Məhkəmə qərarları › İş №2(055)-1073/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1073/2025

11.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1073/2025 11.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə, Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 10 may 1999-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X2 onun bacısıdır. X2 15 iyun 1994-cü ildə anadan olmuş, 10 may 1999-cu ildə vəfat etmiş və Saatlı rayonunun Mustafabəyli kəndinin kənd qəbristanlağında dəfn olunmuşdur. Həmin vaxt oğlunun ölümü haqqında şəhadətnaməsini almamış, hazırda da mərhum bacısı- X1 ölümünü təsdiq edən tibbi sənəd olmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilməmiş, lakin həmin orqanda ona izah edilmişdir ki, ölüm haqqında şəhadətnaməni almaq üçün Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Fakt təsdiqi ona ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Ona görə də göstərdiklərini nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, X2 qardaşı qızıdır. Aysel təxminən 25 il qabaq xəstəlik səbəbindən vəfat etmişdir. Onun dəfnində o, da iştirak etmişdir. İşdə olan Saatlı rayon İHB-nın Bəylik kənd İƏD üzrə nümayəndəsinin və digər şəxslərin iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Saatlı rayon Bəylik kənd sakini X2 xx.xx.1994-cü ildə Saatlı rayon Bəylik kəndində doğulmuş, xx.xx.1999-cu ildə Saatlı rayon Bəylik kəndində vəfat etmişdir. Saatlı rayon Mustafabəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 iyul 2025-ci il tarixli rəydən görünür ki, X1 ölümünün qeydə alınmasından ərizəçi tərəfindən ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün imtina olunmuşdur. Məhkəmə ərizəçini və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından, ərizəçinin izahatından, şahidin ifadəsindən göründüyü kimi ərizəçinin bacısı X2 10 may 1999-cu ildə vəfat etmişdir, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi bacısının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun bacısı X1 10 may 1999-cu ildə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 15 iyun 1994-cü il təvəllüdlü X1 10 may 1999-cu ildə Saatlı rayonu Mircəlalkənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar