Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1090/2024 23.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə, Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X8 18 aprel 1992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X12 onun atasıdır. X12 1897-ci ildə Cəlilabad rayonunun Korlar kəndində anadan olmuşdur. Sonradan o ailəsi ilə birlikdə Saatlı rayonuna köçmüş və vəfat edənə qədər Saatlı rayonu Əbil (keçmiş 26-lar) kəndində yaşamışdır. 18 aprel 1992-ci ildə X12 vəfat etmişdir. X1 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Saatlı rayon Qeydiyyat Şöbəsindən ona bildirdilər ki, “vətəndaş vəziyyət aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin X8 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən də, sözügedən idarə tərəfindən ona 16 avqust 2024-cü il tarixdə X8 ölümünün qeydə alınmasından imtina haqqında rəy verilmişdir. X12 qohumları tərəfindən dəfn edilmişdir. Onun məzarı Saatlı rayon Əbil kəndində yerləşir. 06 avqust 2024-cü ildə Saatlı rayonu Əbil kənd sakinlərinin iştirakı ilə X1 18 aprel 1992-ci ildə vəfat etməsi və Saatlı rayon Əbil kənd qəbiristanlığında dəfn edilməsi barədə akt tərtib edilmişdir. Sözügedən akt Saatlı rayonu Əbil kənd İƏD üzrə nümayəndəsi R.Osmanov tərəfindən təsdiq edilmişdir. Saatlı rayon Qeydiyyat Şöbəsində atası X8 ölüm haqqında şəhadətnaməsini ala bilmir. Bunun üçün X8 ölüm faktının müəyyən edilməsi lazımdır. Buna görə də X1 18 aprel 1992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, X3 onun qonşusu olub. Onun 24 yaşı olanda X14 vəfat etmiş və dəfndə o da, iştirak etmişdir. Mərhum 1992-ci ildə 32 il bundan öncə vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, X12 onun qonşusu olmuşdur. Məminin dəfnində iştirak etmişdir. O mərhumun yas mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, X12 onun babasıdır. O, mərhumun yas mərasimində şəxsən iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Əbil kənd sakinləri X7, X5 və X2 imzaları ilə və Saatlı rayon İcra Hakimiyyəti Başçısının Əbil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi R.Osmanovun imzası ilə təsdiq edilmiş aktdan görünür ki, X3 18 aprel 1992-ci ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli rəydən görünür ki, X8 ölüm haqqında akt qeydi aşkar olunmamış, bu səbəbdən də, onun ölümünün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin atası X12 18 aprel 1992-ci ildə vəfat etmişdir, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi atasının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun atası X8 18 aprel 1992-ci ildə Saatlı rayon Əbil kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 1897-ci il təvəllüdlü X8 18 aprel 1992-ci ildə Saatlı rayon Əbil kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1090/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1090/2024
23.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver