Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-853/2024 14.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi “Şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 avqust 1948-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş mərhum X1nun 29 noyabr 2020-ci il tarixdə Neftçala şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X1 ilə X2nın nikahları 18 iyun 1969-cu il tarixdə rəsmiləşdirilmişdir. Onların birgə nikahlarından xx xxxxxxx 1978-ci il tarixdə Ərizəçi, 19 dekabr 1972-ci ildə (Əliyeva) X13, 18 iyul 1975-ci ildə (Əliyeva) X9 və 19 dekabr 1973-cü ildə (Əliyeva) X5 adlı dörd uşaqları anadan olmuşdur. Mərhum X1 13 avqust 1948-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuşdur. X2 isə 18 oktyabr 1948-ci il tarixdə Neftçala rayonunda anadan olmuşdur. Mərhum X1 29 noyabr 2020-ci il tarixdə “insult” xəstəliyi nəticəsində vəfat etmişdir. Atasını el adəti ilə Neftçala şəhər qəbiristanlığında dəfn etmişlər. X1 vəfat etdikdən sonra başları yas mərasiminə qarışdığından və sonradan ailə üzvlərinin xəstəliyi ilə əlaqədar yoldaşının müalicəsi ilə məşğul olduğundan xəstəxanadan həkim arayışı ala bilməmiş, sonradan isə məlumatsızlığından bu günə kimi ölüm haqqında şəhadətnamə almamıdır. Hazırda müəyyən sənədləri əldə etmək üçün lazımı orqanlara müraciət etmiş, orada ona məlum olmuşdur ki, mərhum X1 barəsində ölüm haqqında şəhadətnamə almaq lazımdır. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də oradan mərhum atası X7 barədə ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmiş və ona bildirmişlər ki, bu barədə məhkəməyə müraciət edilməlidir. Həmin şəhadətnaməni isə başqa yolla əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mərhum X1nun 29 noyabr 2020-ci ildə “insult” xəstəliyi nəticəsində həqiqətən də Neftçala şəhərində ölməsi faktını, dəfn və yas mərasimində şəxsən iştirak etmiş bacılarının həyat yoldaşları, onlarla birgə qonşuluqda yaşamış şahidlərin ifadələri ilə də öz təsdiqini tapır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı iddia ərizəsinə dəqiqləşmə haqqında ərizə təqdim edərək X3 Neftçala şəhər qəbiristanlığında deyil, Neftçala rayonu Uzunbabalı kənd qəbiristanlığında dəfn olunduğunu bildirərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X23 və X11 ərizəçinin nümayəndəsinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. “Şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X6 13 avqust 1948-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuşdur. “Evlənmək haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 ilə X8 arasında nikah 17 iyul 1970-ci ildə 22 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikahdan sonra X8 (Əliyeva) soyadını qəbul etmişdir. “Şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1978-ci il tarixdə anadan olmuşdur. “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X14 arasında olan nikah 24 iyun 2005-ci il tarixdə, 158 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, X12 nikah bağlandıqdan sonra “Əlizadə” soyadı verilmişdir. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X28 02 sentyabr 2024-cü il tarixli, 18-1-63/2- 758/2024 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşamış 13 avqust 1948-ci il təvəllüdlü X3 29 noyabr 2020-ci ildə vəfat etməsi barədə Neftçala rayon X16 Hüquqi Şəxsin statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmiş və verilməsi mümkün deyildir. İşdə olan foto şəkillərlə də müəyyən olunur ki, X6 xx.xx.2020-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (AR-in Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 25 dekabr 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 13 avqust 1948-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş X3 29 noyabr 2020-ci il tarixdə Neftçala şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-853/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-853/2024
14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver