Məhkəmə qərarları › İş №2(055)-1105/2023

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-1105/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1105/2023 14.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehl Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəməyə ərizə verdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264-cü maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 156(bir yüz əlli altı) manat 30(otuz) qəpik dövlət rüsumu dövlət büdcəsindən iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətina qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar