Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-346/2022 29.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi anasının ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi məhkəməyə müraciət edərək xx.xx.1930-cu il tarixdə Kəlbəcər rayonu Keşdək kəndində anadan olmuş X2nın xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi, onun barəsində ölüm haqqında akt qeydinin tərtib edilməsi və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi, ölüm haqqında akt qeydində və şəhadətnamədə X3 milliyyətinin azərbaycanlı, doğulduğu vaxtın xx.xx.1930-cu il, daimi yaşadığı yerin Kəlbəcər rayonu Keşdək kəndi, öldüyü vaxtın xx.xx.2022-ci il, öldüyü yerin Oğuz rayonu Sincan kəndi kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Kəlbəcər rayonu Keşdək kəndində anadan olmuşdur. Məlum hadisələrlə əlaqədar Kəlbəcər rayonunu tərk etmək məcburiyyətində qalaraq hazırda Oğuz rayonu Sincan kəndində məskunlaşaraq yaşayır. X2 xx.xx.1930-cu il tarixdə Kəlbəcər rayonu Keşdək kəndində anadan olmuşdur. Anasına doğum haqqında şəhadətnamə tərtib edilməmişdir. Anası Kəlbəcər rayonu Keşdək kəndində qeydiyyatda olsa da, Kəlbəcər rayonunun işğalından sonra Oğuz rayonu Sincan kəndində məskunlaşaraq yaşamışdır. Anası xx.xx.2022-ci il tarixdə yaşadıqları Oğuz rayonu Sincan kəndində vəfat etmiş və Goranboy rayonu Qaradağlı kəndində dəfn edilmişdir. Anası vəfat edərkən ona ölüm haqqında tibbi şəhadətnamə verilməmiş və bu səbəbdən onun adına ölüm haqqında şəhadətnamə almamışlar. O, anasının ölüm faktını təsdiq edən sənədi əldə etmək məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, müraciətinə cavab olaraq anasının ölümünə dair tibbi şəhadətnamə təqdim edə bilmədiyinə görə ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Оnа görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, X2nın dəfn və yas mərasimlərində ailə üzvləri ilə yanaşı yaxın qohumları, qonşuları və tanışları da iştirak etmişlər. Anasının dəfn və yas mərasimlərində iştirak edən şəxslər də onun xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Sincan kəndində vəfat etdiyini təsdiq edirlər. Anasının ölüm haqqında şəhadətnaməsi olmadığından mərhum anasının pensiya işinə və ona məcburi köçkün kimi ödənilən digər müavinətlərin ödənilməsinə xitam verilməsini rəsmiləşdirə bilmir. Bunun üçün anasının ölümünü təsdiq edən rəsmi sənəd tələb olunur. Eyni zamanda, anasının ölüm haqqında şəhadətnaməsinin olmaması, yaşadıqları yer üzrə İcra Nümayəndəliyində və digər müvafiq icra hakimiyyəti orqanlarında onun adının hələ də qeydiyyatda olan şəxs kimi qalması ona və digər ailə üzvlərinə xeyli çətinliklər yaradır. Mərhum anasının adının qeydiyyatdan çıxarılması üçün də onun ölməsini təsdiq edən rəsmi sənəd tələb olunur. Hazırki vəziyyətdə anasının ölüm faktının müəyyən edilməsi isə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Оnа görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin еdilməsi bərədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş üzrə şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, o, 1972-ci ildə Kəlbəcər rayonu Keşdək kəndində anadan olmuşdur. Ərizəçi onun qardaşıdır və X5 onların anası olmuşdur. O, anasının dəfn və yas mərasimlərində yaxından iştirak etmişdir. Anası xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Sincan kəndində vəfat etmiş və Goranboy rayonu Qaradağlı kəndində dəfn edilmişdir. O, X3 milliyyətinin azərbaycanlı, doğulduğu vaxtın xx.xx.1930-cu il, daimi yaşadığı yerin Kəlbəcər rayonu Keşdək kəndi, öldüyü vaxtın xx.xx.2022-ci il, öldüyü yerin Oğuz rayonu Sincan kəndi, dəfn edildiyi yerin Goranboy rayonu Qaradağlı kəndi olması faktlarını təsdiq edir. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahidin ifadəsi, həmçinin, iş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus xx.xx.1959-cu il tarixdə verilmiş İ-ИЕ 591238 nömrəli doğum haqqında şəhadətnamənin, xx.xx.2009-cu il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, xx.xx.2000-ci il tarixli AA 012311 nömrəli məcburi köçkün vəsiqəsinin surətləri, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Oğuz rayonu üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 80 nömrəli arayış, X1na məxsus olan, xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03124529 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Oğuz rayon İcra Hakimiyyəti başçısının Sincan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 144 nömrəli arayış, Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 136 nömrəli müraciətə cavab məktubu və qəbir daşının fotoşəkli ilə müəyyən edildi ki, ərizəçi xx.xx.1959-cu il tarixdə Kəlbəcər rayonu Keşdək kəndində anadan olmuşdur və hazırda Oğuz rayonu Sincan kəndində məskunlaşıb yaşayır. X5 ərizəçinin anası olmuş və onun milliyyəti azərbaycanlı olmuşdur. X5 xx.xx.1930-cu il tarixdə Kəlbəcər rayonu Keşdək kəndində anadan olmuş və həmin kənddə daimi qeydiyyatda olmuşdur. X5 xx.xx.2022-ci il taridə Oğuz rayonu Sincan kəndində vəfat etmişdir. X5 vəfat edərkən onun adına ölüm haqqında şəhadətnamə tərtib edilmədiyindən mərhum anasının pensiya işinə və ona məcburi köçkün kimi ödənilən digər müavinətlərin ödənilməsinə xitam verilməsinin rəsmiləşdirilməsi mümkün deyildir. Bunun üçün X3 ölümünü təsdiq edən rəsmi sənəd tələb olunur. Ərizəçi mərhum anasının ölüm faktını təsdiq edən sənədi əldə etmək məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, onun müraciətinə cavab olaraq Maraqlı şəxs arxivində və vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aparılmış yoxlama zamanı X3 ölümü haqqında akt qeydiyyatının aşkar edilmədiyi və ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə onun barəsində ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. Ərizəçi mərhum anasının ölümünü təsdiq edən hər hansı sənəd təqdim edə bilmədiyinə görə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini əsaslandıran hallar kimi iş materiallarına, şahid ifadəsinə və qəbir daşının fotoşəklinə istinad edir. Ərizəçinin öz anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktı (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını - maddə 307.2.8) müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını - maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin mərhum X2nın xx.xx.2022-ci ildə Oğuz rayonu Sincan kəndində vəfat etməsi faktı ərizəçinin izahatı ilə yanaşı şahid ifadəsi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapdığından, həmçinin, ərizəçinin mərhum anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə etməsi mümkün olmadığından, habelə, qeyd olunan faktın müəyyən olunması miras əmlakın idarə edilməsi ilə əlaqədar olub, ərizəçi vəfat etmiş şəxsin övladı olmaqla mərhumun birinci növbədə vərəsəsi kimi həmin fakt onun üçün hüquqi əhəmiyyət kəsb etdiyindən ərizəçinin X2nın vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, ərizəçinin mərhum X2nın xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Sincan kəndində vəfat etməsi faktı ərizəçinin izahatı ilə yanaşı şahidin ifadəsi, iş materialları, qəbir daşının fotoşəkli və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapdığından, həmçinin, ərizəçinin anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə etməsi mümkün olmadığından, habelə ərizəçi vəfat etmiş şəxsin oğlu olmaqla, mərhumun birinci növbədə vərəsəsi kimi həmin fakt onun üçün hüquqi əhəmiyyət kəsb etdiyindən ərizəçinin X2nın vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsas olduğuna və hazırki faktın qeydə alınması bilavasitə Qeydiyyat orqanının vəzifəsi olduğuna görə məhkəmə hesab edir ki, ölüm haqqında akt qeydinin tərtib edilməsi və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin hazırki qətnamə ilə müvafiq orqana həvalə edilməsinə zərurət yoxdur. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ərizəçi X2nın xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Sincan kəndində vəfat etməsi faktı müəyyən edilsin. X1 barəsində ölüm haqqında akt qeydində və şəhadətnamədə onun doğulduğu vaxt xx.xx.1930-cu il, doğulduğu yer Kəlbəcər rayonu Keşdək kəndi, daimi yaşadığı yer Kəlbəcər rayonu Keşdək kəndi, milliyyəti azərbaycanlı qeyd edilsin. Ərizənin digər hissəsi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-346/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-346/2022
29.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver