Məhkəmə qərarları › İş №2(054)-150/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-150/2025

10.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-150/2025 10.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X8 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə 10 fevral 2025-ci il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya reyestrində M-00250 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X4 apardığı mediasiya prosesi nəticəsində mediator, o və Maraqlı şəxs arasında bağlanmış 11 dekabr 2024-cü il tarixli, MŞB/6-02324 saylı barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 2.3-cü bəndinin məcburi icra edilməsi üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında tələbini əsaslandıraraq bildirmişdir ki, onunla Maraqlı şəxs arasında Azərbaycan Respublikası Mediasiya Şurası Bakı şəhər 6 saylı Mediasiya Təşkilatında aparılmış mediasiya prosesi zamanı xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmış, həmin sazişin 2.1, 2.2, 2.3 və 2.4-cü bəndlərinə əsasən onlar aralarında xx.xx.2012-ci il tarixdə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulması, birgə nikahdan anadan olmuş iki uşağın ananın himayəsində qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 200 manat alimentin ödənilməsi və atanın uşaqlarla ünsiyyət qaydası barədə razılaşmışlar. Maraqlı şəxs barışıq sazişinin 2.3-cü bəndinin şərtinə riayət etməmişdir. Belə ki, həmin bəndə əsasən barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Maraqlı şəxs barışıq sazişində aliment məbləğinin yanvar ayının 11-dən başlayaraq hər ay nağdsız şəkildə ödəyəcəyinə söz versə də, hal-hazıradək sazişin şərtinə əməl etməmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə onun maraqlı şəxsə qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi də məhkəmənin icraatındadır. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1988-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşdə olan doğum haqqında AZ-İİİ 410369 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Səbail rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 104 nömrə ilə qeyd edilmiş, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan doğum haqqında AZ-İİİ 905422 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 1058 nömrə ilə qeyd edilmiş, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan xx.xx.2024-cü il tarixli, MŞB/6-02324 saylı barışıq sazişindən görünür ki, tərəflər-Ərizəçi və Maraqlı şəxs, mediasiya prosesi nəticəsində mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmaya uyğun olaraq mediasiya reyestrində M-00250 nömrə ilə qeydiyyatdan keçmiş mediator X4 iştirakı ilə birgə nikahdan xx.xx.2014-cü il tarixdə anadan olmuş Uğur və xx.xx.2017-ci il tarixdə anadan olmuş Şahanənin saxlanması üçün Maraqlı şəxs gələn ayın 11-dən başlayaraq hər ay cəmi 200 manat alimentin nağdsız ödənilməsi barədə razılığa gəlmişlər. Həmin razılıq barışıq sazişinin 2.3-cü bəndində öz əksini tapmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cümaddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı ver, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu ver üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göründüyü kimi tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiya qaydasında barışıq sazişinin imzalanmasına baxmayaraq Maraqlı şəxs tərəfindən həmin barışıq sazişinin 2.3-cü bəndinin şərtləri könüllü qaydada icra edilməmişdir. Bu səbəbdən də Ərizəçi xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin 2.3-cü bəndinin təsdiq edilməsini tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 11 dekabr 2024-cü il tarixli barışıq sazişi (2.3-cü bənd) aşağıdakı məzmunda təsdiq edilsin. Maraqlı şəxs və Ərizəçi birgə nikahdan 06 noyabr 2014-cü il tarixdə anadan olmuş oğlu X5 və 31 yanvar 2017-ci il tarixdə anadan olmuş qızı X1 üçün 11 yanvar 2025-ci il tarixdən hər ay cəmi 200 manat aliment tutularaq Ərizəçi xeyrinə verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar