Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1163/2023 25.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 04 dekabr 2000-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X5 onun atası olmuşdur. X5 1943-cü ildə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olmuş, 04 dekabr 2000-ci il tarixdə vəfat etmiş və qohumları tərəfindən dəfn edilmişdir. Atasının ölümü ilə bağlı Saatlı rayonu sakinlərinin iştirakı ilə akt tərtib edilmişdir. Atasının ölümü haqqında şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona bildirmişlər ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Buna görə də ona 06 sentyabr 2023-cü il tarixdə X3 ölümünün qeydə alınmasından imtina haqqında rəy verilmişdir. Hazırda atası X3 ölüm faktının müəyyən edilməsi ona vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ona görə də göstərdiklərini nəzərə alaraq X3 04 dekabr 2000-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı oğlu, həmçinin yeznəsidir. X2 isə onun ən böyük qardaşı olmuşdur. X1 rayonu Əlisoltanlı kəndində yaşamış, 04 dekabr 2000-ci il tarixdə vəfat etmişdir. O, mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynı oğlu, həmçinin yeznəsidir. X2 Ərizəçi atasıdır. X5 2000-ci ildə vəfat etmiş, Saatlı rayonu Əlisoltanlı kəndində dəfn olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi oğludur. X2 Ərizəçi atasıdır. X5 04 dekabr 2000-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 06 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, X5 1943-cü ildə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon İcra Hakimiyyəti başçısının Əlisoltanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 06 sentyabr 2023-cü il tarixli 296 saylı arayışından görünür ki, Saatlı rayonu Əlisoltanlı kəndində yaşamış X5 1943-cü ildə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olmuş, 04 dekabr 2000-ci il tarixdə ölmüş, Əlisoltanlı qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölümün qeydə alınmasından imtina haqqında Saatlı rayon Qeydiyyat Şöbəsinin 06 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Ərizəçi ərizə ilə Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət edərək 04 dekabr 2000-ci il tarixdə vəfat etmiş X3 ölümünün qeydə alınmasını xahiş etmiş, lakin ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən X3 ölümünün qeydə alınmasından imtina olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin atası X5 04 dekabr 2000-ci il tarixdə Saatlı rayonu Əlisoltanlı kəndində vəfat etmiş, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi atasının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun atası, 1943-cü il təvəllüdlü X3 04 dekabr 2000-ci il tarixdə Saatlı rayonu Əlisoltanlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 1943-cü il təvəllüdlü X3 04 dekabr 2000-ci il tarixdə Saatlı rayonu Əlisoltanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1163/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1163/2023
25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver