Məhkəmə qərarları › İş №2(054)-705/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-705/2024

23.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-705/2024 23.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: HakimZeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Cavabdeh) şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 23 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: TƏSVİRİ HİSSƏ: Ərizəçi (ərizəçi) maraqlı şəxs Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı-xx.xx.1963-cü il tarixdə anadan olmuş X1 xx.xx.1993-cü il tarixdə Oğuz rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1967-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuşdur. X2, anası X22r. Onların birgə nikahından 1958-ci ildə qardaşı X11, 1959-cu ildə qardaşı X7, 1961-ci ildə bacısı X8, 1962-ci ildə qardaşı X10, 1963-cü ildə qardaşı X4, xx.xx.1965-ci ildə qardaşı X15 anadan olmuşlar. Qardaşı Məmmədəli xx.xx.1993-cü ildə, anası xx.xx.2011-ci ildə, atası xx.xx.2011-ci ildə, qardaşı Qeybul xx.xx.2021-ci ildə ölmüşlər. Qardaşı Mürafil RF Novosibirsk şəhərində, bacısı Sahibə Volqaqrad şəhərində yaşayırlar. Ata-anası və qardaşı Qeybulun ölümü Cavabdehndə qeydə alınıb. Qardaşı Məmmədəlinin ölümü isə qeydə alınmayıb. Qardaşı subay olub, kolxozda sürücü işləyib. Ürəktutmasından vəfat edib. Oğuz rayonu Baş Daşağıl kəndində ata-anası ilə birgə yaşayıb. Oğuz rayonu Baş Daşağıl kəndində atasının mülkiyyətində olan fərdi yaşayış evi, digər ailə üzvləri ilə birlikdə ata-anasının adına 0,06 ha, 0,12 ha və 0,15 ha həyətyanı torpaq sahələri, 2,5358 ha və 0,3151 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Miras əmlaklarla bağlı vərəsəliyin müəyyən edilməsi üçün müraciət edilərkən məlum olmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılımş qeydiyyat informasiya sistemində qardaşı Məmmədəlinin adı sağ olaraq qeyd olunmuşdur. Beləliklə onun ölümü qeydə alınmadığından notariat orqanı vərəsəlik sənədlərinin verilməsindən imtina edir. Ölüm şəhadətnaməsi almaq üçün Cavabdehnə də müraciət etmiş, şöbədən ona tibbi şəhadətnamənin təqdim edilməli olduğu, əks halda qeydiyyatın mümkün olmayacağı bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etməklə, xx.xx.1963-cü ildə anadan olmuş qardaşı X1 xx.xx.1993-cü ildə Oğuz rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X11 bildirdi ki, ərizəçi Firqət doğma qardaşıdır. 6 qardaş, 1 bacı olublar. İki qardaşı vəfat edib. Ata-anadan qalmış əmlaka vərəsəlik müəyyən edilməli olduğundan notariat ofisinə müraciət edərkən qardaşı Məmmədəlinin adına ölüm şəhadətnaməsinin alınmadığı məlum olub. Qalan vərəsələr arasında heç bir mübahisə yoxdur. Məmmədəli müharibədə olub, sonra evə qayıdıb. xx.xx.1993-cü ildə ürək tutmasından vəfat edib. Hərbi komissarlığın qarşısında öldüyündən prokurorluqda şübhəli ölüm kimi araşdırmışdılar, lakin ata-anası onun meyidinin müayinə üçün yarılmasına razı olmamışlar. Bu məsələni sonradan araşdırmağa ehtiyac hiss etməyib. Qardaşı xx.xx.1963-cü ildə Oğuz rayon Baş Daşağıl kəndində anadan olub, 1993-cü ildə Oğuz şəhərində vəfat edib. Onun qəbri Baş Daşağıl kəndində yerləşir. Dəfnində iştirak ediblər. Pasportu və doğum şəhadətnaməsi də məhkəməyə təqdim edilib. xx.xx.1963-cü il təvəllüdlü X5 həqiqətən xx.xx.1993-cü il tarixdə vəfat etdiyi faktını təsdiq etdi. Məhkəmə iclasında izahat verən şahid X15 digər şahidin izahatına uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, qardaşı Məmmədəli rayonda rəhmətə gedib. Həmin vaxt o, işlə əlaqədar Qax rayonuna getdiyindən evdə olmayıb. Qayıdanda artıq meyitin kəndə gətirlidiyini görmüşdür. Ölüm səbəbi ona məlum olmayıb. Qardaşı Məmmədəlinin xx.xx.1993-cü ildə Oğuz rayonunda vəfat etməsi faktını təsdiq etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Vartaşen rayonu Baş Daşağıl kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Baş Daşağıl kəndidir. Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının işə əlavə edilmiş Xİİİ-JQ 729787 saylı, xx.xx.1981-ci il tarixli pasportundan görünür ki, X4 xx.xx.1963-cü il tarixdə Vartaşen rayonu Baş Daşağıl kəndində anadan olmuş, subay və yaşayış yeri Vartaşen rayonu Baş Daşağıl kəndi olmaqla, xx.xx.1981-ci ildə həmin ünvana qeydiyyata alınmış, xx.xx.1982-ci ildə qeydiyyatdan çıxarılmış, xx.xx.1984-cü ildə həmin ünvana qeydiyyata alınmışdır. İşə əlavə edilmiş, qəbristanlıqda çəkilmiş iki ədəd fotoşəkildən görünür ki, X4 xx.xx.1993cü il tarixdə vəfat etmiş, qəbrin üzərinə “X3” “xx.xx.1963-xx.xx.1993”, “atasından əbədi xatirə” və 4 bənddən ibarət “nə həyatdan doydun, nə kəma yetdin, ömrünü ölümlə tez fəda etdin, bizi ağlar qoyub əbədi getdin, görmərik bir daha dünyada səni” sözləri yazılmış başdaşı qoyulmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ 561863 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1963-cü ildə Vartaşen rayonu Baş Daşağıl kəndində anadan olmuş, bu barədə Vartaşen rayon Muxas kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1963-cü ildə 107 nömrə ilə qeyd edilmiş, X2, anası X22r. İşə əlavə edilmiş doğum haqqında AZ ******* saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Vartaşen rayonu Baş Daşağıl kəndində anadan olmuş, bu barədə Vartaşen rayon Baş Daşağıl kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1967-ci ildə 31 nömrə ilə qeyd edilmiş, X2, anası X22r. İşə əlavə edilmiş doğum haqqında İ-İE 418808 saylı şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1958-ci ildə Vartaşen rayonu Baş Daşağıl kəndində anadan olmuş, bu barədə Vartaşen rayon Muxas kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1958-ci ildə 63 nömrə ilə qeyd edilmiş, X2, anası X22r. İşə əlavə edilmiş doğum haqqında AZ ******* saylı şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1965-ci ildə Vartaşen rayonu Baş Daşağıl kəndində anadan olmuş, bu barədə Vartaşen rayon Muxas kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1965-ci ildə 86 nömrə ilə qeyd edilmiş, X2, anası X22r. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 424745 saylı şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2011-ci ildə Oğuz rayon Baş Daşağıl kəndində ölmüş, bu barədə Oğuz rayon Baş Daşağıl kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011ci ildə 03 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 424747 saylı şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2011-ci ildə Oğuz rayon Baş Daşağıl kəndində ölmüş, bu barədə Oğuz rayon Baş Daşağıl kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011ci ildə 04 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İİ 192607 saylı şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci ildə Oğuz rayon Baş Daşağıl kəndində ölmüş, bu barədə Cavabdehndə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 122 nömrə ilə qeyd edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin işə əlavə edilmiş hüququn ölmüş şəxsə aid olması haqqında dövlət reyestrindən xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, Oğuz rayon Baş Daşağıl kəndində 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 103 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X9 adına, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X9, X18, X23, X19 və X6 adına qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 0,3151 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə hüquq sahibləri X9, X18 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 06 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 2,5358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə hüquq sahibləri X9, X18 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 05 nömrəli vərəqində qeydiyyata alınmışdır. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə hüquq sahibləri X9, X18, X6, X23 və X19 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 0,15 ha yaşayış məntəqələrinin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə hüquq sahibləri X9, X18, X6, X23 və X19 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/11- 261/2024 saylı məktubundan görünür ki, ərizəçinin xx.xx.1993-cü il tarixdə vəfat etmiş qardaşı X1 adına ölüm haqqında akt qeydinin aşkar olunmadığı, həmin qeydin yazılması üçün həkim şəhadətnaməsinin, yaxud məhkəmə qətnaməsinin tələb olunduğu bildirilmiş, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 154 saylı arayışından görünür ki, xx.xx.1967-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuş Ərizəçi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2024-cü ilədək aparılmış və aşağıdakı məlumatlar əldə edilmişdir. Ata: X14 (xx.xx.2011-ci ildə vəfat edib), ana: X28 (xx.xx.2011-ci ildə vəfat edib), qardaş: X12 xx.xx.1958, qardaş: X7 xx.xx.1959, bacı: X8 xx.xx.1961, qardaş: X4 xx.xx.1963, qardaş: X15 xx.xx.1965, qardaş: X10 (xx.xx.2021-ci ildə vəfat edib) Oğuz rayon İHB Baş Daşağıl kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 5-68-12/2-146/2024 saylı arayışından görünür ki, Ərizəçi mərhum qardaşı xx.xx.1963-cü il tarixdə anadan olmuş X4 xx.xx.1993-cü il tarixdə vəfat etmiş, Oğuz rayon Baş Daşağıl kənd qəbristanlığında dəfn edilmişdir. Oğuz rayon prokurorluğunun işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 311 xid.24 saylı məktubundan görünür ki, 2000-ci ildən əvvəlki illərə aid qeydiyyat kitabları və araşdırılmış materiallar Oğuz rayon prokurorluğunda saxlanılmadığından xx.xx.1963-cü ildə Oğuz rayonu Baş daşağıl kəndində anadan olmuş və xx.xx.1963-cü ildə Oğuz rayonunda vəfat etmiş X1 ölümü barədə Oğuz rayon prokurorluğunda material olub-olmaması ilə bağlı məlumat verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını, 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Resublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən muəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmə icraatı zamanı müəyyən edilənlərə və iş materiallarına əsasən, ərizəçinin qardaşı X4 xx.xx.1963-cü il tarixdə anadan olmuş, xx.xx.1963-cü ildə vəfat etmişdir. Həmin vaxt onun ölümü qanunla müəyyən edilmiş qaydada qeydə alınmamışdır. Ərizəçinin mərhum atası və mərhum anasının miras əmlakına (fərdi yaşayış evi və torpaq sahələri) dair vərəsəliklə bağlı müvafiq sənədləşmənin aparılması üçün mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmə araşdırması ilə mərhumun həqiqətən xx.xx.1993cü il tarixdə yaşadığı Oğuz rayonunda öldüyü, həmin vaxt həkimə müraciət edilmədiyindən və bundan uzun müddət keçdiyindən ölümünə dair tibbi şəhadətnamə əldə etməyin mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyə uyğun olaraq müvafiq sənəd təqdim edilmədən ölümün qeydiyyat orqanında qeydə alınması mümkün olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. NƏTİCƏ HİSSƏ: Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20 noyabr 1963-cü il tarixdə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuş X1 14 noyabr 1993-cü il tarixdə Oğuz rayonunda ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Cavabdehnə həvalə edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar