olduğunu, həmin müqavilənin 1.6-cı bəndində “Müqavilə borclunun öz kreditoru qarşısında götürdüyü öhdəliyə dair heç bir hüquqi nəticə yaratmadığını” bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, bu o deməkdir ki, həmin müqavilə Bankla Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə və həmin müqavilə əsasında yaranmış münasibətlərə heç bir təsir göstərmir. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, GTKR4036383B299 №-li, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış müqavilənin predmeti aşağıdakı şərtlərlə müştəriyə istehlak məqsədilə kredit verir, kreditin istifadəsilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Kreditin növü təyinatı (bankdaxili mahsul kimi): Gündəlik tələbat krediti, kreditin məbləği və valyutası: 9.000 (doqquz min) manat, kreditin qaytarılması qaydası: bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikinə əsasən müəyyən edilir. Ödənilən məbləğin borclara yönəldilməsi növbəliliyi, İ dəbbə pulu, İİ xidmət haqları, İİİ faiz borcları. İV əsas borc, Kreditin müddəti: 48 ay olmaqla, illik faiz daracasi 24.5%, Xidmət (komisyon) haq(lar)ı, Nağdlaşdırma komissiyası: 90.0 AZN, Bank zəmanəti komissiyası: 180.0 AZN, (FİFD)26.33% müəyyən edilmişdir. Ödəniş qrafiki Müştəriyə kağız daşıyıcıda təqdim edilir, habelə Bankın mobil tətbiqi, elekron sayt və ya digər texnoloji vasitələrlə Müştərinin elektron kabinetində yerləşdirilə bilər. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, öhdəliyin üçüncü şəxs tərəfindən icrasına dair 15 dekabr 2023-cü il tarixli müqavilədən görünür ki, bir tərəfdən X5 (Borclu), digər tərəfdən Maraqlı şəxs (üçüncü şəxs) olmaqla müqavilənin predmeti “üçüncü şəxs” “borclu” ilə "xxxx" ASC arasında bağlanmış GTKR4036383B299 №-li, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 9.000 AZN pul məbləğindən real olaraq yararlanan şəxs qismində həmin məbləği müqavilə ilə hesablanan 5.203 manat faiz borcu, öhdəliyin vaxtında icra edilmədiyi təqdirdə yarana biləcək cərimə borcları ilə birlikdə “borclu”ya ödəməyi öhdəsinə götürür. Bu Müqavilənin şərtlərinə əsasən, GTKR4036383B299 №li, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə qoşma olunan qrafik üzrə əlavə üzrə hər ödənilən pul məbləği “üçüncü şəxs”in “borclu”ya ödəməli olduğu məbləğ olaraq müəyyən edilir. Müqavilə “borclu”nun öz kreditoru qarşısında götürdüyü öhdəliyə dair heç bir hüquqi nəticə yaratmır. Həmin müqavilənin tərəflərin öhdəlikləri bəndində isə qeyd olunur ki, borlunun öhdəlikləri: Borc öhdəliyinin “üçüncü şəxs” tərəfindən icrasına şərait yaratmaq və Azərbaycan Respublikası Mülki qanunvericiliyi ilə müəyyən edilmiş digər öhdəliklər. “Üçüncü şəxs”in öhdəlikləri: GTKR4036383B299 №-li, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə qoşma olunan qrafik üzrə əlavədə qeyd edilmiş tarixdə, göstərilən məbləği ödəmək və bu barədə “borcluya” məlumat vermək, Azərbaycan Respublikası Mülki qanunvericiliyi ilə müəyyən edilmiş digər öhdəliklər. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 05 aprel 2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: Ər arvad X5 ilə Maraqlı şəxs aşağıdakı razılığa gəldilər.
1. Maraqlı şəxs və X5 xx.xx.2023-cü il tarixdə neftçala şəhərində imzaladıqları öhdəliyin üçüncü şəxs tərəfindən icrasına dair müqaviləni qarşılıqlı razılıq əsasında imzaladıqlarını bəyan edirlər və şərtləri ilə oxuyub tanış olduqlarını və qəbul etdiklərini bildirirlər.
2. X2 "xxxx" ASC-dən götürdüyü xx.xx.2023-cü il tarixli, GTKR4036383B299 nömrəli kredit müqaviləsi üzrə 9.000 (doqquz min) manat pul məbləğini və bu müqavilə üzrə hesablanmış 5.203 manat faiz borcu üzrə kredit ödənişlərini təqdim edilmiş qrafik əsasında göstərilən aylıq ödənişi vaxtında ödəməyi Maraqlı şəxs öhdəsinə götürür.
3. Maraqlı şəxs X2 "xxxx" ASC-dən götürdüyü xx.xx.2023-cü il tarixli, GTKR4036383B299 nömrəli kredit müqaviləsi üzrə 9.000 (doqquz min) manat pul məbləğini və bu müqavilə üzrə hesablanmış 5.203 manat faiz borcu üzrə kredit müqaviləsində göstərilən öhdəlikləri vaxtında icra etmədiyi təqdirdə yaranacaq cərimə və sair hesablanan borcları ödəməyi öhdəsinə götürür.
4. Maraqlı şəxs tərəfindən təsdiq edilən bu barışıq sazişinin şərtlərinin pozulması və kredit borcuna vaxtında icra edilməməsi öhdəliyin üçüncü şəxs tərəfindən icrasına dair müqavilədə göstərilən qaydada və həddə məhkəmədə X5 tərəfindən tələb edilir.
5. Maraqlı şəxs X2 "xxxx" ASC-dən götürdüyü xx.xx.2023-cüil tarixli, GTKR4036383B299 nömrəli kredit müqaviləsi üzrə 9.000 (doqquz min) manat pul məbləğini və bu müqavilə üzrə hesablanmış 5.203 manat faiz borcu üzrə kredit öhdəliklərini icra edəcəyini bildirir və bundan sonra götürüləcək kredit ödənişlərinə görə öhdəlik daşımayacağını bildirir.
6. X5 bu müqaviləyə ediləcək əlavə və dəyişiklərə görə qabaqcadan Maraqlı şəxs xəbərdarlıq edəcəyini öhdəsinə götürür. Əgər bu müqavilədən əlavə kredit öhdəliyi yaranarsa X1 İntiqam İlqar oğlundan öhdəliyin icrasını tələb etməyəcəyini öhdəsinə götürür. Məlumatların sorğulanması haqqında çıxarışdan görünür ki, Maraqlı şəxs Ərizəçi həyat yoldaşıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikah bağlamışdır (bu nikah xx.xx.2022-ci ildə 3 saylı Asan Xidmət Mərkəzi tərəfindən 3867 nömrəsi ilə qeyd edilmişdir.). Tərəflərin birgə nikahdan uşaqları olmamışıdr. "xxxx" ASC ilə Ərizəçi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış GTKR4036383B299 №li kredit müqaviləsi üzrə götürülmüş 9.000 AZN pul məbləğindən maraqlı şəxs real olaraq tam şəkildə yararlanmışdır. Tərəflərin faktiki ailə münasibətləri 2023-cü ilin dekabr ayından tamamilə pozulmuş və həmin tarixdən ayrı yaşamışlar. Maraqlı şəxs onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş məbləğdən tam şəkildə yararlandığı üçün formal olaraq onun kredit öhdəliyini özü icra edəcəyi barədə onunla aralarında xx.xx.2023-cü il tarixdə yazılı müqavilə bağlamış və müqavilə tərəflərin imzaları ilə təsdiq edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Salyan 1 saylı mediasiya təşkilatında tərəflər araında eyni məzmun daşıyan ******* №li Barışıq Sazişi bağlanmış və imzalanaraq qüvvəyə minmişdir. Cari tarix üçün sazişin qüvvəyə mindiyi vaxtdan 2 (iki) aya yaxın bir müddətin keçməsinə baxmayaraq maraqlı şəxs tərəfindən öhdəsinə götürülən şərtlər lazımınca icra edilmǝyǝrǝk pozulmuşdur. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün onun təsdiq edilməsi barədə ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış Barışıq Sazişi ilə Maraqlı şəxs üzərinə öhdəliklər götürmüş, Ərizəçi ilə arasında olan məsələlər qarşılıqlı razılıq əsasında həll edilmiş, sazişin icra olunma müddəti hər ay ərzində kredit ödənişlərini təqdim edilmiş qrafik əsasında göstərilən aylıq ödənişi vaxtında ödəməyi nəzərdə tutulmuşdur. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş müddət keçmiş, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 05 aprel 2024-ci il tarixli Barışıq Sazişi barışıq şərlərinə münasibətdə təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 05 aprel 2024-ci il tarixli Barışıq Sazişi – aşağıdakı şərtlərə münasibətdə təsdiq edilsin: “1. Maraqlı şəxs və X5 xx.xx.2023-cü il tarixdə Neftçala şəhərində imzaladıqları öhdəliyin üçüncü şəxs tərəfindən icrasına dair müqaviləni qarşılıqlı razılıq əsasında imzaladıqlarını bəyan edirlər və şərtləri ilə oxuyub tanış olduqlarını və qəbul etdiklərini bildirirlər.
2. X2 "xxxx" ASC-dən götürdüyü xx.xx.2023-cü il tarixli, GTKR4036383B299 nömrəli kredit müqaviləsi üzrə 9.000 (doqquz min) manat pul məbləğini və bu müqavilə üzrə hesablanmış 5.203 manat faiz borcu üzrə kredit ödənişlərini təqdim edilmiş qrafik əsasında göstərilən aylıq ödənişi vaxtında ödəməyi Maraqlı şəxs öhdəsinə götürür.
3. Maraqlı şəxs X2 "xxxx" ASC-dən götürdüyü xx.xx.2023-cü il tarixli, GTKR4036383B299 nömrəli kredit müqaviləsi üzrə 9.000 (doqquz min) manat pul məbləğini və bu müqavilə üzrə hesablanmış 5.203 manat faiz borcu üzrə kredit müqaviləsində göstərilən öhdəlikləri vaxtında icra etmədiyi təqdirdə yaranacaq cərimə və sair hesablanan borcları ödəməyi öhdəsinə götürür.
4. Maraqlı şəxs tərəfindən təsdiq edilən bu barışıq sazişinin şərtlərinin pozulması və kredit borcuna vaxtında icra edilməməsi öhdəliyin üçüncü şəxs tərəfindən icrasına dair müqavilədə göstərilən qaydada və həddə məhkəmədə X5 tərəfindən tələb edilir.
5. Maraqlı şəxs X2 "xxxx" ASC-dən götürdüyü xx.xx.2023-cüil tarixli, GTKR4036383B299 nömrəli kredit müqaviləsi üzrə 9.000 (doqquz min) manat pul məbləğini və bu müqavilə üzrə hesablanmış 5.203 manat faiz borcu üzrə kredit öhdəliklərini icra edəcəyini bildirir və bundan sonra götürüləcək kredit ödənişlərinə görə öhdəlik daşımayacağını bildirir.
6. X5 bu müqaviləyə ediləcək əlavə və dəyişiklərə görə qabaqcadan Maraqlı şəxs xəbərdarlıq edəcəyini öhdəsinə götürür. Əgər bu müqavilədən əlavə kredit öhdəliyi yaranarsa X1 İntiqam İlqar oğlundan öhdəliyin icrasını tələb etməyəcəyini öhdəsinə götürür”. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Samir Quliyev