Məhkəmə qərarları › İş №2(054)-330/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-330/2023

31.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-330/2023 31.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin qaytarılması tələbinə dair işə məhkəmənin binasında məhkəmə baxış iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı istehsal ili 2017, mühərrik 104158, BAN 5NPD84LFXJH305155 olan Hyundai Elantra minik markalı avtomobilin cavabdehdən alınaraq ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdə notarial qaydada imzası təsdiq edilmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə iddiadan imtina etdiyini bildirmiş, mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə daxil olmuş ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddiadan imtina etmə qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı istehsal ili 2017, mühərrik 104158, BAN 5NPD84LFXJH305155 olan Hyundai Elantra minik markalı avtomobilin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair iddiadan imtinası qəbul edilsin və mülki işin icraatına xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinə dair qanunvericiliyin tələbi iddiaçının nəzərinə çatdırılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar