Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-405/2023 19.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X25 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 19 iyul 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X2nın 18 iyul 2005-ci ildə Oğuz rayon Qarabulaq kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1948-ci ildə Oğuz rayonu Filfilli kəndində anadan olmuş, hazırda Oğuz rayonu Qarabulaq kəndində qeydiyyatda olmaqla yaşayır. Vaxtilə Qarabulaq kənd sakini, 1935-ci il təvəllüdlü X17 ilə faktiki nikaha daxil olmuş, həmin nikahdan Mahirə, Tahirə, Xalidə, Teymur, İslam, Fərqanə, Vəzir, Əlvan və Ləzgiyə adlı övladları doğulmuşdur. xx.xx.1996-cı ildə Oğuz rayon VVAQ şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Ailə qurduqdan sonra Oğuz rayon Qarabulaq kəndində yaşamışdır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə ərinə, ona, 5 övladına-Tahirə, Xalidə, Teymur, İslam və Ləzgiyəyə 5,43 ha pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair dövlət aktı ərinə təqdim edilmişdir. Dövlət aktında onun adı texniki səhv olaraq Anaxanım kimi qeyd edilsə də, sənədlərində Narilədir. X2 xx.xx.1972-ci ildə Qarabulaq kəndində anadan olmuşdur. Tahirə təxminən 2003-2004-cü ildə Bakı şəhərinə ərə getsə də, nikahı rəsmi qeydə alınmamışdır. Ailə qurmasından heç bir il keçməmiş onkoloji xəstəliyə tutulduğundan əri onu Qarabulaq kəndinə gətirmişdir. Tahirənin müalicəsi mümkün olmadığından xx.xx.2005-ci ildə vəfat etmiş, Qarabulaq kənd qəbristanlığında dəfn olunmuşdur. Onun yas mərasimində bütün qohum-qonşu, onları tanıyan insanlar iştirak etmişlər. Onun ölümü ilə bağlı çox sayda insan məlumat verə bilər. Tahirə heç bir yerdə işləmədiyindən və onun ölümünün qeydə alınmaması ilə bağlı problemin yaranacağını zənn etmədiyindən rəsmi olaraq aidiyyəti orqana müraciət etməmişdir. Keçən il Maraqlı şəxsnə müraciət etmiş, şöbədən verilmiş xx.xx.2022-ci il tarixli, 357/2 saylı məktubla qızının ölümünün qeydə alınmadığı bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Hazırda onlara verilmiş pay torpaq sahəsi ilə bağlı sənədlərin hazırlanması, habelə torpağın əkin-biçini ilə bağlı subsidiyanın alınması üçün Tahirənin ölümünə dair sənədin təqdim edilməsi tələb olunur. Sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etməklə, xx.xx.1972-ci ildə anadan olmuş X2nın xx.xx.2005-ci ildə Oğuz rayon Qarabulaq kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X9 bildirdi ki, Ərizəçi doğma anasıdır. Çoxuşaqlı ailədirlər. 5 bacı, 4 qardaş olublar, bacısı Tahirə xx.xx.2005-ci ildə onkoloji xəstəlikdən, yəni mədəaltı vəzin xərçəngindən vəfat edib. Atası ondan əvvəl vəfat edib. Qardaşları Rusiya Federasiyasında yaşayırlar. O özü uşaqların ən kiçiyidir. Hazırda ailəlidir. Tahirə 1972-ci ildə anadan olub, təxminən 30 yaşlarında ailə qurub, kənddən köçmüşdü. Sonra xəstələndi, əri onu gətirib anasının yanına qoydu və getdi. Tahirə öləndə əri yasa gəlmişdi. Məhkəmə iclasında izahat verən şahid X20 bildirdi ki, Ərizəçi və ailəsini yaxşı tanıyır, belə ki, həmkəndlidirlər. Bundan əlavə uzun illər Qarabulaq kənd məktəbində müəllim işləyib, ərizəçinin qızı Tahirəyə 10-cu sinifdə dərs deyib. Tahirə ailə qursa da, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkdiyindən anasının evində olub. 2005-ci ildə vəfat edib. Onun kənddə keçirilən yas mərasimində çox sayda insan, o özü də iştirak edib. Çoxuşaqlı ailədirlər. Tahirənin yasını verəndən sonra qardaşları Rusiyaya getdilər. Məhkəmə iclasında izahat verən şahid X12 bildirdi ki, Ərizəçi dayısı Əlipaşanın arvadıdır, həm də ərizəçi ilə qonşudurlar. Dayısının 4 oğlu, 5 qızı olub. Onlardan Tahirə xəstə idi, ona görə əri onu kəndə gətirib anasının yanına qoymuşdu. O təxminən 2005-ci ildə ölüb. Tahirə heç yerdə işləmədiyindən ona ölüm pulu verməcəkdilər. Buna görə yəqin ki, ərizəçi sənədlə bağlı heç yerə müraciət etməyib. Qabaqlar torpağa görə subsidiyanı sənəd tələb etmədən verirdilər. İndi sənədlər kompüterə işlənir deyə, adı siyahıda olan şəxsin ya özü olmalıdır, ya da ölümünə dair sənəd verilməlidir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə Oğuz rayon Filfilli kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Qarabulaq kəndidir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında Vİİ-JQ 272640 saylı şəhadətnamənin surətindən görünür ki, X17 və Ərizəçi xx.xx.1996-cı ildə nikah bağlamış, bu barədə Oğuz rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra ərə Kərimov, arvada Süleymanova familiyası verilmişdr. Maraqlı şəxs işə əlavə edilmiş doğum haqqında xx.xx.2023-cü il tarixli, 67/12 saylı arayışından görünür ki, X11 xx.xx.1972-ci il tarixdə Oğuz rayonu Qarabulaq kəndində anadan olmuş, bu barədə Maraqlı şəxsndə xx.xx.1972-ci il tarixdə 121 nömrə ilə doğum haqqında akt qeydi tərtib edilmişdir, atası X17, anası Ərizəçidır. X20, X15 və Ərizəçi iştirakı ilə tərtib edilmiş, Oğuz rayon İHB Böyük Söyüdlü kənd İƏD üzrə nümayəndəsi tərəfindən imzaları təsdiq edilmiş, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Ərizəçi mərhum qızı,xx.xx.1972-ci il tarixdə doğulmuş X11 xx.xx.2005-ci il tarixdə Oğuz rayonu Qarabulaq kəndində vəfat etmiş və Qarabulaq qəbristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 357/2 saylı məktubundan görünür ki, Qeydiyyat şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində ərizəçinin qızının ölümü haqqında akt qeydi aşkar olunmadığından, ölüm haqqında akt qeydi tibbi şəhadətnaməyə və ya məhkəmə qətnaməsinə əsasən yazıla bildiyindən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşə əlavə edilmiş torpağa mülkiyyət hüququna JN 0072 saylı (KOD ********) Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 nömrəli qərarı ilə Oğuz rayon Qarabulaq kənd sakinləri X13, X6, X7, X8, X10, X14 və X3 5,43 ha pay torpaq sahəsi verilmiş, dövlət aktının bir nüsxəsi X13 təqdim edilmişdir. İşə əlavə edilmiş doğum haqqında xx.xx.1971-ci il tarixli, 121 saylı akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.1972-ci ildə Oğuz rayon Qarabulaq kəndində doğulmuş, ananın dördüncü uşağı olmaqla xx.xx.1972-ci ildə atalığın müəyyən edilməsi ilə (İ-JQ 255198 saylı şəhadətnaməyə əsasən) ilkin doğum aktı yazılarkən atası X17, anası X1 qeyd edilmiş, doğum haqqında İ-JQ 384251 saylı şəhadətnamə verilmiş, Maraqlı şəxs rəyinə əsasən ana adında düzəliş edilmiş, Anaxanım sözünün üstündən xətt çəkilərək Narilə yazılmış, buna uyğun olaraq xx.xx.2023-cü il tarixli arayış verilmişdir. İşə əlavə edilmiş, X4 şəkli əks edilmiş başdaşının fotoşəkillərindən (3 ədəd) görünür ki, o 1972-ci il təvəllüdlü olmaqla, xx.xx.2005-ci ildə ölmüş, başdaşının üzərində “ailəsindən yadigar” sözləri həkk olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını, 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Resublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən muəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. İş materiallarından göründüyü kimi, mərhum X7 və onun ailə üzvləri olan ata-anasına, iki bacı və iki qardaşına verilmiş pay torpağına dair müvafiq sənədləşmənin aparılması üçün mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmə araşdırması ilə mərhumun xx.xx.2005-ci il tarixdə yaşadığı Oğuz rayonu Qarabulaq kəndində uzun sürən xəstəlik səbəbli öldüyü, həmin vaxt həkimə müraciət edilmədiyindən və bundan uzun müddət keçdiyindən ölümünə dair tibbi şəhadətnamə əldə etməyin mümkün olmadığı müəyyən edilmişdir. Qanunvericiliyə uyğun olaraq müvafiq sənəd təqdim edilmədən ölümün qeydiyyat orqanında qeydə alınması mümkün olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 31 iyul 1972-ci il tarixdə Oğuz rayon Qarabulaq kəndində anadan olmuş, həmin ünvanda daimi yaşamış X4 18 iyul 2005-ci il tarixdə Oğuz rayonu Qarabulaq kəndində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-405/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-405/2023
19.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver