Məhkəmə qərarları › İş №2(053)-912/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-912/2023

24.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-912/2023 24.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi qızının «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 29 mart 2001-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş və 13 aprel 2003-cü ildə vəfat etmiş uşağı X1 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, həyat yoldaşı X2 ilə arasında bağlanmış 21 yanvar 1987-ci il tarixli nikahından 29 mart 2001-ci ildə doğulmuş övladı X3 iki yaşında ağır xəstəlik səbəbindən dünyasını dəyişmişdir. Onun ölümü 13 aprel 2003-cü ildə yaşadığı evdə baş vermişdir. Uşaq Neftçala rayonu, Aşağı Surra kənd qəbiristanlığında qohumlarının məzarları yerləşən ərazidə dəfn edilmişdir. Övladı körpə yaşlarında dünyasını dəyişdiyindən adətə görə ona böyük məzar hazırlanmamış və baş daşı qoyulmamışdır. Savadsızlıq üzündən uşağın ölümünün qeydə alınması üçün lazımi dövlət orqanına müraciət edilməmiş və nəticədə onun ölümü aidiyyəti dövlət orqanında qeydə alınmamışdır. Bu səbəbdən «ölüm haqqında şəhadətnamə» alması üçün müraciət etdiyi Maraqlı şəxsndən ona uşağın ölümünün rəsmən qeydə alınmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. X10 həqiqətən 13 aprel 2003-cü ildə ölməsi faktını onun dəfnində və yas mərasimində iştirak etmiş qohumlar, qonşular, eləcə də bəzi kənd sakinləri təsdiq edə bilərlər. Qeyd edilənlərlə yanaşı Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2023-cü il tarixli arayışda da X4 Aşağı Surra kənd qəbristanlığında dəfn olunduğu əraziyə keçirilmiş baxışla və qonşuların bildirdikləri ilə 13 aprel 2003-cü ildə vəfat etməsinin müəyyən olunduğu göstərilib. Ərizəçi qeyd edir ki, oğlunun ölümü qeydə alınmadığından bəzi dövlət orqanları tərəfindən, o cümlədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsindən ünvanlarına dünyasını dəyişmiş övladı ilə bağlı dəfələrlə çağırış vərəqələri və məktublar göndərilir. Bu isə onları narahat edir. Həmçinin ailə üzvlərinə məxsus ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində oğlu İmaməlinin də payının olması və həmin payın miras qalması vərəsəliklə əlaqədar onun ölüm faktının təsdiqlənməsini zəruri etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X5 və X9 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Doğum haqqında» şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi və X2 29 mart 2001-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş X1 valideynləridirlər. Neftçala RPŞ tərəfindən 01 may 2013-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatdadır. Neftçala rayonu, Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, 29 mart 2001ci il təvəllüdlü X3 13 aprel 2003-cü ildə Aşağı Surra kəndində vəfat etmişdir. «Dövlət rusumu» haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən məhkəməyə «Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə» 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən «məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, dövlət rüsumu ödəməkdən azad olunurlar». İş materiallarına əlavə olunmuş 29 may 2021-ci il tarixli 005042 nömrəli şəhid ailəsi üzvünün vəsiqənin surətindən görünür ki, Ərizəçi şəhid ailəsi üzvüdür. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 20 iyul 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 29 mart 2001-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş X1 13 aprel 2003-cü ildə Neftçala rayonu, Aşağı Surra kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar