Məhkəmə qərarları › İş №2(053)-879/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-879/2023

23.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-879/2023 23.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “Şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 noyabr 1966-cı il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş X4 26 iyun 1989-cu il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, qardaşı 10 noyabr 1966-cı il təvəllüdlü X10 26 iyun 1989-cu il tarixdə vəfat etmişdir. Azərbycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən nəzərdə tutulmuş müddətdə ölüm haqqında məlumat verilməmişdir. X2 11 may 2021-ci il tarixdə vəfat etmişdir. Ona ölüm haqqında şəhadətnamə alınmışdır. Anası isə yaşlı, xəstə qadındır. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 09 iyun 2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, qardaşınız X10 barədə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin X4 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Neftçala rayon X7 Hüquqi Şəxsin 02 avqust 2023-cü il tarixli məktubunda bildirilir ki, Neftçala rayonu, Xıllı qəsəbəsində yaşamış 10 noyabr 1966-cı il təvəllüdlü X4 26 iyun 1989-cu ildə ölməsi ilə bağlı Neftçala rayon X7 Hüquqi Şəxsin statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir və verilməsi mümkün deyildir. Neftçala rayon İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 27 iyul 2023-cü il tarixli, 392 nömrəli arayışında göstərilir ki, onun qardaşı 10 noyabr 1966-cı il təvəllüdlü X1 rayonu, Xıllı qəsəbəsində anadan olub, 26 iyun 1989-cu ildə vəfat edib, Xıllı qəsəbə qəbiristanlığında dəfn edilib. X4 26 iyun 1989-cu ildə vəfat etməsi onun məzarının baş daşındakı ölüm tarixi ilə təsdiq olunur. X4 26 iyun 1989-cu ildə vəfat edib, Xıllı qəsəbə qəbiristanlığında dəfn olunmasını X6 və X13 məhkəmədə şahid qismində təsdiq edə bilərlər. X4 ölüm faktının müəyyən edilməsi vərəsəlik işlərinin aparılması üçün ona lazımdır. Ölüm haqqında şəhadətnaməni başqa cür əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, X4 doğum haqqında şəhadətnaməsi onların əlində yoxdur. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Ona bildirilmişdir ki, X4 ölümünü təsdiq edən sənəd olmadığı üçün ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyil, yalnız məhkəmənin sorğusu əsasında verilə bilər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X6 və X13 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X18 02 avqust 2023-cü il tarixli, PHŞ-6-63/2- 587/2023 nömrəli məktubundan görünür ki, Neftçala rayonu, Xıllı qəsəbəsində yaşamış 10 noyabr 1966-cı il təvəllüdlü X4 26 iyun 1989-cu ildə ölməsi ilə bağlı Neftçala RMX-sı PHŞnın statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmiş və verilməsi mümkün deyildir. Neftçala rayonu İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 392 nömrəli arayışından görünür ki, Ərizəçi qardaşı X10 10 noyabr 1966-cı ildə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, 26 iyun 1989-cu ildə vəfat edib, Neftçala rayonu, Xıllı qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. “Evlənmək haqqında” şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 arasında nikah 14 yanvar 1964-cü ildə 03 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikahdan sonra X5 (Mirzəyeva) soyadını qəbul etmişdir. “Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 11 may 2021-ci il tarixdə “Durğunluq ürək çatışmamazlığı” dan Neftçala rayonu, Xıllı qəsəbəsində vəfat etmişdir. “Doğum haqqında” şəhadətnamnin surətindən görünür ki, Ərizəçi xx xxx 1979-cu il tarixdə anadan olmuş, X2, anası isə X3r. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə olunuş 100 №-li akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X10 10 noyabr 1966-cı ildə Xıllı qəsəbəsində anadan olmuş, X2, anası isə X3r. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (AR-in Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 09 iyun 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 10 noyabr 1966-cı il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş X4 26 iyun 1989-cu il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar