Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-848/2025 05.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28 may 1958-ci ildə Neftçala şəhərində doğulmuş X4 1958-ci ildə ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, atası X11 ilə anası X7 arasında bağlanmış 02 dekabr 1954-cü il tarixli nikahdan doğulmuş 28 may 1958-ci il təvəllüdlü X9 4 ay yaşamış və daha sonra 1958-ci ildə ölmüşdür. Lakin onun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. X8 ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxsndən ona verilmiş 06 mart 2025-ci il tarixli, 3-16-5/8-ə-152/2025 nömrəli imtina məktubunda ölüm faktını təsdiq edən həkim şəhadətnaməsi təqdim olunmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və ona ölüm faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X16 tərəfindən verilmiş 01 may 2025-ci il tarixli, 18-1-63/2-406/2025 nömrəli arayışda da 28 may 1958-ci ildə Neftçala şəhərində doğulmuş X4 1998-ci il tarixdə ölməsi ilə bağlı «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X10 statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilmədiyi və verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. X4 1958-ci ildə ölməsini və «Pirətavan» qəbiristanlığında dəfn olunmasını yaxın qohumları X2 və X5 da təsdiq edə bilərlər. Qeyd edir ki, bacısı Naibənin ölüm faktının müəyyən edilməsi anasının ölümündən sonra vərəsəliklə əlaqədar işlərin həyata keçirilməsi üçün zəruridir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X2 və X5 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Evlənmə haqqında» şəhadətnamənin surətindən görünür ki, X11 ilə X6 02 dekabr 1954-cü ildə nikah bağlamış, həmin nikah eyni tarixdə akt qeydləri kitabında 257 nömrəsi ilə qeydə alınmışdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, X12 və X7 xx xxxx 1964-cü il təvəllüdlü Ərizəçi valideynləridirlər. Məhkəmənin müvafiq sorğusu əsasında Maraqlı şəxs tərəfindən verilmiş «Doğum aktı qeydi»nin surətindən görünür ki, X12 və X7 28 may 1958-ci il təvəllüdlü X4 valideynləridirlər. Ölüm haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, X12 25 dekabr 1983cü ildə Neftçala şəhərində, X7 isə 26 oktyabr 2024-cü ildə Neftçala şəhərində ölmüşlər. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X16 tərəfindən verilmiş 01 may 2025-ci il tarixli, 18-1-63/2-406/2025 nömrəli məktubda qeyd olunur: «…xx.xx.1958-ci ildə Neftçala şəhərində anadan olmuş X4 1958-ci ildə ölməsi ilə bağlı Neftçala rayon mərkəzi xəstəxanası X10 statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir və verilməsi mümkün deyildir». İş materiallarına qəbiristanlıq ərazisindən çəkilmiş fotoşəkil əlavə edilib. Həmin fotoşəkildən ümumi məzarların yaxınlığında üzərinə məzar daşı əvəzinə taxta parçası qoyulmuş ayrıca məzarın olduğu görünür. Məhkəmə yuxarıda göstərilənləri məcmu şəkildə qiymətləndirərək hesab edir ki, Ərizəçi 28 may 1958-ci il təvəllüdlü bacısı X4 1958-ci ildə Neftçala şəhərində ölməsi faktını müəyyən edilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 06 mart 2025-ci il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 28 may 1958-ci il tarixdə Neftçala şəhərində doğulmuş X1 – 1958-ci ildə Neftçala şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-848/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-848/2025
05.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver