Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1175/2024 26.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı X3nin Cavabdeh Əliəhməd oğluna qarşı qanunsuz istifadənin dayandırılması tələbinə dair mülki işə Saatlı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X3 Cavabdeh Əliəhməd oğluna qarşı qanunsuz istifadənin dayandırılması tələbinə dair tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı X3 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, iddiaçı X3 iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin qaytarılması barədə məhkəməyə ərizə verdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından Saatlı Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 2(055)-1175/2024 saylı qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264-cü maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı X3nin Cavabdeh Əliəhməd oğluna qarşı qanunsuz istifadənin dayandırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Saatlı Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 2(055)-1175/2024 saylı qərardadı ləğv edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1175/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-1175/2024
26.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver