Məhkəmə qərarları › İş №2(053)-759/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-759/2023

16.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-759/2023 16.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə Ərizəçi “Şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1910-cu il tarixdə Neftçala rayonu, Qoltuq kəndində anadan olmuş nənəsi X2 03 may 1973-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi 1910-cu il təvəllüdlü Əliyeva Sürayyǝ Mehtiqulu qızı 03 may 1973-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında məlumat verilmədiyindən ona ölüm haqqında şəhadətnamə alınmamışdır. X3 isə 13 fevral 2023- cü il tarixdə vəfat etmişdir. Nənəsi Əliyeva Sürayyǝ Mehtiqulu qızına ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 22 iyun 2023-cü il tarixli, 3-16-5/8-15-286/2023 nömrəli imtina məktubunda bildirir ki, “babanız X19 və nənəniz Əliyeva Surayǝ Mehti qızı barədə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, X13 və Əliyeva Surayǝ Mehti qızının ölümü haqqında akt qeydi aşkar olunmamış, arxiv məlumatları 1970-1976-cı illər və 1979-1985-ci illər Maraqlı şəxs ilkin akt qeydləri üzrə yoxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 8.5-ci bəndinə əsasən ölüm hqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra dövlət qeydiyyatına alına bilər. Odur ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyinizdən babanızın və nənənizin ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz”. Neftçala Rayon Mərkəzi X11 Şəxsin 3 iyun 2023-cü il tarixli, PHS - 6-63/2-494/2023 nömrəli imtina məktubunda bildirir ki, Neftçala şəhəri, Məhəllə 6 ünvanında yaşamış 1908-ci il təvəllüdlü X13 06 yanvar 1982-ci ildə, 1910-cu il təvəllüdlü Əliyeva Sürǝyya Mehtiqulu qızının 03 may 1973cü ildə ölmələri ilə bağlı Neftçala Rayon Mərkəzi X11 Şəxsin statistika bölməsində məlumat olmadığından onların ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir və verilməsi mümkün deyildir. X2 03 may 1973- cü il tarixdə vəfat etməsi onun məzar daşında qeyd edliməsi ölüm tarixi ilə təsdiq olunur. X2 məzar daşında atasının adı Mehtiqulu qızı kimi qeyd edilmişdir. Bəzi sənədlərdə nənəsinin atasının adı Mehti kimi göstərilmişdir. X1 doğum şəhadətnaməsində nənəsinin atasının adı Mehtiqulu qızı kimi düzgün göstərilmişdir. Neftçala rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 2507 saylı arayışından görünür ki, Ərizəçi babası X19 06 yanvar 1982-ci ildə, nənəsi mərhumǝ X4 03 may 1973-cü ildə vəfat etmişdir. Hər ikisi Neftçala rayonu, İsmilli qəbiristanlığında dəfn ediliblər. Ölüm haqqında şəhadətnamələri yoxdur. Nənəsi Əliyeva Sürayyǝ Mehtiqulu qızının 03 may 1973- cü ildə vəfat edib Neftçala rayonu, İsmilli qǝbiristanlığında dəfn edilməsini X7 və X14 məhkəmədə şahid qismində təsdiq edə bilərlər. X2 ölüm fktının müəyyən olunması vərəsəlik işinin aparılması üçün ərizəçiyə lazımdır. Ərizəçi ölüm haqqında şəhadətnaməni başqa cür əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi nümayəndəsi (anası) X17 məhkəmə baxışı iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə 25 avqust 2023-cü il tarixdə təqdim etdiyi ərizənin nəzərə alınmasını, mərhum qaynanası X2 əslində 03 iyun 1973-cü ildə vəfat etdiyini, ərizədə səhv nəticəsində 03 may 1973-cü il kimi göstərildiyini, bundan əlavə onun məzar daşında da ölüm tarixini ustanın səhvən 03 may 1973-cü il kimi qeyd etməsini bildirərək ərizədə düzəliş olunmasını mərhum qaynanası Sürayyə Mehtiqulu qızının ölüm tarixinin 03 iyun 1973-cü il kimi qeyd olunmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X18, X15 və X7 ərizəçinin nümayəndəsinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçininin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X12 07 iyul 1956-cı il tarixdə anadan olmuş, X19 atası, X8 isə anasıdır. “Doğum haqqında” şəhadətnaməsinin surətindən görünür ki, X16 25 avqust 1939cu il tarixdə anadan olmuş, X19 atası, X4 isə anasıdır. “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, X12 ilə X9 arasında nikah 08 oktyabr 1980-ci il tarixdə 350 nömrəsi ilə qeyd edilmiş, nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 02 avqust 1987ci il tarixdə anadan olmuş, X12 atası, X17 isə anasıdır. “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X12 13 fevral 2023-cü il tarixdə “durğunluq ürək çatmamazlığından” vəfat etmişdir. Neftçala Rayon Mərkəzi X11 Şəxsin arayışından görünür ki, Neftçala şəhəri, Məhəllə 6 ünvanında yaşamış 1910-cu il təvəllüdlü X2 03 may 1973-ci il tarixdə ölümü haqqında Neftçala RMX-sı PHŞ-nin statistika bölməsində məlumat olmadığından ölüm haqqında heç bir tibbi sənəd verilməmişdir. Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Neftçala şəhər İƏDÜN-nin 2507 №-li məktubunda qeyd edilir ki, həqiqətən də Ərizəçi babası X19 xx.xx.1982-ci ildə Neftçala şəhərində, nənəsi X4 isə xx.xx.1973-cü ildə Neftçala şəhərində vəfat etmiş və hər ikisi İsmilli qəbiristanlığında dəfn edilmişlər. Onların ölüm şəhadətnamələri yoxdur. Neftçala Rayon İcra Hakimiyyəti Neftçala Rayon Dövlət Arxivinin 05.07 2023-cü il tarixli arayışından görünür ki, mərhum X13 1982-ci, X2 isə 1973-cü ildə ölməsi təsdiq edən şəhadətnamələri arxivə təhvil verilməmişdir. “Məzar daşı” abidəsinin fotoşəkillərində X2 doğum tarixi 1910-cu il, ölüm tarixi isə 03 may 1973-cü il kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 22 iyun 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 1910-cu il tarixdə Neftçala rayonu, Qoltuq kəndində anadan olmuş X2 03 may 1973-ci il tarixdə Neftçala şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar