Məhkəmə qərarları › İş №2(053)-977/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-977/2024

22.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-977/2024 22.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq Sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq Sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Maraqlı şəxs ilə onun arasında Salyan 1 saylı Mediasiya təşkilatı tərəfindən 24 noyabr 2023-cü il tarixdə bağlanmış Barışıq Sazişinin 1.2 və 1.3-cü bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasında 24 noyabr 2023-cü il tarixli Barışıq Sazişi bağlanılmışdır. X10 Maraqlı şəxs üzərinə öhdəliklər götürmüşdür. “2. Mən Maraqlı şəxs 22 oktyabr 2012-ci il tarixdə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən 334 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahımızın pozulmasına razıyam. 1.2 nikahımız pozulduqdan sonra birgə nikahımızdn doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X4, X2 anaları Ərizəçi himayəsində qalmasına razıyam. 1.3.Övladlarım Ərizəçi himayəsində qaldığı müddətdə Maraqlı şəxs onların saxlanılması üçün ümümilikdə 300 (üç yüz) manat aliment verməyi öhdəmə götürürəm və alimenti Ərizəçi Bank hesabına köçürəcəyəm. 1.4 Neftçala rayonu S.Bayramov küçəsində yaşadığımız 2 (iki otaqlı) həyət evini Ərizəçi və övladlarıma verirəm. 1.5 Ərizəçi başqa tələbim yoxdur”. Maraqlı şəxs ilə aralarında bağlanmış barışıq sazişndə qeyd edilən şərtlərə əməl etmiş, lakin alimentlə bağlı olan öhdəliyinə 23 may 2024-cü ilə qədər əməl etmiş, 23 may 2024-cü il tarixdən sonra sazişin şərtində 300 ( üç yüz) manat məbləği ödəməkdən imtina etmişdir. Maraqlı şəxs barışıq sazişində alimentlə bağli 1.2 və 1.3-cü bəndlərinə münasibətdə barışıq sazişinin şərtlərinindən imtina etdiyinə görə barşıq sazişinin məhkəmə qaydasında təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması zamanı ərizəçi məhkəməyə ərizə təqdim edərək barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə dəqiqləşdirmə aparmağın zəruri olduğunu, “Xahiş edirəm” hissədə 1.2 bəndinin səhv olaraq qeyd edildiyini və nəzərə alınmamasını, yalnız sazişin 1.3-cü bəndinin təsdiq edilməsini xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması zamanı Maraqlı şəxs həqiqətən də ərizəçiyə 3 aydır ki, maddi çətinlikləri ilə əlaqədar aliment ödəyə bilmədiyini, bu aydan ödənişləri vaxtı vaxtında həyata keçirəcəyini, sazişdə göstərilənləri və iddia tələbini qəbul etdiyini və heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə təqdim etmiş və qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin 1.3-cü bəndi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: “1.Mən Ərizəçi Maraqlı şəxs ilə 22 oktyabr 2012-ci il tarixdə Neftçala rayon qeydiyat şöbəsi tərəfindən 334 Neli akt qeydi lle resmlesdirimiş nikahmızın pozulmasına razıyam. 1.1.Nikahmız pozulduqdan sonra birgə nikahmızdan doğulmuş xx.xx.2013-il təvəllədllü X6, xx.xx.2017-ci il təvəllüdlü X7,xx.xx.2018-ci il təvəllüdlü X1 Səid Bəxtiyar oğlunun mənim himayəmdə qalmasına razıyam. 1.2.Övladlarım mənim himayəmdə olduğu müddətdə Maraqlı şəxs onların saxlanılması üçün ümumlikde 300 (üç yüz) manat alimet verməsinə razıyam. 1.3.Övladlarım mənim himayəmdə olduğu müddət ərzində ataları Maraqlı şəxs onlarla istenilən vaxt ünsiyyətdə ola bilər və bunun üçün şərait yaradığmı öhtəmə götürürəm. 1.4. Maraqlı şəxs qızıl- zinət və başqa tələblərim yoxdur. 2.Mən Maraqlı şəxs 22 oktyabr 2012-ci il tarixdə Neftçala rayon qeydiyat şöbəsi tərəfindən 334 №li akt qeydi ilə rəsmiləşdirimiş nikahmızın pozulmasına razıyam. 1.2.nikahmız pozulduqdan sonra birgə nikahmızdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 xx.xx.2017-ci il təvəllüdlü X7,xx.xx.2018-ci il təvəlüdlü X1 Səid Bəxtiyar oğlunun anaları Ərizəçi himayəsində qalmasına razıyam. 1.3.Övladlarım Ərizəçi himayəsində qaldığı müddətdə oğlu onların saxlanılması üçün ümumlikdə 300 (üç yüz) manat alimet vermeyi öhtəmə götürürəm və alimenti Ərizəçi Bank hesabına ödəyəcəm. 1.4.Neftçala rayonu S.Bayramov küçəsində yaşadığmız 2 (iki) otaqlı həyət evini Ərizəçi və övladlarıma verirəm. 1.5. Ərizəçidan başqa tələblərim yoxdur”. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs birgə nikahından (bu nikah 2012-ci ildə bağlanmışdır) dörd uşaq – xx.xx.2013-cü il təvəllüdlü X6, 03 iyun 2017-ci il təvəllüdlü X7, 18 dekabr 2018-ci il təvəllüdlü X4 və X8 doğulmuşdur. Tərəflər barışıq sazişinin 1.2-ci bəndinə əsasən uşqalrın anaları ilə qalması barədə könüllü olaraq razılıq əldə etmişlər. xx.xx.2023-cü il tarixdə Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesi nəticəsində onlar arasında barışıq sazişi imzalanmış, sazişin 1.2 və 1.3-cü bəndlərinin şərtlərinə görə nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəlüdlü X4 və X2 anaları Ərizəçi himayəsində qalmasına razılıq əldə edilmiş, maraqlı şəxs övladları Ərizəçi himayəsində qaldığı müddətdə onların saxlanılması üçün ümumlikdə 300 (üç yüz) manat alimet verməyi və alimenti Ərizəçi Bank hesabına ödəyəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Daha sonra, barışıq sazişinin qeyd olunan hissəsinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin 12 və 1.3-cü maddəsinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə nikahın pozulmasının məhkəmə qaydasında həll edilməsi, uşaqların yaşayış yerinin müəyyən olunması, onların saxlanılması üçün alimentin ödənilməsi və Neftçala rayonu, S.Bayramov küçəsində yaşadıqları 2 (iki) otaqlı həyət evinin Ərizəçi və övladlarına verilməsi ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin 1.3-cü maddəsinin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Qeyd edilməlidir ki, sazişin qalan şərtləri sazişi bağlayan tərəflərin arasında artıq həll olunduğundan mübahisə doğurmur. Lakin təkcə sazişin 1.3-cü bəndi təsdiq olunduğu təqdirdə icra mərhələsində tərəflərin birgə nikahlarından doğulmuş uşaqların doğum tarixləri (qeyd edilmədiyindən) mübahisə doğura bilər. Bu baxımdan məhkəmə barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin təsdiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 (on) gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi, barışıq şərlərinin 1.2 və 1.3-cü maddələrinə münasibətdə təsdiq - nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəlüdlü X4 və X2 anaları Ərizəçi himayəsində qalmasına razı olduğu, övladları Ərizəçi himayəsində qaldığı müddətdə onların saxlanılması üçün ümumlikdə 300 (üç yüz) manat aliment verməyi və alimenti Ərizəçi Bank hesabına ödəyəcəyini öhdəsinə götürməsi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi – aşağıdakı şərtə münasibətdə təsdiq edilsin: “1.2.nikahmız pozulduqdan sonra birgə nikahmızdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7,xx.xx.2018-ci il təvəlüdlü X4 və X2 anaları Ərizəçi himayəsində qalmasına razıyam. 1.3.Övladlarım Ərizəçi himayəsində qaldığı müddətdə onların saxlanılması üçün ümumlikdə 300 (üç yüz) manat aliment verməyi öhtəmə götürürəm və alimenti Ərizəçi Bank hesabına ödəyəcəm”. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar