Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-99/2025 24.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “Şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 may 1970-ci ildə Neftçala rayonu, Beşdəli kəndində anadan olmuş X7 04 iyul 1970-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, atası X14 ilə anası X2 19 iyun 1968-ci il tarixli birgə nikahlarından doğulmuş 02 may 1970-ci il təvəllüdlü bacısı X15 doğulduqdan iki ay sonra vəfat etmişdir. Ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Vərəsəlik işi ilə əlaqədar Nubarın ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 23 senyabr 2024-cü il tarixli, 3-16-5/MP3/2024 nömrəli imtina məktubunda xx.xx.1970-ci tarixdə anadan olmuş mərhum bacısının ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə Maraqlı şəxs Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılımış, lakin ölüm haqqında akt qeydi aşkar olunmaması bildirilmişdir. Neftçala RMX PHŞ-nin xx.xx.2024-cü il tarixli, 1182 nömrəli arayışında 1970-ci ildə doğulmuş və həmin ildə dünyasını dəyişmiş X7 dünyasını dəyişməsi barəsində "Neftçala RMX" PHŞ-da ölüm haqqında tibbi şəhadətnamə verilməməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 8.5-ci bəndinə əsasən ölüm hqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra dövlət qeydiyyatına alına bilər. Qeyd edir ki, mərhum bacısı X1 rayonu, Beşdəli kənd qəbiristanlığında dəfn edilmiş, X3 cəsədini Beşdəli kənd qəbiristanlığında məzara X4 qoymuşdur. X10 Beşdəli kənd qəbiristanlığında dəfn edilməsini X4 və X11 məhkəmədə şahid qismində təsdiq edə bilərlər. X7 doğum haqqında şəhdətnaməsi itirilmişdir. Doğum haqqında şəhdətnmənin əvəz edilməsi üçün doğum haqqında aryışın verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, orada məhkəmənin sorğusuna əsasən həmin arayışı verə biləcəkləri bildirilmişdir. Ölüm haqqında şəhadətnaməni başqa cür əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi iddia ərizəsinə dəqiqləşmə haqqında ərizə təqdim edərək iddia ərizəsində mərhum bacısının adının səhvən X15 qeyd olunduğunu bildirərək həmin şəxsin X16 qızı kimi oxunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 və X11 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. “Evlənmək haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X5 arasında nikah 19 iyun 1968-ci ildə 5 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikahdan sonra X5 (Məlikova) soyadını qəbul etmişdir. “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxx 1969-cu il tarixdə anadan olmuş, X14 atası, X6 isə anasıdır. “Doğum haqqında” akt qeydinin surətindən görünür ki, X16 02 may 1970-ci il tarixdə anadan olmuş, X14 atası, X6 isə anasıdır. Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2018-ci ildə “Durğunluq ürək çatışmamazlığı” səbəbindən Neftçala rayonu, Beşdəli kəndində vəfat etmişdir. Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2020-ci ildə “Sol mədəcik çatışmamazlığı” səbəbindən Neftçala rayonu, Beşdəli kəndində vəfat etmişdir. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X20 31 oktyabr 2024-cü il tarixli, 1182 nömrəli arayışından görünür ki, 1970-ci ildə doğulmuş və həmin ildə dünyasını dəyişmiş X8 dünyasını dəyişməsi barəsində “Neftçala RMX” PHŞ-da ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 23 sentyabr 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 02 may 1970-ci il tarixdə Salyan rayonu (indiki Neftçala rayonu), Beşdəli kəndində anadan olmuş X9 04 iyul 1970-ci il tarixdə Salyan rayonu (indiki Neftçala rayonu), Beşdəli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-99/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-99/2025
24.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver