Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-231/2023 28.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X1, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehdən 600 manat maddi və 10000 manat mənəvi zərərin tutulub onlara verilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehdən 600 manat maddi və 10000 manat mənəvi zərərin tutulub onlara verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi qaytarılmalıdır. Belə ki, iddiaçılar cavabdehdən 10600 manat pulun tutulmasını xahiş etsələr də, iddia ərizəsinə 30 manat dövlət rüsumunun ödənilməşi barədə qəbz əlavə edilmişdir. İş materialları araşdırılarkən habelə müəyyən edilmişdir ki, iddia ərizəsinə qoşmada “fləş kart”ın ərizəyə əlavə edildiyi göstərilsə də, həmin kart iş materiallarında aşkar edilmədiyindən müvafiq akt tərtib edilələrək işə əlavə edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263- 264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehdən 600 manat maddi və 10000 manat mənəvi zərərin tutulub onlara verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-231/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-231/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver