Məhkəmə qərarları › İş №2(054)-11/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-11/2022

07.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-11/2022 07.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Ərizəçi, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi ərinin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Ərizəçi məhkəməyə müraciət edərək X4nun 17.03.2017-ci il tarixdə Oğuz şəhərində vəfat etməsi faktının müəyyən edilməsi, onun barəsində ölüm haqqında akt qeydində və şəhadətnamədə X5 doğulduğu vaxtın 01.07.1925-ci il, doğulduğu yerin Dağıstan Respublikası Rutul rayonu Borç kəndi, daimi yaşadığı yerin Oğuz şəhəri, milliyyətinin ləzgi, ölümün səbəbinin ürək çatışmazlığı kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1941-ci il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuşdur, hazırda isə ünvan 1 ünvanında yaşayır. O, 29.04.1961ci il tarixdə X8 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. X4 01.07.1925-ci il tarixdə Dağıstan Respublikası Rutul rayonu Borç kəndində anadan olmuş və milliyyəti ləzgi olmuşdur. Əri Rusiya Federasiyasının vətəndaşı olsa da, ömrünün son illərini Oğuz şəhərində yaşamış və 17.03.2017-ci il tarixdə yaşadığı Oğuz şəhərində, ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Ərinin bacı-qardaşları və digər qohumları Şəki şəhərində yaşadıqlarına görə onu Şəki şəhər qəbiristanlığında dəfn etmişlər. Əri vəfat edərkən onun ölümünün rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Ərinin ölüm haqqında şəhadətnaməsinin olmaması ona və ailə üzvlərinə ciddi çətinliklər yaradır. Çünki onlara məxsus müxtəlif əmlakların qeydiyyata alınmasında və digər sənədləşmə işlərində mərhum ərinin ölüm haqqında şəhadətnaməsi tələb olunur. O, ərinin ölüm faktını təsdiq edən sənədi əldə etmək məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, müraciətinə cavab olaraq ərinin ölümü qeydiyyata alınmadığına və hazırda da bu barədə tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Оnа görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, X4 vəfat edənədək Oğuz şəhərində daimi yaşamış, lakin o, vəfat etdikdən sonra ona ölüm haqqında tibbi şəhadətnamə verilməmiş və bu səbəbdən onun adına ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ərindən miras qalan əmlaklar barədə onun vərəsələrinin adına şəhadətnamə tərtib edilməlidir və bunun üçün onun ölümü haqqında şəhadətnamə tələb olunur. Ərinin ölüm haqqında şəhadətnaməsi olmadığından ondan miras qalan əmlakları vərəsələrinin adına rəsmiləşdirə və həmin əmlaklar üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Ərinin dəfn və yas mərasimlərində ailə üzvləri ilə yanaşı yaxın qohumları, qonşuları və tanışları da iştirak etmişlər. Ərinin dəfn və yas mərasimlərində iştirak edən şəxslər də onun 17.03.2017-ci il tarixdə Oğuz şəhərində vəfat etdiyini təsdiq edirlər. Hazırki vəziyyətdə ərinin ölüm faktının müəyyən edilməsi isə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Оnа görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin еdilməsi bərədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə da ərizəçinin tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin, eyni zamanda, ərizəçinin izahatının məzmununa uyğun izahat verməklə ərizənin təmin еdilməsi bərədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş üzrə şahid qismində dindirilmiş X10 ifadə verərək göstərdi ki, o, Oğuz şəhərində yaşayır və Oğuz rayon Mərkəzi Xəstəxanasında həkim-kardioloq vəzifəsində işləyir. O, İsak İsakovun müalicə həkimi olmuş, xəstə vaxtlarında onun səhhətinə nəzarət etmişdir. İsak İsakov ömrünün son illərini Oğuz şəhərində ailə üzvlərinin yanında yaşamış və 2017ci ilin mart ayında Oğuz şəhərində də vəfat etmişdir. O, İsak İsakovun 2017-ci ilin mart ayında Oğuz şəhərində vəfat etməsi faktını təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş, X9 ifadə verərək göstərdi ki, o, Oğuz şəhərində yaşayır və Oğuz rayonunun axundudur. Ərizəçinin əri İsak İsakovun dəfn və yas mərasimlərini o özü idarə etmiş və mərhum İsak İsakov öz vəsiyyətinə görə Şəki şəhərində dəfn edilmişdir. O, X5 17.03.2017-ci il tarixdə Oğuz şəhərində vəfat etməsi və Şəki şəhər qəbiristanlığında dəfn edilməsi faktını təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki, o, Oğuz şəhərində yaşayır, ərizəçi və onun ailə üzvləri onun yaxın qonşularıdırlar. O, İsak İsakovun dəfn və yas mərasimlərində qonşu kimi yaxından iştirak etmişdir, bu səbəbdən İsak İsakovun vəfat etdiyi vaxt da yadındadır. İsak İsakov 2017-ci ilin mart ayında, Novruz bayramı ərəfəsində Oğuz şəhərində vəfat etmiş və Şəkəi şəhərində dəfn edilmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı ərizəçinin, onun nümayəndəsinin izahatları, şahidlərin ifadələri, həmçinin, iş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus olan, 22.06.2003-cü il tarixdə verilmiş AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, X2na məxsus olan, 20.05.2010-cu il tarixdə verilmiş 71 ******* nömrəli pasportun surəti, 29.04.1961-ci il tarixli İ-ИE 101843 nömrəli evlənmək haqqında şəhadətnamə, X12 məxsus olan, 19.05.1962-ci il tarixdə verilmiş AЗ 086238 nömrəli doğum haqqında şəhadətnamənin surəti, qəbir daşının fotoşəkilləri, Maraqlı şəxs tərəfindən verilmiş 12.10.2021-ci il tarixli müraciətə cavab məktubu ilə müəyyən edildi ki, ərizəçi xx.xx.1941-ci il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuşdur, hazırda isə ünvan 1 ünvanında yaşayır. X8 ərizəçinin əri olmuşdur. X8 01.07.1925-ci il tarixdə Dağıstan Respublikası Rutul rayonu Borç kəndində anadan olmuş və milliyyəti ləzgi olmuşdur. X3 şəhərində vəfat etmiş və Şəki şəhər qəbiristanlığında dəfn edilmişdir. İsak İsakov vəfat edərkən onun adına ölüm haqqında şəhadətnamə tərtib edilmədiyindən ondan miras qalan əmlakların vərəsələrinin adına rəsmiləşdirilməsi və həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsi mümkün deyildir. Bunun üçün İsak İsakovun ölümünü təsdiq edən rəsmi sənəd tələb olunur. Ərizəçi mərhum ərinin ölüm faktını təsdiq edən sənədi əldə etmək məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, onun müraciətinə cavab olaraq Maraqlı şəxs arxivində və vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aparılmış yoxlama zamanı X5 ölümü haqqında akt qeydiyyatının aşkar edilmədiyi və ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə onun barəsində ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. Hazırda ərizəçi mərhum ərinin ölümünü təsdiq edən hər hansı sənəd təqdim edə bilmədiyinə görə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini əsaslandıran hallar kimi şahid ifadələrinə, iş materiallarına və qəbir daşının fotoşəkillərinə istinad edir. Ərizəçinin öz ərinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını - maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin mərhum X4nun 2017-ci ildə Oğuz şəhərində vəfat etməsi faktı ərizəçinin izahatı ilə yanaşı şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapdığından, həmçinin, ərizəçinin mərhum ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə etməsi mümkün olmadığından, habelə, qeyd olunan faktın müəyyən olunması miras əmlakın idarə edilməsi ilə əlaqədar olub, ərizəçi vəfat etmiş şəxsin arvadı olmaqla mərhumun birinci növbədə vərəsəsi kimi həmin fakt onun üçün hüquqi əhəmiyyət kəsb etdiyindən ərizəçinin X4nun vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, ərizəçinin mərhum X4nun 2017-ci ilin mart ayında (daha dəqiq isə ərizəçinin özünün izahatına və şahid X6 ifadəsinə görə 17.03.2017-ci il tarixdə) Oğuz şəhərində vəfat etməsi faktı şahidlərin ifadələri ilə təsdiq olunur. Məhkəmə iclasında şahid qismində ifadə verən digər şəxslər X1 olaraq 17.03.2017-ci il tarixdə vəfat etdiyini qeyd etməsələr də, mərhumun qəbir daşının fotoşəklindən göründüyü kimi, qəbir daşının üzərində dəqiq olaraq həmin tarix qeyd edilmişdir. Eyni zamanda, məhkəmə ərizəçinin vəfat etmiş şəxsin arvadı olmaqla, onun barəsində dəqiq məlumatlara malik olması imkanlarını, həm də hazırki vəziyyətdə X5 2017-ci ilin mart ayının hansı tarixində vəfat etməsi faktının həmin faktın yarada biləcəyi hüquqi nəticələr baxımından fərqli bir əhəmiyyətə malik olmadığını nəzərə alaraq X5, ərizəçinin qeyd etdiyi kimi, 17.03.2017-ci il tarixdə vəfat etmiş olmasını qəbul edir və həmin faktı sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hazırki tələbin ölümün səbəbi ilə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, ölümün səbəbi yalnız həkim tərəfindən və tibbi sənədlər əsasında müəyyən oluna bilər. Hazırki iş üzrə vəfat etmiş şəxsin ölümünün səbəbi ilə bağlı həkim tərəfindən verilmiş tibbi sənədlər məhkəməyə təqdim edilmədiyindən, habelə vəfat etmiş şəxsin ölümünün səbəbi hazırki vəziyyətdə bu faktın yarada biləcəyi hüquqi nəticələr baxımından ərizəçi üçün fərqli bir əhəmiyyətə malik olmadığından məhkəmə ərizəçinin tələbinin ölüm haqqında akt qeydində və şəhadətnamədə ölümün səbəbinin qeyd edilməsinə dair hissəsinin təmin edilməməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ərizəçi X4nun 17.03.2017-ci il tarixdə Oğuz şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 barəsində ölüm haqqında akt qeydində və şəhadətnamədə onun doğulduğu vaxt 01.07.1925-ci il, doğulduğu yer Dağıstan Respublikası Rutul rayonu Borç kəndi, milliyyəti ləzgi, daimi yaşadığı yer Oğuz şəhəri qeyd edilsin. Ərizənin digər hissəsi təmin edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar