Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-561/2024 28.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X14 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin intihar edərək ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 28 noyabr 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, atası-03 dekabr 1961-ci il təvəllüdlü X6 07 iyul 2024-cü ildə intihar edərək ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1994-cü ildə Oğuz şəhərində anadan olmuş, hazırda Oğuz rayon Yemişənli kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. X3 xx.xx.1961-ci ildə Oğuz şəhərində anadan olmuş və ölənə qədər orada yaşamışdır. Belə ki, atası Şəki rayon sakini X9 ilə 2.11.1989-cu ildə rəsmi nikaha daxil olmuşdur. Anası 2017-ci ildə vəfat etdikdən sonra atası Oğuz şəhərində tək yaşamışdır. Ona bibisi Dürdanə Əhmədova tez-tez baş çəkmiş, qayğısına qalmışdır. Bu ilin iyul ayının əvvəlində atası gözlərini müayinə etdirmək üçün Bakıya, onun yanına gəlmiş, həkimlə görüşdükdən sonra Oğuz şəhərinə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə təxminən günorta saatlarında atasının özünü yaşadığı evin həyətində yarımçıq tikilidən asdığı məlum olmuş, dərhal qohum-qonşular tərəfindən lazımi orqanlara məlumat verilmiş, Oğuz rayon prokurorluğunda araşdırma aparılmış, xx.xx.2024-cü il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilmişdir. Araşdırma zamanı meyitin ekspert tərəfindən müayinəsinə razı olmadıqlarından həkim tərəfindən atasının ölümünə dair tibbi şəhadətnamə verilməmişdir. Atası sakit insan olmuş, intihara meylli olmamışdır.Yalnız son dövrlərdə görmə qabiliyyəti xeyli aşağı düşdüyündən və həkim tərəfindən bunun müalicəsinin olmadığı deyildiyindən onun özünə qapandığı güman edilir. Hazırda həkim sənədi olmadığından atasının ölümünün qeydə alınması mümkün deyil. Bu isə onunla bağlı vərəsəlik sənədlərinin hazırlanmasına maneə yaradır. Buna görə də Maraqlı şəxsnə müraciət etmiş, şöbədən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/11-244/2024 saylı məktubla X6 ölümü haqqında tibbi şəhadətnamənin olmadığını nəzərə alaraq onun ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizəsinin təmin edilməsini, xx.xx.1961-ci ildə anadan olmuş X3nun xx.xx.2024-cü ildə intihar edərək ölməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X13 izahat verərək bildirdi ki, ərizəçi Vasif qardaşı X2nun oğludur. Vasif Bakıda yaşayır. Əziz Oğuz şəhərində yerləşən özünə məxsus fərdi yaşayış evində arvadı Zəminə ilə, o 2017-ci ildə vəfat etdikdən sonra isə tək yaşamışdır. Qardaşı sakit adam olmuş, heç kimlə münaqişəsi olmamış, ömrünün son 5-6 ayında gözlərinin pis görməsindən şikayətlənmişdir. Ona xx.xx.2024-cü ildə telefon vasitəsilə qardaşının özünü asdığı bildirilmiş, dərhal onun evinə getmiş və Əzizin özünü həyətdəki yarımçıq tikilinin damından asdığı məlum olmuşdur. Hesab edir ki,qardaşı gözlərindəki problem səbəbli özünü öldürüb, çünki bildiyinə görə həkim gözündəki xəstəliyin müalicəsinin olmadığını ona bildirib. Onu Oğuz şəhər qəbristanlığında dəfn ediblər.Ərizəçinin müraciətində göstərilən faktı təsdiq edir. Məhkəmə iclasında şahid X1 ərizəçinin qardaşı mərhum Əzizin oğlu olduğunu bildirdi və şahid X4 izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 08895436 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikası Vartaşen şəhərində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, E.Babayev küçəsi, ev 7-dir. İşə əlavə edilmiş nigahın bağlanması haqqında V-JQ 271666 saylı şəhadətnamənin surətindən görünür ki, X12 və X9 xx.xx.1989-cu ildə nigah bağlamış, bu barədə Vartaşen rayon VVAQ şöbəsində nigahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 108 nömrə ilə qeyd edilmiş, nigah bağlandıqdan sonra ər-arvada Əhmədov familiyası verilmişdir. İşə əlavə edilmiş doğum haqqında XVİİİ-JQ 433040 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1994-cü ildə 226 nömrə ilə qeyd edilmişdir, X3, anası X7r. İşə əlavə edilmiş ölüm haqında AZ-İ 889433 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci ildə ölmüş, bu barədə Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 57 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon prokurorluğunun işə əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətdəki yarımçıq tikilinin damından ozünü asaraq intihar etməsi ilə əlaqədar aparılmış araşdırma nəticəsində onun ölümündə hər hansı kənar təsir olması faktı aşkar edilmədiyindən toplanmış 24-3-2-2-442- 0241 saylı material üzrə cinayət hadisəsi müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/11- 244/2024 saylı məktubundan görünür ki, X6 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından onun ölümünün qeydə alınmasınün mümkün olmadığı bildirilmiş, ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İşə əlavə edilmiş, X6 şəkli əks edilmiş başdaşının fotoşəklindən görünür ki, o xx.xx.1961ci il təvəllüdlü olmaqla, xx.xx.2024-cü ildə ölmüş, başdaşının üzərinə “əzizlərindən xatirə” sözləri həkk olunmuşdur. İşə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********23-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam, torpaq sahəsi 1/3 hissədə X6, torpaq sahəsinin qalan hissəsi hər birinin payı 1/3 hissədə olmaqla Ərizəçi və X10 mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını, 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Resublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından göründüyü kimi, X2ndan miras qalmış daşınmaz əmlaka vərəsəliyin müəyyən edilməsi üçün mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunur. X2 xx.xx.2024-cü il tarixdə Oğuz şəhərində yaşadığı evin həyətindəki yarımçıq tikilinin damından özünü asaraq ölmüş, araşdırma nəticəsində ölüm faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin vaxt ailə üzvləri tərəfindən meyitin tibbi müayinəsinə razılıq verilmədiyindən mərhumun ölümünə dair həkim arayışı verilməmişdir. Qanunvericiliyə uyğun olaraq müvafiq sənəd təqdim edilmədən ölümün qeydiyyat orqanında qeydə alınması mümkün olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03 dekabr 1961-ci il tarixdə anadan olmuş X6 07 iyul 2024-cü il tarixdə Oğuz şəhərində özünü asmaqla intihar edərək ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-561/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-561/2024
28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver