Məhkəmə qərarları › İş №2(054)-106/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-106/2025

17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-106/2025 17.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X15 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi Məmmədiyə qızının, onun nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun iştirakı ilə, Ərizəçi Məmmədiyə qızının (Maraqlı şəxs) şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 17 mart 2025-ci il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Məmmədiyə qızı (ərizəçi) (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, qızı-20 dekabr 1988-ci il tarixdə Oğuz rayonu Muxas kəndində anadan olmuş Lətifova (Əliyeva) Qızılgül Fərrux qızının 13 iyul 2010-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1959-cu ildə Vartaşen rayon Muxas kəndində anadan olmuşdur. Hazırda Oğuz rayon Muxas kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.1980-ci ildə rəsmi nikahla Oğuz rayon Muxas kənd sakini X12 ilə ailə qurmuşdur. Həmin nikahdan beş qızı və bir oğlu doğulmuşdur. X1 xx.xx.1988-ci ildə Muxas kəndində anadan olmuşdur. Qızılgül 2007-ci ildə öz istəyi ilə Göyçay rayon İnçə kənd sakini X14 ilə ailə qurmuş, onların nikahı həmin ilin aprel ayında Göyçay rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Həmin nikahdan onun 2009-cu ildə Məhəmməd adlı bir övladı doğulmuşdur. Qudalarının onlarla qohumluq əlaqələri olub. Belə ki, qardaşı X16 bacısı ilə ailə qurmuşdu, sonra gəlin də Qızılgülü öz qardaşına aldı. Münasibətləri yaxşı olub. Qızılgül də heç vaxt vəziyyəti barədə şikayət etməyib. 2010-cu ilin iyul ayının 13-də bilinməyən səbəbdən Qızılgülün özünü və oğlunu asaraq öldürdüyü barədə onlara məlumat verilib. Dərhal Göyçaya gediblər. Qızının meyitini götürsələr də kürəkəni oğlunun meyitini gətirməyə icazə verməyib, deyib ki, sən öz balanı apar dəfn elə, mən də öz balamı dəfn edəcəyəm. Şikayətçi olmayıblar. Qızılgülün əri Rusiyada işləmişdir. Həmin vaxt qardaşı və oğlu da Rusiyada olduğundan və Qızılgülün ölümünün səbəbi qaranlıq olduğundan məsələni çox ağartmayıblar. Prokurorluqda hansısa araşdırma aparıldığı barədə məlumatı yoxdur. Həmin vaxt əri Fərrux da sağ deyildi, yəni o 2008-ci ildə vəfat etmişdi. Meyiti gətirib kənddə dəfn ediblər, başdaşında Qızılgüllə birlikdə uşağın da şəkli var. Ölümü qeydə aldırmağın lazım olduğunu da bilməyiblər. Torpaq islahatı zamanı ərinə, ona və beş övladına 0,19 ha həyətyanı torpaq sahəsi verilib. Hazırda vərəsəliyin müəyyən edilməsi və torpaq sahəsinin qeydə alınması tələb olunduğundan aidiyyəti orqana müraciət etmişlər. Onlardan vəfat etmiş şəxslərin ölüm kağızı tələb olunur. Ərinin ölüm kağızı olsa da, Qızılgülün ölümü qeydə alınmayıb. Buna görə məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəçinin izahatını təsdiq etdi, özünün də Muxas sakini olduğunu, ailəni yaxşı tanıdığını, həqiqətən Qızılgülün uşağı ilə birlikdə intihar etdiyini, prokurorluqda araşdırmanın aparılıb-aparılmamasından asılı olmayaraq ölümün başqa yolla qeydiyyatının mümkün olmadığını bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirdi ki, ərizəçi anası, mərhum Qızılgül isə bacısıdır. Ailədə altı uşaq olublar. Bacısı Humay 1981-ci ildə, Günay 1982-ci ildə, o özü 1984cü ildə, bacısı Aybəniz 1986-cı ildə, qardaşı Eldəniz 1987-ci ildə, Qızılgül isə 1988-ci ildə anadan olmuşdur. Qızılgülü Göyçay rayonuna İnçə kəndinə ərə vermişlər, belə ki, Qızılgülü qaçırmışdılar, atası xəstə olduğundan toy yalnız oğlan evində olmuşdu. Qızılgülün bir oğlu da olmuşdu. Uşaq təxminən 1,5 yaşda olanda Qızılgül özünü və uşağını asaraq intihar etmişdir. Bu xəbəri 2010-cu ilin iyul ayının 13-də saat 10-11 radələrində eşidiblər. Atası artıq vəfat etmişdi. Meyitləri morqdan götürmüşlər. Qızılgülü gətirib Muxasda dəfn ediblər, uşağı atası verməyib. Qızılgülün ölümünün səbəbini bilməyiblər. Qardaşı Eldənizə görə heç kimə şikayət etməyiblər. Yasda Qızılgülün yoldaşı, qaynanası və digər qohumlar iştirak ediblər. Ərizəçinin müraciətində göstərilən faktı təsdiq edir. Məhkəmə iclasında şahid X4 ərizəçi Aminənin bacısı olduğunu bildirdi, ərizəçi və şahidin izahatına uyğun izahat verdi. əlavə olaraq bildirdi ki, meyiti gətirmək üçün o da xx.xx.2010-cu ildə Göyçaya gedib. Həm qardaşı Çingizə, həm də Aminənin oğlu Eldənizə görə məsələni açıb-ağartmayıblar. Qızılgül Zabitə qoşulub getmişdi. Onu yaxşı tanımayıb, amma kürəkən özünü yaxşı kimi göstərmişdi. Ondan heç bir şübhələri olmayıb. Qızı da özü istəyib almışdı. Zabit yasda çox ağlayırdı. Ərizəçinin müraciətində göstərilən faktı təsdiq edir. Məhkəmə ərizəçini, onun nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Məmmədiyə qızı xx.xx.1959-cu il tarixdə Vartaşen rayonu Muxas kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Muxas kəndidir. Maraqlı şəxs işə əlavə edilmiş doğum haqqında xx.xx.2024-cü il tarixli, 145/12 saylı arayışından görünür ki, X6 xx.xx.1988-ci il tarixdə Oğuz rayonu Muxas kəndində anadan olmuş, bu barədə Oğuz rayon Bucaq kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1988-ci ildə 74 nömrə ilə qeyd edilmişdir, atası X12, anası Ərizəçi Məmmədiyə qızıdır. Maraqlı şəxs işə əlavə edilmiş nikah haqqında xx.xx.2024-cü il tarixli, 76/12 saylı arayışından görünür ki, X14 və X6 arasında xx.xx.2007-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında 96 saylı akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra ərarvada Lətifov soyadı verilmişdir. Göyçay rayon prokurorluğunun işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 239xid-25 saylı məktubundan görünür ki, xx.xx.1988-ci il tarixdə Oğuz rayonu Muxas kəndində anadan olmuş Lətifova (Əliyeva) Qızılgül Fərrux qızının barəsində Göyçay rayon prokurorluğunda araşdırma aparılmamış və cinayət işi istintaq edilməmişdir. İnternet saytdan götürülmüş və işə əlavə edilmiş məlumatdan görünür ki, Göyçay rayon polis şöbəsindən APA-nın yerli bürosuna Göyçay rayonu İnçə kənd sakini, əslən Oğuz rayonundan olan 1988-ci il təvəllüdlü X2 xx.xx.2010-cu il tarixdə saat 15:00 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidən əvvəlcə iki yaşlı oğlu X5, sonra isə özünü asaraq öldürdüyü bildirilmişdir. Maraqlı şəxs Ərizəçi Məmmədiyə qızına ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/11-324/2024 saylı məktubundan görünür ki, X2 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından onun ölümünün qeydə alınmasınün mümkün olmadığı bildirilmiş, ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 53/2024 saylı arayışından görünür ki, X2 ölümü haqqında məlumatın əldə edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə və şöbənin arxivində saxlanılan 2009-cu ildən 2024-cü illər üzrə ölüm akt qeydi kitabları axtarılmış, ölüm qeydi aşkar edilməmişdir. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/xx-xx/2025 saylı məktubundan görünür ki, xx.xx.1988-ci il tarixdə anadan olmuş Lətifova (Əliyeva) Qızılgül Fərrux qızı ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş Göyçay rayon İnçə kənd sakini X8 2010-cu ildən sonra başqa şəxslə nikahı aşkar olunmamışdır. İşə əlavə edilmiş, X3 azyaşlı övladı ilə birgə şəkli əks edilmiş başdaşının fotoşəklindən görünür ki, o və övladı 2009-cu il təvəllüdlü Məhəmməd xx.xx.2010-cu ildə ölmüşdür. İşə əlavə edilmiş JN 013a (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə Oğuz rayon Muxas kənd sakinləri X9, onun aiə üzvləri-arvadı Ərizəçi Məmmədiyə qızına, övladları Aygün, Eldəniz, Qızılgül, Günay, Aybəniz Əliyevlərə 0,19 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 274319 saylı şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2008-ci ildə ölmüş, bu barədə Oğuz rayon Muxas kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci ildə 05 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını, 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Resublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında, habelə iş materialları ilə müəyyən edildi ki, ərizəçinin qızı-xx.xx.1988-ci il tarixdə anadan olmuş X6 xx.xx.2007-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində qeyd edilən nikahla həmin rayon sakini X14 ilə ailə qurmuş, Lətifova soyadını qəbul etmişdir. Həmin nikahdan onun 2009-cu ildə Məhəmməd adlı oğlu doğulmuşdur.xx.xx.2010-cu ildə Qızılgül övladı ilə birlikdə intihar edərək ölmüşdür. Məhkəmənin sorğusuna cavab olaraq Göyçay rayon prokurorluğunda onun barəsində araşdırma aparılmadığı və cinayət işinin istintaq edilmədiyi bildirilmişdir.İnternet saytdan çıxarışla X2 xx.xx.2010-cu il tarixdə özünü və övladını asaraq intihar etməsi ilə bağlı Göyçay Polis şöbəsindən APA İnformasiya Agentliyinə verilmiş məlumatın olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə mərhum Qızılgül Lətifovanın ölümünün qeydə alınmadığı, qeydiyyat orqanı tərəfindən isə ərizəçiyə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etməsinin tövsiyə olunduğu müəyyən edilmişdir. Məhkəmə icraatı gedişində torpaq islahatı zamanı Qızılgül Əliyevaya digər ailə üzvləri ilə birlikdə 0,19 ha həyətyanı torpaq sahəsinin verildiyi, vərəsəliklə bağlı sənədlərin hazırlanması zamanı ölmüş ailə üzvlərinin ölümünə dair sənədin tələb olunduğu, ailə başçısı Fərrux Əliyevin ölümü qeydə alınsa da, Qızılgül Əliyevanın (Lətifova) ölümünün qeydə alınmadığı müəyyən edilmişdir. Qanunvericiliyə uyğun olaraq müvafiq sənəd təqdim edilmədən ölümün qeydiyyat orqanında qeydə alınması mümkün olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20 dekabr 1988-ci il tarixdə Oğuz rayon Muxas kəndində anadan olmuş Lətifova (Əliyeva) Qızılgül Fərrux qızının 13 iyul 2010-cu il tarixdə Göyçay rayonu İnçə kəndində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar