Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-798/2025 06.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Ərizəçi «ölüm faktının müəyyən edilməsinə dair» ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 16 sentyabr 1988-ci ildə Neftçala rayonunda doğulmuş oğlu X1 08 dekabr 1989-cu il tarixdə Neftçala rayonunda ölməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinə baxılmasını istəmədiyini, ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və tərəfindən ödənilmiş dövlət rüsumunun ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-ci maddəsinə əsasən “iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır”. Qeyd olunur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar olaraq 05 may 2025-ci ildə «Kapital Bank ASC» vasitəsilə 100 (yüz) manat miqdarında dövlət rüsumu ödənilmişdir. («Kapital Bank ASC»; əməliyyat İD:907028101,terminal nömrəsi K0164011, qəbzin nömrəsi: 30150). «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.2-ci maddələrinə əsasən «Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə», «Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır». Azərbaycan Respublikası MPM-nin 114.1.3-ci maddəsinə əsasən «bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa» ödənilmiş dövlət rüsumu qaytarılır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə (vəsatət) təmin edilməli, ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin iş üzrə ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu Ərizəçi geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 170, 263- 264, 267-268-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi «ölüm faktının müəyyən edilməsinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ərizəçi tərəfindən 05 may 2025-ci ildə «Kapital Bank ASC» vasitəsilə Neftçala Rayon Məhkəməsinin hesabına 100 (yüz) manat miqdarında ödənilmiş dövlət rüsumu («Kapital Bank ASC»; əməliyyat İD:907028101,terminal nömrəsi K0164011, qəbzin nömrəsi: 30150) ərizəçinin özünə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-798/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-798/2025
06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver