Məhkəmə qərarları › İş №2(053)-938/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-938/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-938/2023 17.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 09 yanvar 1996-cı ildə Neftçala rayonu, Xol Qaraqaşlı kəndində anadan olmuş və 17 dekabr 1996-cı ildə vəfat etmiş uşağı X3 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, həyat yoldaşı X5 ilə arasında bağlanmış 10 yanvar 1994-cü il tarixli nikahından 09 yanvar 1996cı ildə doğulmuş övladı X8 hələ bir yaşı tamam olmamış, körpə ikən dünyasını dəyişmişdir. Onun ölümü 17 dekabr 1996-cı ildə yaşadığı evdə baş vermiş və o, Neftçala rayonu, Xol Qaraqaşlı kənd qəbiristanlığında atasının məzarı önündə dəfn edilmişdir. Uşaq körpə ikən dünyasını dəyişdiyindən ona əhatəli, böyük məzar tikilməmiş və baş daşı qoyulmamışdır. Sadəcə məzarı itməsin deyə dəfn olunduğu yerə baş daşı əvəzi olaraq taxta parçası nişangah kimi basdırılmışdır. Buna baxmayaraq onun ölümü aidiyyəti dövlət orqanında qeydə alınmamışdır. Bu səbəbdən sorğu etdikləri aidiyyəti orqanlar ona imtina sənədi vermişlər. Belə ki, «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X6 müraciəti ilə əlaqədar ona Mərkəzi Xəstəxana tərəfindən oğlu Nurlanın ölümü barədə heç bir tibbi sənədin və tibbi şəhadətnamənin verilmədiyini rəsmən bildirmişlər. Bundan başqa «ölüm haqqında şəhadətnamə» alması üçün müraciət etdiyi Maraqlı şəxsndən də ona uşağın ölümünün rəsmən qeydə alınmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. X10 həqiqətən 17 dekabr 1996-cı ildə ölməsi faktını onun dəfnində və yas mərasimində iştirak etmiş əmisi X7 və mərhumun ölümü barədə məlumatlı olan digər əmisi X2 təsdiq edə bilərlər. Qeyd edilənlərlə yanaşı Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xol Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli arayışda da X3 09 yanvar 1996-cı ildə Xol Qaraqaşlı kəndində, yaşadığı evdə vəfat etməsi göstərilib. Ərizəçi qeyd edir ki, ailə üzvlərinə məxsus ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində oğlu Nurlanın da payının olması və həmin payın miras qalması vərəsəliklə əlaqədar Nurlanın ölüm faktının təsdiqlənməsini zəruri etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X7 və X2 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Doğum haqqında» şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 və Ərizəçi 09 yanvar 1996-cı ildə Neftçala rayonu, Xol Qaraqaşlı kəndində doğulmuş X4 valideynləridirlər. «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, ərizəçi Vəliyeva X1 rayonu, Xol Qaraqaşlı ərazi dairəsi, Xol Qaraqaşlı kəndi ünvanı üzrə qeydiyyatdadır. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» Publik Şəxsinin 16 avqust 2023-cü il tarixli arayışından görünür ki, 09 yanvar 1996-cı ildə doğulmuş və 17 dekabr 1996-cı ildə vəfat etmiş X4 ölümü haqqında Neftçala Mərkəzi Rayon Xəstəxanası tərəfindən heç bir tibbi sənəd verilməmişdir. Neftçala rayonu, Xol Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, 09 yanvar 1996cı il təvəllüdlü X8 17 dekabr 1996-cı ildə Xol Qaraqaşlı kəndində, evində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi Siyasət qızının ərizəsinə Maraqlı şəxs tərəfindən 14 avqust 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 09 yanvar 1996-cı ildə Neftçala rayonu, Xol Qaraqaşlı kəndində doğulmuş X3 17 dekabr 1996-cı ildə Neftçala rayonu, Xol Qaraqaşlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar