Məhkəmə qərarları › İş №2(055)-1143/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1143/2023

31.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1143/2023 31.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İlk iddia üzrə torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarma, qarşılıqlı iddia üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.41 hektar torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı torpaq sahəsinin alınmasına görə verilmiş 1500 ABŞ dolları, 500 manat və torpağa çəkilmiş xərcə görə 3000 manat pulun alınaraq ona verilməsi, hər iki iddia tələbinin təmin olunacağı təqdirdə qarşılıqlı iddianın ilk iddia ilə eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddanı isə qismən qəbul edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 01 avqust 2000-ci il tarixli 04 saylı qərarı əsasında JN-0271, KOD 90807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.41 hektar torpaq sahəsi verilmişdir. Qeyd etdiyi torpaq sahəsini 2013-cü ildə 1500 ABŞ dolları müqabilində Cavabdeh istifadəsinə vermişdir.Hazırda da həmin torpaq sahəsini özləri əkib-becərmək istəyirlər. Lakin Cavabdeh torpaq sahəsindən çıxmasını tələb etsələr də, cavabdeh torpaq sahəsindən çıxmayacağını bildirmişdir. O da məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, cavabdeh ona 1500 ABŞ dollarından əlavə 500 manat da pul vermişdir. Qarşılıqlı iddianın torpağa çəkilmiş xərcə görə 3000 manat pul tələbi hissəsini qəbul etmir. Çünki qarşılıqlı iddiaçı uzun müddətdir ki, torpaq sahəsini əkib-becərir və kifayət qədər gəlir əldə etmişdir. Yekun olaraq qarşılıqlı iddianı 1000 manat həcmində qəbul edir və gələcəkdə imkanı olduğu təqdirdə torpaq sahəsinin geri qaytarılması müqabilində 1000 manat qarşılıqlı iddiaçıya pul ödəyə bilər. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh onun və dörd nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.41 hektar torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərdi ki, İddiaçı 2013-cü ildə qızının toy mərasimi ilə əlaqədar cehiz əşyası kimi mebel almaq istədiyini, lakin pulunun olmadığını və buna görə də özünün və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.41 hektar torpaq sahəsini 1500 ABŞ dollarına satmaq istədiyini qarşılıqlı iddiaçıya bildirdirmiş, sonuncu da razılaşaraq ilk iddiaçıya 1500 ABŞ dolları verərək torpaq sahəsini birdəfəlik olaraq almışdır.Qarşılıqlı iddiaçı həmin vaxtdan da torpaq sahəsindən heç bir mübahisə olmadan öz mülkiyyəti kimi istifadə etmişdir. Yaxın vaxtlarda ilk iddiaçı torpaq sahəsini qaytarmağı tələb etdiyindən qarşılıqlı iddiaçı əlavə olaraq 500 manat da pul verərək torpaq sahəsini birdəfəlik olaraq aldığını və torpaq sahəsi ilə bağlı bir daha mübahisə etməməyi bildirmiş, İddiaçı isə pulu aldıqdan sonra torpaq sahəsinin qaytarılması ilə bağlı mübahisə etməyəcəyini demişdir. Lakin sonra məlum olmuşdur ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində torpaq sahəsini qonşu kimi əkib-becərmək üçün verməsi barədə göstərdikləri yalandır. Ona görə ki, İddiaçı torpaq sahəsini birdəfəlik olaraq satmışıdır və hətta torpağın aktının əslini də qarşılıqlı iddiaçıya vermişdir. Həmçinin qarşılıqlı iddiaçı, 2013-cü ildə torpaq sahəsini İddiaçı aldıqdan sonra torpağa 3000 manat xərc çəkmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq ilk İddiaçı torpağın alqı-satqısına görə ödənilmiş 1500 ABŞ dollarının, 500 manatın və torpağa çəkilmiş xərcə görə 3000 manatın alınıb qarşılıqlı iddiaçıya verilməsi, hər iki iddia tələbinin təmin olunacağı təqdirdə qarşılıqlı iddianın ilk iddia ilə eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan JN-0271, KOD 90807038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 01 avqust 2000-ci il tarixli 04 saylı qərarı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.41 hektar torpaq sahəsi İddiaçı, X3, X4, X5 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ilk iddia tam, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 01 avqust 2000-ci il tarixli 04 nömrəli qərarı əsasında JN-0271, KOD 90807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı və dörd nəfər ailə üzvünün ümumi birgə mülkiyyətinə1.41 hektar torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qanunsuz sahibliyində olduğundan İddiaçı mülkiyyətçi kimi Cavabdeh həmin torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılmasını və torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Qarşılıqlı iddia tələbinə gəlincə, məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, ilk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı torpağın alınmasına görə verdiyi 1500 ABŞ dolları, 500 manat və torpağa çəkdiyi xərcə görə 3000 manat pul tələb edir. İlk İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında qarşılıqlı iddiaçıdan 1500 ABŞ dolları və 500 manat pul almasını etiraf etmişdir. Odur ki, məhkəmə qarşılıqlı iddianı 1500 ABŞ dolları və 500 manat hissəsində əsaslı hesab edir. Torpaq sahəsinə çəkilmiş xərcə görə 3000 manat pul tələb olunmasına gəlincə, bu barədə mötəbər sübutlar olmadığından məhkəmə iddia tələbini qeyd olunan hissədə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li qərarının 10-cu bəndində qeyd olunduğu kimi məhkəmə qərarlarında alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər tələb xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin məhkəmə qərarının icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməklə Saatlı rayon Aqrar İslahat Komissiyasının 01 avqust 2000-ci il tarixli 04 nömrəli qərarı əsasında JN-0271, KOD 90807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı, X3, X4, X5 və X2 ümumi birgə mülkiyyətinə verilmiş 1.41 hektar torpaq sahəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qanunsuz istifadəsi dayandırılmalı və o, həmin torpaq sahəsindən çıxarılmalı, qarşılıqlı iddia qismən təmin edilməklə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1500 ABŞ dolları icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun və 500 manat pul alınaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin olunmamalı, İlk iddia və qarşılıqlı iddia eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İlk iddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 01 avqust 2000-ci il tarixli 04 nömrəli qərarı əsasında JN-0271, KOD 90807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı, X3, X4, X5 və X2 ümumi birgə mülkiyyətinə verilmiş 1.41 hektar torpaq sahəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və o, həmin torpaq sahəsindən çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1500 ABŞ dolları icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun və 500 manat pul alınaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlk iddia və qarşılıqlı iddia eyni vaxtda icra edilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-1143/2023 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 31 oktyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İlk iddia üzrə torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarma, qarşılıqlı iddia üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İlk iddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 01 avqust 2000-ci il tarixli 04 nömrəli qərarı əsasında JN- 0271, KOD 90807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı, X3, X4, X5 və X2 ümumi birgə mülkiyyətinə verilmiş 1.41 hektar torpaq sahəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və o, həmin torpaq sahəsindən çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1500 ABŞ dolları icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun və 500 manat pul alınaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlk iddia və qarşılıqlı iddia eyni vaxtda icra edilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar