Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-123/2025 15.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Ərizəçi (Maraqlı şəxs) məhkəməyə müraciət edərək xx.xx.2022-ci ildə anadan olmuş oğlu X3 xx.xx.2024-cü ildə Oğuz rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizə və ərizəyə əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, ərizədən və ərizəçinin şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, ərizəçinin qeydiyyat ünvanı ünvan 1Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 305-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə bildirir ki, ərizəçinin şəxsiyyət vəsiqəsi məlumatları üzrə yaşayış yerinin Mingəçevir şəhəri olması nəzərə alınmaqla onun hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldım : Ərizəçi qızının (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən Oğuz Rayon Məhkəməsinin adına ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-123/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-123/2025
15.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver