Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-106/2025 21.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, ərizəçinin nümayəndəsi Saatlı rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Saatlı rayonu Şirinbəyli kəndində anadan olmuş 17 oktyabr 1992-ci il təvəllüdlü X6 06 oktyabr 1999-cu il tarixdə Saatlı rayonu Şirinbəyli kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək göstərdi ki, ərizəçi Saidov X3 Kamran Mirzəxan oğlu 17 oktyabr 1992-ci ildə Saatlı rayonu Şirinbəyli kəndində doğulmuş və 06 oktyabr 1999-cu il tarixdə yaşadığı Saatlı rayonu Şirinbəyli kəndində xəstəlikdən vəfat etmişdir. Mərhum X1 rayonu Şirinbəyli kənd qəbiristanlığında dəfn edilmiş, lakin həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Ərizəçi Saidov X4 ölümü haqqında şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin mərhumun ölümü barədə tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırda məhkəmə qaydasında ölüm faktının təsdiqi X2na ölüm haqqında şəhadətnamə alınması üçün lazımdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Saatlı rayonu Şirinbəyli kəndində anadan olmuş 17 oktyabr 1992-ci il təvəllüdlü X6 06 oktyabr 1999-cu il tarixdə Saatlı rayonu Şirinbəyli kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Laçın Barat oğlu ifadəsində göstərdi ki, o, Ərizəçilə həmkəndli olmaqla uzaq qohumdur. Həqiqətən də ərizəçinin oğlu Kamran Baratov 06 oktyabr 1999-cu il tarixdə Saatlı rayonu Şirinbəyli kəndində xəstəlikdən vəfat etmişdir. O, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçi onunla həmkəndli və qonşu olmuşdur. X9 06 oktyabr 1999-cu il tarixdə Saatlı rayonu Şirinbəyli kəndində vəfat etmişdir və Şirinbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimində o da iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndilisidir. Ərizəçi hazırda ailəsi ilə birlikdə Türkiyədə yaşasa da, ərizçinin oğlu Baratov Kamran 06 oktyabr 1999-cu il tarixdə Saatlı rayonu Şirinbəyli kəndində xəstəlikdən vəfat etmiş və Şirinbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 17 oktyabr 1992-ci ildə Saatlı rayonu Şirinbəyli kəndində doğulmuşdur. Atası Ərizəçi Barat oğlu, anası X12r. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 07 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, Ərizəçi Saatlı rayon X5 Kamran Mirzəxan oğlunun ölümünün qeyd edilməsi ilə bağlı müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən X6 ölümünün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhəkəmədə işin araşdırılan halları və şahid ifadələri ilə müəyyən edilir ki, ərizəçinin oğlu X9 17 oktyabr 1992-ci ildə Saatlı rayonunun Şirinbəyli kəndində doğulmuş, 06 oktyabr 1999-cu ildə Saatlı rayonu Şirinbəyli kəndində xəstəlikdən vəfat etmiş və Şirinbəyli kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin, həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi ölümün qeydə alınmasından imtina etmişdir. Ona görə də ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X6 doğumu barədə şəhadətnaməni, ölümün qeydə alınmasından imtina haqqında Saatlı rayon Qeydiyyat Şöbəsinin 07 dekabr 2024-cü il tarixli rəyini və X6 06 oktyabr 1999-cu ildə Saatlı rayonu Şirinbəyli kəndində vəfat etməsini təsdiq edən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, 17 oktyabr 1992-ci ildə Saatlı rayonunun Şirinbəyli kəndində doğulmuş X6 06 oktyabr 1999-cu ildə Saatlı rayonu Şirinbəyli kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 17 oktyabr 1992-ci ildə Saatlı rayonunun Şirinbəyli kəndində doğulmuş X6 06 oktyabr 1999-cu ildə Saatlı rayonu Şirinbəyli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Çıxarış İş № 2(055)-106/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 21 yanvar 2025-ci il Saatlı şəhəri Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, ərizəçinin nümayəndəsi Saatlı rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 17 oktyabr 1992-ci ildə Saatlı rayonunun Şirinbəyli kəndində doğulmuş X6 06 oktyabr 1999-cu ildə Saatlı rayonu Şirinbəyli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-106/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-106/2025
21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver