Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-639/2024 28.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X15 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin intihar edərək ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 28 noyabr 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, oğlu-10 sentyabr 1991-ci il təvəllüdlü X4 27 iyun 2024-cü ildə intihar edərək ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş, hazırda Oğuz rayon Yemişənli kəndində qeydiyyatda olmaqla yaşayır. X2 xx.xx.1991-ci ildə Oğuz rayonu Yemişənli kəndində anadan olmuş, ailəli olmaqla kənddə yerləşən fərdi yaşayış evində özü, arvadı Nailə və uşaqları onunla və anası Ruhiyyə Əyyubova ilə birlikdə yaşamışdır. Münasibətləri yaxşı olmuşdur. Pərviz sürücü idi, səhər çıxıb axşam saatlarında evə qayıdırdı. xx.xx.2024-cü ildə Pərvizin arvadı uşaqları da götürüb atası evinə getmiş, səhəri gün onun ardınca getsələr də geri qayıtmamışdır. Bundan sonra Pərviz hər gün Nailəgilə gedərək uşaqlarını götürüb onlarla vaxtını keçirmiş, sonra onları aparıb təhvil vermişdir. xx.xx.2024-cü il tarixdə Nailənin atası Soltan zəng edərək Pərvizi çağırmış, ona ailəsini aparmasını demişdir. Pərviz getsə də saat 12 radələrində evə tək qayıtmış, Nailənin gəlmək istəmədiyini demişdir. Ata-ana olaraq ona təskinlik vermişlər. Daha sonra arvadı Ruhiyyə və oğlu Pərvizlə nahar etmişlər. Nahardan sonra yatmışdır. Təxminən saat 14 radələrində yuxudan oyanıb çay içəndə arvadı ona Pərvizin evdə olmadığını, telefonunun isə evdə qaldığını dediyindən Pərvizi axtarmağa başlamışlar. Evin içində Pərvizi tapmadıqlarından həyətdə axtararkən tövlənin çardağında onu asılmış vəziyyətdə görmüşlər. Dərhal lazımi orqanlara məlumat verilmiş, Oğuz rayon prokurorluğunda araşdırma aparılmış, xx.xx.2024-cü il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilmişdir. Araşdırma zamanı meyitin ekspert tərəfindən müayinəsinə razı olmadıqlarından həkim tərəfindən oğlunun ölümünə dair tibbi şəhadətnamə verilməmişdir. Oğlu sakit insan olmuş, intihara meylli olmamışdır. Hesab edir ki, arvadı ilə aralarında çox ciddi səbəbdən münaqişə olduğundan oğlu canına qıymışdır. Hazırda həkim sənədi olmadığından Pərvizin ölümünün qeydə alınması mümkün deyil. Bu isə onun övladlarını atanın ölümündən sonra sosial müavinət almaqdan məhrum edir. Hesab edir ki, nəvələrinin maddi təminatını yaxşılaşdırmaq üçün ölüm şəhadətnaməsini almaq və digər sənədləri hazırlamaq baba kimi onun vəzifəsidir. Buna görə də Maraqlı şəxsnə müraciət etmiş, şöbədən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/11-243/2024 saylı məktubla X4 ölüm haqqında tibbi şəhadətnamənin olmadığını nəzərə alaraq onun ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizəsinin təmin edilməsini, xx.xx.1991-ci ildə anadan olmuş X2nun xx.xx.2024-cü ildə intihar edərək ölməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirdi ki, Ərizəçi qardaşı, Pərviz isə qardaşı oğludur. xx.xx.2024-cü il tarixdə günorta vaxtı çayxanada olmuşdur. Kənddə səs-küy düşmüş, qardaşıgilə gedəndə Pərvizin özünü tövlədə asdığını görmüşdür. Pərviz sakit insan olub,heç kimlə düşmənçiliyi olmayıb. Onu Yemişənli qəbristanlığında dəfn etmişlər. Ərizəçinin müraciətində göstərilən faktı təsdiq edir. Məhkəmə iclasında şahid X6 ərizəçinin əmisi, mərhum Pərvizin əmisi oğlu olduğunu bildirdi və şahid X3 izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Yemişənli kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında XVİ-JQ 271524 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1991-ci il tarixdə Oğuz rayonu Yemişənli kəndində anadan olmuş, bu barədə Oğuz rayon Padar kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1991-ci ildə 78 nömrə ilə qeyd edilmişdir, atası Ərizəçi, anası X9r. Oğuz rayon prokurorluğunun işə əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətdəki tövlədə ozünü asaraq intihar etməsi ilə əlaqədar aparılmış araşdırma nəticəsində onun ölümündə hər hansı kənar təsir olması faktı aşkar edilmədiyindən toplanmış 24-3-2-2-442-0239 saylı material üzrə cinayət hadisəsi müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/11-243/2024 saylı məktubundan görünür ki, X4 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından onun ölümünün qeydə alınmasınün mümkün olmadığı bildirilmiş, ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İşə əlavə edilmiş, X5 şəkli əks edilmiş başdaşının fotoşəklindən görünür ki, o xx.xx.1991-ci il təvəllüdlü olmaqla, xx.xx.2024-cü ildə ölmüş, valideynlərindən və övladlarından xatirə olaraq başdaşının üzərinə dörd misradan ibarət yazı həkk olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını, 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Resublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından göründüyü kimi, X1nun övladlarına sosial müavinətin alınması üçün mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunur. X1 xx.xx.2024-cü il tarixdə Oğuz rayon Yemişənli kəndində yaşadığı evin həyətindəki tövlədə özünü asaraq ölmüş, araşdırma nəticəsində ölüm faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin vaxt ailə üzvləri tərəfindən meyitin tibbi müayinəsinə razılıq verilmədiyindən mərhumun ölümünə dair həkim arayışı verilməmişdir. Qanunvericiliyə uyğun olaraq müvafiq sənəd təqdim edilmədən ölümün qeydiyyat orqanında qeydə alınması mümkün olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 sentybr 1991-ci il tarixdə anadan olmuş X4 27 iyun 2024-cü il tarixdə Oğuz rayonu Yemişənli kəndində özünü asmaqla intihar edərək ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-639/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-639/2024
28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver