Məhkəmə qərarları › İş №2(054)-112/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-112/2025

17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-112/2025 17.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X24 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə Sadəddin oğlunun iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki işə 17 aprel 2025-ci il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri Hissə: Ərizəçi (ərizəçi) Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X4 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1971-ci ildə Oğuz rayonunda anadan olmuşdur. Oğuz şəhərində qeydiyyatda olsa da, rayonun Bucaq kəndində yaşayır. X1, anası X6r. Onların birgə nikahından 1970-ci ildə bacısı Xuraman, 1974-cü ildə qardaşı İlham, 1975-ci ildə bacısı Sədaqət, 1978-ci ildə bacısı Sevil anadan olmuşlar. Atası xx.xx.2005-ci ildə, anası xx.xx.2024-cü ildə, qardaşı xx.xx.1996-cı ildə ölmüşlər. Bacısı Xuraman ruhi-əsəb xəstəliyi səbəbli birinci qrup əlildir və onun himayəsində yaşayır. Digər bacısı Sevil ailəli olmaqla rayonun Sincan kəndində yaşayır. Sədaqət adlı bacısının da ruhi-əsəb xəstəliyi səbəbli əqli çatışmazlığı olub. O təxminən 2000-ci ildə, payız aylarında itib. Həmin vaxt ataanası arasında nikah pozulmuşdu və onlar ayrı yaşayırdılar. Sədaqət də atası ilə yaşayırdı. Atası həmin vaxt ona qızın yox olduğunu deyib. Sədaqət xəstəliyi səbəbli arada evdən gedirdi, sonra qayıdırdı. Buna görə Sədaqətin qayıdıb gələcəyini düşünüblər, lakin o qayıtmayıb. Onun axtarılması ilə bağlı atasının məlumat verdiyini eşitmişdir. Həmin vaxt o özü xalasının himayəsində yaşayıb, yəni 8-ci sinifdən xalası onu öz uşaqları ilə birgə baxıb böyüdüb. Anasının ölümündən sonra vərəsəliklə bağlı sənədlər hazırlanarkən Sədaqətin adının sağ olan ailə üzvü kimi qeyd olunduğu müəyyən edilmişdir, halbuki belə hesab edirlər ki, Sədaqət sağ olmuş olsaydı indiyədək ailəsinə geri qayıdardı.Ərizəsinin təmin edilməsini xahiş etdi. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəçinin izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, ailəni yaxşı tanıyır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə ərizəçinin atasına, bacıları Xuraman və Sədaqətə Oğuz şəhərində 0,70 ha pay torpağı, 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Maraqlı şəxsndən verilmiş, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılımş qeydiyyat informasiya sistemində olan ailə tərkibi barədə arayışa əsasən Sədaqət Qədirovanın adının sağ olan ailə üzvləri sırasında göstərildiyi müəyyən edilir. Beləliklə onun ölümü qeydə alınmadığından notariat orqanı vərəsəlik sənədlərinin verilməsindən imtina edir. Ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə də müraciət etmiş, şöbədən tibbi şəhadətnamənin təqdim edilməli olduğu, əks halda qeydiyyatın mümkün olmayacağı bildirilmiş, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Sənədin başqa qaydada əldə edilməsi mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Qanuna görə 25 ilədək müddətdə tapılmayan şəxs məhkəmə qaydasında ölmüş elan edilə bilər.Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X5 bildirdi ki, ərizəçi Yaşar bacısı oğludur. Bacısının qızı Sədaqət 2000-ci illərdə evdən çıxıb gedib, sonra geri qayıtmayıb. Yaşarın həmin vaxt 29 yaşı olsa da o, ailədən uzaq idi, yəni xalası ilə yaşayırdı. Sədaqətin anası da sonralar onu axtardı, amma qız yoxa çıxdı, tapılmadı. Sədaqət bir az çılğın xasiyyətli uşaq idi. Digər iki qız da bir az xəstədir. Xuramanın 1-ci qrup əlilliyi var, Yaşarın himayəsində yaşayır. X4 həqiqətən 2000-ci ildən itdiyini, indiyədək barəsində məlumat olmadığını təsdiq etdi. Məhkəmə iclasında izahat verən şahid X13 ərizəçi Yaşarın bacısı oğlu, şahid Allahverdi Budaqovun qardaşı olduğunu bildirdi, şahidin izahatına uyğun izahat verdi, Sədaqət Qədirovanın 1995-2000-ci illərdə itkin düşdüyünü və bir daha geri qayıtmadığını təsdiq etdi. Məhkəmə iclasında izahat verən şahid X7 bildirdi ki, ərizəçi xalası oğlu olsa da kiçik yaşlarından onların ailəsində böyüyüb. Doğma qardaş kimi olublar, onu ailə üzvü kimi qəbul ediblər. Sədaqət 2000-ci ildə itib, belə ki, həmin vaxt o, əsgərlikdə olub. Əsgərlikdən qayıdanda Sədaqətin evdən getdiyini, tapılmadığını eşidib. Soruşub-axtarıb, amma bir xəbər almaq mümkün olmayıb. X4 həqiqətən 2000-ci ildən itdiyini, indiyədək barəsində məlumat olmadığını təsdiq etdi. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçini, onun nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 16983489 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının işə əlavə edilmiş XXV-JQ 574297 saylı, xx.xx.1992-ci il tarixli pasportundan görünür ki, X14 xx.xx.1975-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, S.Vurğun küçəsi, ev 53 olmaqla xx.xx.1992-ci ildə həmin ünvana qeydiyyata alınmışdır. İşə əlavə edilmiş doğum haqqında AZB 067697 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Vartaşen şəhərində anadan olmuş, bu barədə Vartaşen rayon VVAQ şöbəsində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1971-ci ildə 162 nömrə ilə qeyd edilmiş, X1, anası X6r. İşə əlavə edilmiş doğum haqqında İİİ-JQ 364911 saylı şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1975-ci ildə Vartaşen şəhərində anadan olmuş, bu barədə Vartaşen rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1975-ci ildə 62 nömrə ilə qeyd edilmiş, X1, anası X6r. İşə əlavə edilmiş doğum haqqında AZ ******* saylı, V-JQ 443575 saylı və İİ-JQ 427042 saylı şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Xuramanın, xx.xx.1978-ci il təvəllüdlü Sevilin və xx.xx.1974-cü il təvəllüdlü İlham Qədirovların X1, anası X6r. Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 5-68-12/2-744/2024 saylı arayışından görünür ki, X2 şəhəri H.Əliyev küçəsi ev 63 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş, işə əlavə edilmiş 17 fevral 2025-ci il tarixli, 18-1-64/2- 156/2025 nömrəli məktubdan görünür ki, Oğuz rayon sakini xx.xx.1975-ci il təvəllüdlü X3 MRX-nın poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində qeydiyyatda yoxdur. Oğuz rayon sakini xx.xx.1970-ci il təvəllüdlü X2 MRX-nın poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində “F07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə edilmiş ölüm haqqında İV-JQ 430122 saylı şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1996-cı ildə Oğuz şəhərində kəskin tənəffüs çatmamazlığı (epilepsiya xəstəliyi) səbəbindən ölmüş, bu barədə Oğuz rayon VVAQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı ildə 55 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 424747 saylı şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2005-ci ildə Oğuz şəhərində sidik kisəsinin xərçəngi xəstəliyindən ölmüş, bu barədə Oğuz rayon VVADQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 56 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İİ 404628 saylı şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2024-cü ildə Oğuz şəhərində ağciyər –ürək çatmamazlığı səbəbindən ölmüş, bu barədə Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 84 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN 817 kod 40501004 saylı Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 nömrəli qərarı ilə Oğuz şəhərində X8, X9 və X10 0,70 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 817A kod 40501004 saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 nömrəli qərarı ilə Oğuz şəhərində X8, X9 və X10 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/11- 375/2024 saylı məktubundan görünür ki, ərizəçinin 1999-2000-ci il tarixdə vəfat etmiş bacısı X4 adına ölüm haqqında akt qeydinin aşkar olunmadığı, həmin qeydin yazılması üçün həkim şəhadətnaməsinin, yaxud məhkəmə qətnaməsinin tələb olunduğu bildirilmiş, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Maraqlı şəxs mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 209 saylı arayışından görünür ki, xx.xx.1971-ci ildə Oğuz rayonunda anadan olmuş Ərizəçi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2024-cü ilədək aparılmış və aşağıdakı məlumatlar əldə edilmişdir. Ata: Ərizəçi Feyzulla oğlu (xx.xx.2005-ci ildə vəfat edib), ana: X17 (xx.xx.2024-cü ildə vəfat edib), qardaş: X21 xx.xx.1974 (xx.xx.1996-cı ildə vəfat edib), bacı: X15 xx.xx.1970, bacı: X14 xx.xx.1975, bacı: X19 xx.xx.1978. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. 42.2. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. 42.3. Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. 42.4. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını, 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Resublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən muəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmə icraatı zamanı müəyyən edilənlərə və iş materiallarına əsasən, ərizəçinin bacısı X14 xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. Ərizəçinin və şahidlərin izahatına görə Sədaqət Qədirova təxminən 2000-ci ildə evdən çıxıb getmiş, bir daha geri qayıtmamışdır. Onun əvvəllər də evdən getdiyi və qayıtdığı nəzərə alınmaqla ailə onu gözləmiş, lakin həmin vaxtdan ondan heç bir xəbər çıxmamışdır. Onun ölümü haqqında da indiyədək heç bir məlumat olmadığından ölümü qanunla müəyyən edilmiş qaydada qeydə alınmamışdır. Ərizəçinin mərhum atasının miras əmlakına (torpaq sahələri) dair vərəsəliklə bağlı müvafiq sənədləşmənin aparılması üçün mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmə araşdırması ilə Sədaqət Qədirova barəsində həqiqətən 25 ildən artıq müddətdə heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, qanunvericiliyə uyğun olaraq Qədirova Sədaqətin yaşayış yerində onun 5 ildən artıq müddətdə harada olması barədə məlumat olmadığından X11 ölmüş elan edilməli, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır. Nəticə hissə: Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07 may 1975-ci il tarixdə Oğuz şəhərində anadan olmuş X14 ölmüş elan edilsin. X4 ölüm günü onun ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün sayılsın. Ölümün qeydə alınması Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar