Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-471/2024 06.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X28 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, onun vəkili Vəkil Mayıl oğlunun iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 06 sentyabr 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, qızı X1 15 may 1986-cı il tarixdə Oğuz rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1959-cu ildə Oğuz rayonu Astraxanovka kəndində anadan olmuş, hazırda Oğuz rayonu Çaldaş (Astraxanovka) kəndində qeydiyyatda olmaqla yaşayır. Oğuz rayon Astraxanovka kənd sakini, 1960-cı il təvəllüdlü X12 ilə xx.xx.1982-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 1983-cü ildə Asif, 1986-cı ildə Rəsmiyyə, 1988-ci ildə Yasin, 1989-cu ildə Gülnarə adlı övladları doğulmuşdur. Qızı Rəsmiyə xx.xx.1986-cı ildə 3 aylıq olanda xəstəlik səbəbli vəfat etmiş, lakin uşaq kiçik yaşda olduğundan onun ölümünün qeydə alınması ilə bağlı müraciət etməmiş və buna lüzum görməmişlər. Əri Vaqif xx.xx.2010-cu ildə Oğuz rayonunda vəfat etmişdir. Oğuz rayonunda torpaq islahatı keçirilərkən ərinə, ona, qızı Gülnarəyə, oğlanları Asif və Yasinə 3,22 ha pay torpaq sahəsi verilmişdir. Vərəsəliklə bağlı sənədlərin hazırlanması zamanı müəyyən olunmuşdur ki, qızı Rəsmiyyənin ölümünə dair sənəd alınmadığından onun adı elektron sistemdə ailə üzvləri sırasında çəkilir. Ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, şöbə tərəfindən bununla bağlı ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etməklə, xx.xx.1986-cı ildə anadan olmuş qızı X1 xx.xx.1986-cı ildə Oğuz rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçinin vəkili Vəkil ərizəçinin izahatını təsdiq edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X8 bildirdi ki, Ərizəçi eltisidir. Onunla bir evdə, bir ailədə uzun illər birgə yaşamışlar. Gülmayənin dörd uşağı doğulub. Onun qızı Rəsmiyyə xx.xx.1986-cı ildə qızdırma (sepsis) xəsətəliyi ilə doğulub. Uşaq çox xəstə olub, həkimlərə aparsalar da sağaltmaq mümkün olmayıb. xx.xx.1986-cı ildə Rəsmiyyə vəfat edib. Bütün bunlar onun gözünün qabağında olub. Məhkəmə iclasında izahat verən şahid X18 bildirdi ki, ərizəçi Gülmayə bacısıdır. X11 birgə nikahından 4 övladı doğulub. Həmin uşaqlardan xx.xx.1986-cı ildə anadan olmuş qızı Rəsmiyyə xəstə olub, 3 aylıq olanda qızdırmadan ölüb.Təsdiq etdi ki, həqiqətən ərizəçinin xx.xx.1986-cı il tarixdə anadan olmuş qızı Rəsmiyyə Məmmədyarova xx.xx.1986-cı il tarixdə Oğuz rayonunda vəfat edib. Məhkəmə ərizəçini və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Oğuz rayon Astraxanovka kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Astraxanovka kəndidir. İşə əlavə edilmiş nigahın bağlanması haqqında İİ-JQ 442928 saylı şəhadətnamənin surətindən görünür ki, X13 və X14 xx.xx.1982-ci ildə nigah bağlamış, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd sovetində nigahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 13 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra ər-arvada Məmmədyarov familiyası verilmişdr. İşə əlavə edilmiş doğum haqqında İX-JQ 388702 saylı və XİV-JQ 347661 saylı şəhadətnamələrin surətindən görünür ki, 10.071983-cü il təvəllüdlü Asif Məmmədyarovun və xx.xx.1989-cu il təvəllüdlü Gülnara Məmmədyarovanın atası X13, anası Ərizəçidır. Maraqlı şəxs işə əlavə edilmiş doğum haqqında xx.xx.2024-cü il tarixli, 39/12 saylı və xx.xx.2024-cü il tarixli, 51/12 saylı arayışlarından görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Rəsmiyə Məmmədyarovanın və xx.xx.1988-ci il təvəllüdlü Nümayəndə atası X15, anası Ərizəçi (Əyub) qızıdır. İşə əlavə edilmiş ölüm haqqında AZ-İİ 378290 saylı şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2010-cu il tarixdə ölmüş, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd icra nümayəndəliyində xx.xx.2010-cu il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/11- 129/2024 saylı məktubundan görünür ki, Qeydiyyat şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində ərizəçinin qızı X2 ölümü haqqında akt qeydi aşkar olunmadığından, ölüm haqqında akt qeydi tibbi şəhadətnaməyə və ya məhkəmə qətnaməsinə əsasən yazıla bildiyindən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X16, X3 və X9 iştirakı ilə tərtib edilmiş, Oğuz rayon İHB Böyük Söyüdlü kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş və işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həqiqətən Nümayəndə mərhum bacısı, xx.xx.1986-cı il tarixdə doğulmuş X4 xx.xx.1986-cı ildə Çaldaş (Astraxanovka) kəndində vəfat etmiş, kənddə yerləşən qəbristanlıqda dəfn olunmuşdur. İşə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin AA 587313 saylı planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayonu Astraxanovka kəndində yerləşən 3,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə hüquq sahibləri X10, Ərizəçi, Nümayəndə, X6 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli kitabın 48 nömrəli vərəqində qeydə alınmışdır. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 131 saylı arayışından görünür ki, Ərizəçi barədə Azərbaycan Respublkası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində aparılmış yoxlama vaxtı aşağıdakı məlumatlar aşkar edilmişdir: Əri: X12 xx.xx.2010-cu ildə vəfat edib. Oğlu: X19 xx.xx.1983 Oğlu: Nümayəndə xx.xx.1988 Qızı: X7 xx.xx.1989 Qızı: X4 xx.xx.1986 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını, 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Resublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən muəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. İş materiallarından göründüyü kimi, mərhum X1 ölümü qeydə alınmadığından hazırda qeydiyyat informasiya sistemində onun barəsində məlumat yalnız doğulduğu tarixdən ibarət olaraq qeyd edilmişdir. Ailə başçısı Vaqif Məmmədyarovun ailə üzvləri ilə birlikdə mülkiyyətində 3,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Vaqif Məmmədyarov xx.xx.2010-cu ildə vəfat etmişdir. Buna görə də vərəsəlik şəhadətnaməsinin verilməsi üçün sənədlər toplanarkən Rəsmiyyənin ölüm qeydinin aparılmadığı müəyyən edilmiş, müvafiq sənədləşmənin aparılması üçün mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmə araşdırması ilə mərhumun xx.xx.1986-cı il tarixdə 3 aylıq körpə ikən yaşadığı Oğuz rayonu Astraxanovka kəndində xəstəlik səbəbli öldüyü, həmin vaxt həkimə müraciət edilmədiyindən və bundan uzun müddət keçdiyindən ölümünə dair tibbi şəhadətnamə əldə etməyin mümkün olmadığı müəyyən edilmişdir. Qanunvericiliyə uyğun olaraq müvafiq sənəd təqdim edilmədən ölümün qeydiyyat orqanında qeydə alınması mümkün olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 fevral 1986-cı il tarixdə Oğuz rayonu Astraxanovka kəndində anadan olmuş, həmin ünvanda yaşamış Məmmədyarova Rəsmiyyə (Rəsmiyə) Vaqif qızının 15 may 1986-cı il tarixdə Oğuz rayonu Astraxanovka kəndində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-471/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-471/2024
06.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver