Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-994/2024 01.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X1 və Rəhmanov Elxan Abbasağa oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 mart 1966-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş X2 26 may 2024-cü il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, mərhum həyat yoldaşı X4 15 mart 1966-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuşdur. O, mərhum Məmməd Qasımovla 13 oktyabr 1990-cı ildə rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahlarından iki uşaqları doğulmuşdur. X4 26 may 2024-cü il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində vəfat etmiş və onu yaxın qohum və qonşularının iştirakları ilə Neftçala rayonu, Bankə qəsəbəsində yerləşən Seyidlər qəbiristanlığında dəfn etmişlər. Həyat yoldaşının ölümü barədə qanunvericiliklə müəyyən edilmiş müddətdə məlumat verilmədiyi üçün onun ölümü barədə müvafiq sənədləşmə işləri aparılmamışdır. Neftçala Rayon Mərkəzi Xəstəxanasına tibbi arayış üçün müraciət etsə də, həmin arayışın verilməsindən imtina edilmişdir. Daha sonra ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm aktlarının qeydiyyatı kitabında müvafiq qeyd olmadığına görə ona X2 ölümü haqqında şəhadətnamə verilməmiş, cavab məktubunda ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mərhum həyat yoldaşı X2 ölüm faktının müəyyən edilməsi vərəsəlik işlərinin aparılması üçün zəruridir. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs tərəfindən verilmiş 07 avqust 2024-cü il tarixli «nikah haqqında» arayışdan görünür ki, X4 ilə X5 13 oktyabr 1990-cı ildə nikah bağlamış, müvafiq nikah həmin tarixdə Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında 429 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada «Qasımova» soyadı verilmişdir. Neftçala RPŞ tərəfindən 21 iyun 2017-ci il tarixdə verilmiş AZE seriyalı, 16537032 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 15 mart 1966-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuşdur. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X10 məktubundan görünür ki, Neftçala rayonu, Bankə qəsəbəsində yaşamış 15 mart 1966-cı il təvəllüdlü X2 26 may 2024-cü ildə ölməsi ilə bağlı «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X10 statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir və verilməsi mümkün deyildir. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 avqust 2024-cü il tarixli arayışında qeyd olunur: «…X4 xx.xx.2024-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində vəfat edib. Bankə qəsəbəsi, Seyidlər qəbiristanlığında dəfn olunub…». İş materiallarına əlavə edilmiş qəbiristanlıq ərazisindən çəkilmiş məzar daşı fotoşəkilinin üzərində «X3», xx.xx.1966 – xx.xx.2024 yazısı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (AR-in Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 09 avqust 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 15 mart 1966-cı il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş X2 26 may 2024-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-994/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-994/2024
01.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver