Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-82/2025 13.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə Ərizəçi “Şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 14 aprel 1977-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş övladı X2 07 avqust 1977-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X4 14 aprel 1977-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulub. Mətanət doğulduqdan qısa müddət sonra, yəni 07 avqust 1977-ci ildə xəstəlik səbəbindən dünyasını dəyişmişdir. Ölüm hadisəsi ev şəraitində baş vermiş və onun ölümü müvafiq dövlət orqanında qeydə alınmamışdır. Lakin o, Neftçala rayonu, Astanlı kənd qəbiristanlığında babasının və nənəsinin məzarlarlarının yaxınlığında dəfn edilmişdir. Mətanət körpə vaxtı dünyasını dəyişdiyindən adətə görə ona böyük məzar hazırlanmamış, sadəcə məzarı üzərinə baş daşı əvəzinə nişangah olaraq taxta parçası qoyulmuşdur. Qızı Mətanətin ölümünün dövlət qeydiyyatına alınmaması bir çox sənədləşmə işlərində problemlər yaradır. Müraciəti əsasında Maraqlı şəxs tərəfindən araşdırma aparılmış və ona qızı Mətanətin ölümü haqqında akt qeydinin aşkar edilmədiyi, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilməməyi səbəbindən qızının vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu rəsmi məktubla bildirilmişdir. Göründüyü kimi, mərhum qızı Mətanət Həsənovanın ölümü haqqında şəhadətnamənin başqa qaydada əldə edilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət etmişdir. Qızı Mətanətin həqiqətən 07 avqust 1977-ci ildə dünyasını dəyişməsi və onun Neftçala rayonu, Astanlı kənd qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə edilən Neftçala rayonu, Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 555 nömrəli arayışı və Astanlı kənd qəbiristanlığında çəkilmiş məzar fotoşəkilləri ilə, habelə mərhumun yas mərasimində iştirak etmiş qonşulardan Şahid1 və Şahid2 tərəfindən məhkəmədə şahid qismində ifadə verilməklə də təsdiq edilə bilər. Ona görə də X2 07 avqust 1977-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində vəfat etməsi faktının müəyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçinin nümayəndəsi X7 işin 26 dekabr 2024-cü il tarixli məhkəmə baxışı zamanı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Nümayəndə 13 yanvar 2025-ci ildə məhkəməyə teleqram göndərərək işə onun, həmçinin ərizəçinin iştirakı olmadan baxılmasını, əvvəllki iclaslarda iştirak etdiyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. xx.xx.1954-cü ildə Neftçala rayonu, Astanlı kəndində anadan olmuş Ərizəçi nikahı “Həsənova” soyadını qəbul edərək X8 ilə xx.xx.1975-ci ildə Maraqlı şəxsndə 49 №-li akt geydi ilə bağlanmışdır.(nikaha daxil olanadək soyadı “Əzizova”) Nikah pozulmuşdur: ər-arvadın birgə ərizəsi əsasında xx.xx.1984-cü ildə Maraqlı şəxsndə akt qeydi №8. Nikah bağlanmışdır: “Sultanova” soyadını qəbul edərək X9 ilə xx.xx.1986-cı ildə Kürqaraqaşlı İcra nümayəndəliyində akt qeydi № 19 (nikaha daxil olanadək soyadı “Həsənova”). Nikaha xitam verilmişdir: M.Sultanov xx.xx.1999-cu ildə ölmüşdür (ölüm dövlət qeydiyyatına alınımışdır: xx.xx.1999cu lidə Kürqaraqaşlı icra nümayəndəliyində, akt qeydi № 11) Qeyd: Ərizəçi subaydır və onun nikah bağlamasına mane olan hallar movcud deyil. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə Neftçala rayonu, Astanlı kəndində doğulmuşdur. “Nikahın bağlanması” haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X3 arasında nikah 21 iyun 1984-cü il tarixdə bağlanmış, 18 №-li akt qeydi ilə Salyan rayonu, Kürqaraqaşlı İcra Nümayəndəliyində qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Sultanova” soyadı verilmişdir. Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsinin 31 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, X9 ilə X1 nikah haqqında 21 iyun 1986-cı il tarixdə Salyan rayonu, Kürqaraqaşlı İcra Nümayəndəliyində 19 №-li akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada “Sultanova” soyadı verilmişdir. Qeyd: Nikaha M.Ə.Sultanovun xx.xx.1999-cu ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.1999-cu ildə 11 №-li akt qeydi ilə Salyan rayonu, Kürqaraqaşlı İcra Nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş doğum haqqında 36 №-li akt qeydindən görünür ki, X4 14 aprel 1977-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, atası X10, anası isə X3dır. Xıllı qəsəbə İƏDÜN-nin 555 saylı arayışında qeyd edilmişdir ki, Neftçala rayonu, Xıllı qəsəbə sakini Ərizəçi həqiqətən xx.xx.1977-ci ildə Xıllı qəsəbəsində anadan olmuş övladı - X4 xx.xx.1977-ci ildə vəfat etmiş və mərhum Neftçala rayonu, Astanlı kənd qəbiristanlığında babası Əzizov Hüseynağa Kərbǝhacağa oğlunun məzarının yaxınlığında dəfn edilmişdir. Mərhum körpə vaxtı vəfat etdiyindən ona məzar daşı qoyulmamış, adətə uyğun olaraq nişangah kimi məzarın üzərinə taxta parçası qoyulmuşdur. Qeyd: Arayış mərhumun ölümü barədə məlumatı olan Xıllı qəsəbə sakinləri Şahid1 Şahid2 və X5 bildirdiklərinə istinadən, həmçinin mərhumun dəfn olunduğu qəbristanlıqda məzarının yerləşdiyi əraziyə baxış keçirilməklə tərtib edilmişdir. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X16 arayışından görünür ki, xx.xx.1977-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş X2 xx.xx.1977-ci ildə ölməsi haqqında Neftçala RMX-sı PHŞ-si tərəfindən ölüm haqqında heç bir tibbi sənəd verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 16 noyabr 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 14 aprel 1977-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş X2 07 avqust 1977-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-82/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-82/2025
13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver