Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-642/2024 02.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X7 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2, onların vəkili Vəkil iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Maraqlı şəxs) şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 02 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (ərizəçilər) Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, qızları X2 20 iyun 1999-cu il tarixdə Oğuz rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi2 izahat verərək bildirdi ki, xx.xx.1963-cü ildə Kəlbəcər rayonu Keşdək kəndində anadan olmuşdur. Oğuz rayonu Calud kəndində qeydiyyatda olmaqla yaşayır. Calud bələdiyyəsinin sədridir. Kəlbəcər rayonu Keşdək kənd sakini, 1964cü il təvəllüdlü Ərizəçi1 ilə 1983-cü ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 1984-cü ildə Hafis, 1986-cı ildə Pərviz, 1989-cu ildə Gülnar, 1990-cı ildə Yavər, 1995-ci ildə Aftandil adlı övladları doğulmuşdur. Qızı Gülnar 3 yaşına kimi normal böyüyüb. 3 yaşında yıxılıb boyun travması aldıqdan sonra vəziyyəti pisləşməyə başlayıb.Əvvəl fikir verməyiblər, sonra isə atası xəstələnib, daha sonra qaçqınlıq səbəbli uşağın müalicəsi ləngiyib. Gülnar məktəbə də getməyib, xx.xx.1999-cu ildə xəstəlik səbəbli vəfat etmişdir. Uşaq kiçik yaşda olduğundan, həm də həmin vaxtlar ağır dövrlər olduğundan onun ölümünün qeydə alınması ilə bağlı müraciət etməmişlər. Həyat yoldaşı Gülxar 5 uşaq doğub-böyütməsi nəzərə alınmaqla təqaüdə çıxmalıdır. Bununla bağlı Gülnarın həqiqətən 10 yaşında vəfat etməsi ilə bağlı sənədin təqdim edilməsi tələb olunur.Gülxar ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, şöbə tərəfindən bununla bağlı ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etməklə, xx.xx.1989-cu ildə anadan olmuş qızı X2 xx.xx.1999-cu ildə Oğuz rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi Şükürova X4 rayonu Keşdək kəndində qeydiyyatda olmaqla digər ərizəçi əri Ərizəçi2la birgə Oğuz rayonu Calud kəndində yaşadığını bildirdi və onun izahatına uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçilərin vəkili Vəkil onların izahatını təsdiq edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X1 bildirdi ki, Ermənistanın İcevan rayonunda doğulub. Kəlbəcər rayonu Keşək kənd sakini ilə ailə qurub. Məcburi köçkün olublar. Ərizəçilər də onların kəndindən olmaqla anasıgilin qonşusudurlar. Onlarla get-gəlləri vardır. Bir-birinə xeyir-şərdə köməklik edirlər. Gülxarın beş övladı doğulub. Onlardan dördü oğlandır. Qızı Gülnar 1989-cu ildə doğulub. O vaxt vəziyyət ağır idi. Gülnarın 3-4 yaşı olandan xəstə olduğunu bilirəm. Malicələr etdirdilər, lakin kömək olmadı. Xəstəlik səbəbli uşaq məktəbə də gedə bilmədi. 1999-cu ildə öldü. Bütün bunlar onun gözünün qabağında olub. Məhkəmə iclasında izahat verən şahid X6 bildirdi ki, Kəlbəcər rayonu Keşdək kəndində doğulub. Orada qeydiyyatda olmaqla 1993-cü ildən məcburi köçkün olmaqla ailəsi ilə Oğuz rayonu Calud kəndində yaşayır.Ərizəçiləri Kəlbəcərdən tanıyır, həmkəndliləridir.Adilgilin 5 övldı doğulub. Dörd oğlan hazırda sağ-salamat yaşayırlar. Adilin 1989-cu ildə Gülnar adlı qızı anadan olub. Uşağın başında xəstəlik olub. 10 yaşında öldü.Təsdiq etdi ki, həqiqətən ərizəçilərin 1989-cu ildə anadan olmuş qızı Gülnar xəstəlik səbəbli 1999-cu ildə Oğuz rayonunda vəfat edib. Məhkəmə ərizəçiləri və onların vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1963-cü il tarixdə Kəlbəcər rayonu Keşdək kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Calud kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1964-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Oğuz rayon Qeydiyyat şöəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2021-ci il tarixli, 95/12 saylı arayışından görünür ki, X5 xx.xx.1989-cu il tarixdə Oğuz rayonu Calud kəndində anadan olmuş, bu barədə Maraqlı şəxsndə doğum haqqında akt qeydləri kitabında xx.xx.1989-cu il tarixdə 72 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi2, anası Ərizəçi1dır. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/11-253/2024 saylı arayışından görünür ki, X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə və şöbənin arxivində saxlanılan 1999-cu ildən 2005-ci illər üzrə ilkin, 2006-cı ildən 2010-cu ilədək bərpa akt qeydləri axtarılmış, ölüm qeydi aşkar olunmamışdır. İşə əlavə edilmiş doğum haqqında X-JQ 316566 saylı, İX-JQ 386939 saylı, XV-JQ 353705 saylı və XİX-JQ 299101 saylı şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1984cü il təvəllüdlü Hafis Şükürovun, xx.xx.1986-cı il təvəllüdlü Pərviz Şükürovun, xx.xx.1990cı il təvəllüdlü Yavər Şükürovun və xx.xx.1995-ci il təvəllüdlü Aftandil Şükürlünün atası Ərizəçi2, anası Ərizəçi1dır. Maraqlı şəxs Ərizəçi1 ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/11- 253/2024 saylı məktubundan görünür ki, Qeydiyyat şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində ərizəçinin qızı X2 ölümü haqqında akt qeydi aşkar olunmadığından, ölüm haqqında akt qeydi tibbi şəhadətnaməyə və ya məhkəmə qətnaməsinə əsasən yazıla bildiyindən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Oğuz rayon İHB Calut kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-14/2023 saylı arayışından görünür ki, Şükürova X4 rayon Keşdək kəndində daimi qeydiyyatda olub Oğuz rayon Calut kəndində məskunlaşmaqla hazırda həmin kənddə yaşayır. Heç yerdə işləmir. xx.xx.1984-cü il təvəllüdlü Hafis Şükürov, xx.xx.1986-cı il təvəllüdlü Pərviz Şükürov, xx.xx.1989-cu il təvəllüdlü Gülnar Şükürova, xx.xx.1990-cı il təvəllüdlü Yavər Şükürov və xx.xx.1995-ci il təvəllüdlü Aftandil Şükürlüdən ibarət beş uşaq doğub 8 yaşadək böyüdüb tərbiyə etmişdir. Gülnar Şükürova xx.xx.1999cu ildə Calut kəndində vəfat etmiş, kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını, 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Resublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən muəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. İş materiallarından göründüyü kimi, mərhum X2 ölümü qeydə alınmamışdır.Ərizəçilərin izahatına əsasən Ərizəçi1 5 uşaq doğub 8 yaşadək tərbiyə etmişdir. Onun bu halda daha tez təqaüdə çıxmaq şansı yaransa da Gülnarın ölümünə dair sənəd olmadığından hüququnu həyata keçirməsi mümkün deyil. Məhkəmə araşdırması ilə mərhumun xx.xx.1999-cu il tarixdə yaşadığı Oğuz rayonu Calut kəndində xəstəlik səbəbli öldüyü, həmin vaxt həkimə müraciət edilmədiyindən və bundan uzun müddət keçdiyindən ölümünə dair tibbi şəhadətnamə əldə etməyin mümkün olmadığı müəyyən edilmişdir. Qanunvericiliyə uyğun olaraq müvafiq sənəd təqdim edilmədən ölümün qeydiyyat orqanında qeydə alınması mümkün olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29 yanvar 1989-cu il tarixdə Oğuz rayonu Calut kəndində anadan olmuş, həmin ünvanda yaşamış X2 20 iyun 1999-cu il tarixdə Oğuz rayonu Calut kəndində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-642/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-642/2024
02.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver