Məhkəmə qərarları › İş №2(054)-146/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-146/2025

04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-146/2025 04.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X19 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 04 aprel 2025-ci il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, oğlu-10 yanvar 1986-cı il tarixdə Oğuz rayonunda anadan olmuş X4 31 noyabr 1986-cı il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1961-ci ildə Qəbələ rayon Mıxlıqovaq kəndində anadan olmuşdur. Hazırda Oğuz şəhərində qeydiyyatda olmaqla yaşayır. xx.xx.1983-cü ildə rəsmi nikahla Oğuz rayon Padar kənd sakini X7 ilə ailə qurmuşdur. Həmin nikahdan 1984-cü ildə Ceyhunə, 1988-ci ildə Alya adlı iki qızı, 1986-cı ildə Elçin və 1993-cü ildə Emil adlı iki oğlu doğulmuşdur. Oğlu Elçin xx.xx.1986-cı ildə doğulmuş, xx.xx.1986-cı ildə xəstəlik səbəbli vəfat etmiş və Oğuz şəhər ərazisində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Uşaq körpə olduğundan ona başdaşı qoyulmayıb. Buna görə də qəbrin yerini bilmir. Uşağın həqiqətən qeyd edilən tarixdə vəfat etməsini bütün qohum-əqrəba, qonşular və onları tanıyan çox sayda həmyerliləri təsdiq edə bilərlər. X23 xx.xx.2024-cü ildə vəfat etdiyindən ondan qalmış miras əmlaka vərəsəlik müəyyən edilməli olsa da, oğlu Elçinin ölümü qeydə alınmadığından və buna uyğun olaraq onun adı elektron sistemdə sağ qalan ailə üzvü kimi göstərildiyindən notariat qaydasında vərəsəlik sənədlərinin hazırlanması mümkün deyil. Elçinin ölümünün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ölümə dair tibbi şəhadətnamə olmadığından məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəçinin izahatını təsdiq etdi, ölümün başqa yolla qeydiyyatının mümkün olmadığını bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X1 izahat verərək bildirdi ki, ərizəçi gəlinidir. X24 ilə rəsmi nikahından 4 uşağı doğulub. Onların bir uşağı 10 aylıq olanda xəstəlik səbəbli ölüb. Oğlu da vəfat edib. Ərizəçinin müraciətində göstərilən faktı təsdiq edir. Məhkəmə iclasında şahid X8 ərizəçi Elmiranın qardaşı Tehranın arvadı olduğunu bildirdi, ərizəçi və digər şahid olan anasının izahatına uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Elçin yanvarda doğulub noyabr ayında öldüyündən, çox körpə olduğundan adətə görə qəbrin üstü götürülməyib. Qəbrin yerini də bilmirlər. Həmin vaxt öz uşağı da vəfat etmişdir. Qardaşı keçən il vəfat edib və onun əmlakına vərəsəlik müəyyən etmək lazımdır. Ərizəçinin müraciətində göstərilən faktı təsdiq edir. Məhkəmə ərizəçini, onun nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş nigahın bağlanması haqqında İİİ-JQ 319451 saylı şəhadətnamənin surətindən görünür ki, X7 və X9 xx.xx.1983-cü il tarixdə nigah bağlamış, bu barədə Qutqaşen rayonu Mıxlıqovaq kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 42 nömrə ilə qeyd edilmiş, nigah bağlanandan sonra ər-arvada Fətəliyev familiyası verilmişdir. Maraqlı şəxs işə əlavə edilmiş doğum haqqında xx.xx.2025-ci il tarixli, 06/12 saylı arayışından görünür ki, X12 xx.xx.1986-cı il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Maraqlı şəxsndə doğum haqqında akt qeydləri kitabında xx.xx.1986-cı ildə 15 nömrə ilə qeyd edilmişdir, atası X7, anası Ərizəçidır. Maraqlı şəxs Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/xxxx/2025 saylı məktubundan görünür ki, X4 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından onun ölümünün qeydə alınmasınün mümkün olmadığı bildirilmiş, ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 06/12 saylı arayışından görünür ki, X4 ölümü haqqında məlumatın əldə edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə və şöbənin arxivində saxlanılan 1986-cı ildən 2004-cü illər üzrə ölüm akt qeydi kitabları axtarılmış, ölüm qeydi aşkar edilməmişdir. İşə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********50-05101-093012 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Oğuz şəhəri, H.Əliyev küçəsi, döngə 4, ev 15, mənzil 11 (Yeni qaydalarla AZ4800 ünvan 2 ünvanında yerləşən 66,5 kv.m torpaq sahəsi mülkiyyət hüququ ilə X3, Ərizəçi X2, X5, X10 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 182 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş ölüm haqqında AZ-İİ 404567 saylı şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə ölmüş, bu barədə Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 60 nömrə ilə qeyd edilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 08 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2025-ci il tarixədək aparılmış, aşağıdakı məlumatlar aşkar edilmişdir: əri: X7 (xx.xx.2024-cü ildə vəfat edib), qızı: X6 (xx.xx.1984), qızı: X13 (xx.xx.1988), oğlu: X14 (xx.xx.1993), oğlu: X12 (xx.xx.1986). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını, 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında, habelə iş materialları ilə müəyyən edildi ki, ərizəçinin oğluxx.xx.1986-cı il tarixdə anadan olmuş X12 həmin ilin noyabr ayının 31-də xəstəlikdən vəfat etmiş, Oğuz şəhər qəbristanlığında dəfn edilmişdir. Uşaq çox körpə olduğundan ona başdaşı qoyulmamış, qəbrinin yeri isə hazırda məlum deyildir. İş materiallarına əlavə edilmiş sənədlərlə mərhum Elçin Fətəliyevin ölümünün qeydə alınmadığı, qeydiyyat orqanı tərəfindən isə ərizəçiyə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etməsinin tövsiyə olunduğu müəyyən edilmişdir. Elçin Fətəliyevin atası Tehran Fətəliyev 2024-cü ildə vəfat etmiş, ondan miras qalmış əmlaka vərəsəliyin müəyyən edilməsi zərurəti yarandığından Elçinin ölümü haqqında şəhadətnamə tələb olunur. Ailə başçısı Tehran Fətəliyevin ölümü qeydə alınsa da, Elçin Fətəliyevin ölümünün qeydə alınmadığı müəyyən edilmişdir. Qanunvericiliyə uyğun olaraq müvafiq sənəd təqdim edilmədən ölümün qeydiyyat orqanında qeydə alınması mümkün olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 yanvar 1986-cı il tarixdə Oğuz rayonunda anadan olmuş X4 31 noyabr 1986-cı il tarixdə Oğuz rayonunda ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar