Məhkəmə qərarları › İş №2(055)-1033/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1033/2023

24.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1033/2023 24.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 16 mart 2023-cü il tarixdə mediatorun iştirakı ilə onunla maraqlı tərəf Maraqlı şəxs arasında bağlanmış 16 mart 2023-cü il tarixli, MŞS/MT023/2023-00520 saylı barışıq sazişinin “Maraqlı şəxs ilə Ərizəçi birgə nikahlarından 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin 01 aprel 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi, 1800 manat pulun 2023-cü ilin iyul ayının sonuna qədər 800 manat, həmin ilin dekabr ayının sonuna qədər isə hər ay ərzində 200 manat olmaqla Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi” hissəsində təsdiq edilməsi və sazişin məcburi icrasının həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 16 mart 2023-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs ilə Ərizəçi birgə nikahlarından 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin 01 aprel 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi, 1800 manat pulun 2023-cü ilin iyul ayının sonuna qədər 800 manat, həmin ilin dekabr ayının sonuna qədər isə hər ay ərzində 200 manat olmaqla Maraqlı şəxs tərəfindən ona ödənilməsi barədə razılıq əldə edilmişdir.Lakin maraqlı tərəf sazişin şərtlərini pozaraq sazişin icrasından yayınır. Ona görə barışıq sazişinin təsdiq edilməsi və sazişin məcburi icrasının həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Maraqlı şəxs heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə un iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 14 sentyabr 2019-cu il tarixli, 3229 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X3 08 yanvar 2021-ci ildə anadan olmuşdur. Həmin uşağın atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 16 mart 2023-cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahlarından 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin 01 aprel 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi, 1800 manat pulun 2023-cü ilin iyul ayının sonuna qədər 800 manat, həmin ilin dekabr ayının sonuna qədər isə hər ay ərzində 200 manat olmaqla Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsinə dair razılıq əldə olunmuşdur. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməldir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında barışıq sazişi imzalanmış, lakin barışıq sazişi imzalandığı andan saziş icra edilmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində barışıq sazişi icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 16 mart 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 217-ci və 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilsin. 16 mart 2023-cü il tarixdə mediatorun iştirakı ilə Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 16 mart 2023-cü il tarixli, MŞS/MT023/2023-00520 saylı barışıq sazişi “Maraqlı şəxs ilə Ərizəçi birgə nikahlarından 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin 01 aprel 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi, 1800 manat pulun 2023-cü ilin iyul ayının sonuna qədər 800 manat, həmin ilin dekabr ayının sonuna qədər isə hər ay ərzində 200 manat olmaqla Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi” hissəsində təsdiq edilsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-1033/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 30 avqust 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə qismən təmin edilsin. 16 mart 2023-cü il tarixdə mediatorun iştirakı ilə Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 16 mart 2023-cü il tarixli, MŞS/MT023/2023-00520 saylı barışıq sazişi “Maraqlı şəxs ilə Ərizəçi birgə nikahlarından 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin 01 aprel 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi, 1800 manat pulun 2023-cü ilin iyul ayının sonuna qədər 800 manat, həmin ilin dekabr ayının sonuna qədər isə hər ay ərzində 200 manat olmaqla Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi” hissəsində təsdiq edilsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar