Məhkəmə qərarları › İş №2(054)-297/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-297/2023

06.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-297/2023 06.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X4, Ərizəçi Maraqlı şəxsnə qarşı mərhum qızı X1 xx.xx.2005-ci ildə ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Ərizəçi Maraqlı şəxsnə qarşı mərhum qızı X1 xx.xx.2005-ci ildə Oğuz rayon Qarabulaq kəndində ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məzmunundan görünür ki, ərizəçi xx.xx.1948-ci ildə Oğuz rayonu Filfilli kəndində anadan olmuşdur. Onun qızı X3 xx.xx.1972-ci ildə anadan olmuşdur. Bu barədə Maraqlı şəxsndə xx.xx.1972-ci il tarixdə 121 saylı doğum akt qeydi tərtib olunmuşdur. Tahirə Kərimova xx.xx.2005-ci ildə Oğuz rayon Qarabulaq kəndində vəfat etmiş, kənd qəbristanlığında dəfn edilmişdir. Tahirə Kərimovanın ölümü rəsmiləşdirilməmişdir. Buna görə də onun və digər ailə üzvlərinin adına olan pay torpaq sahəsində ərizəçi və digər ailə üzvlərinin mülkiyyət hüququnun tam həyata keçirilməsi mümkün deyil. Ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, ona qızının ölümü qeydə alınmadığından ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.Ərizənin təmin edilməsi xahiş edilmişdir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə məhkəmə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni aşağıdakı şərtlər olduqda icraata qəbul edib xüsusi icraat qaydasında baxa bilər: ərizəçinin həmin faktları təsdiq edən sənədləri başqa qaydada alması və ya itirilmiş sənədlərin bərpası mümkün olmamalıdır, həmin faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi nəticə yaratmalıdır, habelə ərizəçi həmin sənədləri almağın mümkünsüzlüyünü təsdiq edən sübutlar təqdim etməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qərarın 9.1-ci yarımbəndində bildirilir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Ali Məhkəmənin Plenumunun sözügedən Qərarının 9.2-ci yarımbəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3-cü yarımbəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4-cü yarımbəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, araşdırma zamanı müəyyən edildi ki, ərizəçi xx.xx.1972-ci ildə doğulmuş qızı X1 xx.xx.2005-ci ildə Oğuz rayon Qarabulaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizəsinə digər aidiyyəti sənədlərlə birgə Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 357/2 saylı imtina məktubunu əlavə etmişdir. Həmin məktubdan göründüyü kimi ölüm haqqında akt qeydinin yazılması üçün həkim tərəfindən verilmiş tibbi şəhadətnamənin təqdim edilməsinin vacibliyi qeyd edilmişdir. Ərizəçi isə tibbi şəhadətnamənin alınması məqsədilə aidiyyəti tibb müəssisəsinə müraciət etdiyinə, imtina edildiyi halda isə bununla bağlı əsaslandırılmış məktubun ona təqdim edildiyinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilən normalardan və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının müddəalarından göründüyü kimi Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hazırki vəziyyətdə isə hüquqi əhəmiyyəti olan faktlara baxılması üçün ərizəçinin həmin faktları təsdiq edən sənədləri başqa qaydada alması və ya itirilmiş sənədlərin bərpasının mümkün olmamasını, habelə ərizəçinin həmin sənədləri almağın mümkünsüzlüyünü təsdiq edən sübutlar təqdim edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Bundan əlavə ərizəçinin nəzərinə çatdırılır ki, o, mərhum X1 onun qızı olduğunu bildirərək ərizəyə doğum haqqında Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 342/2 saylı arayışını əlavə etmiş, həmin arayışla isə X1 anasının ərizəçi deyil, X2 olduğu müəyyən edilmişdir. Gələcəkdə qeyd edilən məsələnin də hüquqi nəticə yaradacağı nəzərə alınmaqla Ərizəçi həqiqətən X1 anası olmasını təsdiq edən sənədlərlə Maraqlı şəxsnə müraciət etməsinin vacibliyi bildirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq qərara aldım : Ərizəçi Maraqlı şəxsnə qarşı mərhum qızı X1 xx.xx.2005-ci ildə Oğuz rayon Qarabulaq kəndində ölməsi faktının müəyyən edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar