Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-741/2025 29.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçinın «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 dekabr 1996-cı ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş X1 1998-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi 26 may 2025-ci ildə məhkəməyə ərizə təqdim edərək ərizənin «xahiş edirəm» hissəsində dəqiqləşdirmə apararaq 02 dekabr 1996-cı ildə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş və 12 oktyabr 1998-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində vəfat etmiş X1 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, 02 dekabr 1996-cı ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş oğlu X6 12 oktyabr 1998ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində ölmüş və onun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. X5 ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxsndən ona verilmiş 01 aprel 2025-ci il tarixli, 3-16-5/8- 11-200/2025 nömrəli imtina məktubunda ölüm faktını təsdiq edən həkim şəhadətnaməsi təqdim olunmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və ona ölüm faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X12 tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, 18-1-63/2-330/2025 nömrəli arayışda da X1 1998-ci il tarixdə ölməsi ilə bağlı «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X7 statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilmədiyi və verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. X1 12 oktyabr 1998-ci ildə ölməsini və Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmasını qəsəbə sakinləri X8 və X2 da təsdiq edə bilərlər. Qeyd edir ki, oğlu Turalın ölüm faktının müəyyən edilməsi arvadının ölümündən sonra vərəsəliklə əlaqədar işlərin həyata keçirilməsi üçün zəruridir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X8 və X2 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Nikahın bağlanması haqqında» şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 04 avqust 1988-ci ildə nikah bağlamış, həmin nikah eyni tarixdə akt qeydləri kitabında 318 nömrəsi ilə qeydə alınmışdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X4 02 dekabr 1996-cı il təvəllüdlü X1 valideynləridirlər. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X12 tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, 18-1-63/2-330/2025 nömrəli məktubda qeyd olunur: «…Neftçala rayonu Xıllı qəsəbəsində yaşayan Ərizəçi 02 dekabr 1996-cı ildə Neftçala rayonu Xıllı qəsəbəsində anadan olmuş övladı X1 1998-ci il tarixdə ölməsi ilə bağlı Neftçala rayon mərkəzi xəstəxanası X7 statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir və verilməsi mümkün deyildir». İş materiallarına qəbiristanlıq ərazisindən çəkilmiş fotoşəkil əlavə edilib. Həmin fotoşəkildən ümumi məzarların yaxınlığında üzərinə məzar daşı əvəzinə taxta parçası qoyulmuş ayrıca məzarın olduğu görünür. Məhkəmə yuxarıda göstərilənləri məcmu şəkildə qiymətləndirərək hesab edir ki, Ərizəçi 02 dekabr 1996-cı il təvəllüdlü oğlu X1 12 oktyabr 1998-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində ölməsi faktını müəyyən edilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçinın ərizəsinə Maraqlı şəxs tərəfindən 01 aprel 2025-ci il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 02 dekabr 1996-cı il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş X1 12 oktyabr 1998-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-741/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-741/2025
29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver