Məhkəmə qərarları › İş №2(054)-428/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-428/2024

05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-428/2024 05.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X24 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 05 avqust 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X7nın 19 avqust 1995-ci il tarixdə Oğuz rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1962-ci ildə Şəki rayonu Orconikidze adına Taxılçılıq sovxozunda anadan olmuş, hazırda Oğuz şəhərində qeydiyyatda olmaqla yaşayır. Oğuz rayon Baş Daşağıl kənd sakini, 1956-cı il təvəllüdlü X18 ilə xx.xx.1985-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 1987-ci ildə Ceyhun, 1988-ci ildə Aşa, 1999-cu ildə Zaman adlı övladları doğulmuşdur. Qızı Aşa xx.xx.1995-ci ildə xəstəlik səbəbli vəfat etmiş, lakin uşaq kiçik yaşda olduğundan onun ölümünün qeydə alınması ilə bağlı müraciət etməmiş və buna lüzum görməmişlər. Əri Zubahir xx.xx.2022-ci ildə Oğuz rayonunda vəfat etmişdir. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə ərinə, ona, oğlu Ceyhuna və baldızı Kamiləyə 0,83 ha pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair dövlət aktı ərinə təqdim edilmişdir. Bundan əlavə Oğuz şəhərində ərinin mülkiyyətində 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Hazırda vərəsəliklə bağlı sənədlərin hazırlanması üçün qızı Aşanın ölümünə dair sənədin təqdim edilməsi tələb olunur. Maraqlı şəxs tərəfindən bununla bağlı ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etməklə, xx.xx.1988-ci ildə anadan olmuş qızı X12 xx.xx.1995-ci ildə Oğuz rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X4 bildirdi ki, Ərizəçi ilə uzun illərdi qonşudurlar. Ailəni yaxşı tanıyır. Mehbarənin 5 uşağı doğulub. İki uşaq doğulan kimi ölüb. Ceyhun, Aşa və Zaman adlı uşaqlarına doğum sənədi alınıb. Aşa 1988-ci ildə doğulub. Onu xəstəxanadan özü çıxarıb. Uşaq doğulandan bağırsaqlarında problem olub. 7 yaşına qədər müalicə edilsə də, onu sağaltmaq mümkün olmayıb. Təsdiq etdi ki, həqiqətən ərizəçinin qızı Aşa Qədirova xx.xx.1995-ci ildə Oğuz rayonunda vəfat edib. Məhkəmə iclasında izahat verən şahid X13 bildirdi ki, ərizəçi Mehbarə bacısıdır. Bacısı Oğuz rayon sakini Zubahirlə evli olub. Zubahir 2022-ci ildə vəfat edib. Vərəsəliklə bağlı sənədlər toplayanda portalda Zubahirin arvadı Mehbarə və iki oğlundan başqa Aşa adlı qızının da sağ olduğu yazılıb. Halbuki bacısının 5 uşağı doğulub, onlardan ikisi 5 günlük olanda ölüb. Qızı Aşa 1988-ci ildə doğulanda xəstə olub, 7 yaşında xəstəlikdən dünyasını dəyişib, amma bacısı zərurət olmadığını düşünərək onun ölümünü qeydə aldırmayıb. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Şəki rayon Taxılçılıq sovxozunda anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, V.Xudumov küçəsi, ev 2-dir. İşə əlavə edilmiş nigahın bağlanması haqqında İİİ-JQ 483986 saylı şəhadətnamənin surətindən görünür ki, X18 və X1 xx.xx.1985-ci ildə nigah bağlamış, bu barədə Şəki rayon Orconikidze qəsəbə sovetində nigahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 53 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra ər-arvada Qədirov familiyası verilmişdr. İşə əlavə edilmiş doğum haqqında Xİİ-JQ 402446 saylı, Xİİİ-JQ 382825 saylı və XX-JQ 457371 saylı şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Qədirov Ceyhunun, xx.xx.1988-ci il təvəllüdlü Qədirova Aşanın və xx.xx.1999-cu il təvəllüdlü Qədirli Zamanın atası X18, anası Ərizəçidır. Maraqlı şəxs Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/11- 160/2024 saylı məktubundan görünür ki, Qeydiyyat şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində ərizəçinin X7nın ölümü haqqında akt qeydi aşkar olunmadığından, ölüm haqqında akt qeydi tibbi şəhadətnaməyə və ya məhkəmə qətnaməsinə əsasən yazıla bildiyindən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN 1132 saylı (KOD ********) Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 nömrəli qərarı ilə Oğuz şəhər sakinləri X14, X5, X8 və X15 0,83 ha pay torpaq sahəsi verilmiş, dövlət aktının bir nüsxəsi X14 təqdim edilmişdir. İşə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışın və xx.xx.2011-ci il tarixli, 405-1/642 inventar nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi tam mülkiyyət hüququ ilə hüquq sahibi X9 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. X16 aid başdaşının işə əlavə edilmiş fotoşəkillərindən (3 ədəd) görünür ki, o xx.xx.1988-ci il təvəllüdlü olmaqla, xx.xx.1995-ci ildə ölmüş, başdaşının üzərində “valideynlərindən xatirə” sözləri həkk olunmuşdur. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 62 saylı məktubundan görünür ki, Ərizəçi barədə Azərbaycan Respublkası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində aparılmış yoxlama vaxtı aşağıdakı məlumatlar aşkar edilmişdir: X6 xx.xx.2022-ci ildə vəfat edib. X2 xx.xx.1987 X3 xx.xx.1999 X7 xx.xx.1988 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını, 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Resublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən muəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. İş materiallarından göründüyü kimi, mərhum X11 ölümü qeydə alınmadığından hazırda qeydiyyat informasiya sistemində onun barəsində məlumat yalnız doğulduğu tarixdən ibarət olaraq qeyd edilmişdir. Ailə başçısı Zubahir Qədirovun ailə üzvləri ilə birlikdə mülkiyyətində 0,83 ha pay torpağı, özünün mülkiyyətində isə həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Zubahir Qədirov xx.xx.2022-ci ildə vəfat etmişdir. Buna görə də vərəsəlik şəhadətnaməsinin verilməsi üçün sənədlər toplanarkən Aşanın ölüm qeydinin aparılmadığı müəyyən edilmiş, müvafiq sənədləşmənin aparılması üçün mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmə araşdırması ilə mərhumun xx.xx.1995-ci il tarixdə yaşadığı Oğuz rayonunda xəstəlik səbəbli öldüyü, həmin vaxt həkimə müraciət edilmədiyindən və bundan uzun müddət keçdiyindən ölümünə dair tibbi şəhadətnamə əldə etməyin mümkün olmadığı müəyyən edilmişdir. Qanunvericiliyə uyğun olaraq müvafiq sənəd təqdim edilmədən ölümün qeydiyyat orqanında qeydə alınması mümkün olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15 dekabr 1988-ci il tarixdə Oğuz rayonunda (Oğuz şəhəri) anadan olmuş, həmin ünvanda daimi yaşamış X11 19 avqust 1995-ci il tarixdə Oğuz rayonunda (Oğuz şəhəri) ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar