Məhkəmə qərarları › İş №2(055)-1190/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1190/2023

02.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1190/2023 02.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə, Maraqlı şəxs iştirakı ilə Ərizəçi "xxxx" şirkətinin barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi "xxxx" şirkəti ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" şirkəti ilə Maraqlı şəxs arasında 10 mart 2023-cü il tarixdə bağlanmış MŞS/MT023/2023-00396 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmünə əsasən Maraqlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli biinərək 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında texniki təhlükəsizliyə məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Maraqlı şəxs törətdiyi cinayət əməli nəticəsində "xxxx" şirkətinə məxsus ticarət mərkəzinə 525000 manat maddi ziyan dəymiş və "xxxx" şirkəti zərər çəkmiş şəxs qismində tanınmışdır. Dəymiş ziyanın ödənilməsi ilə bağlı "xxxx" şirkəti tərəfindən mediasiya təşkilatına müraciət edilmiş və şirkətlə Maraqlı şəxs arasında 10 mart 2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs barışıq sazişinə əsasən dəymiş ziyanı aprel ayından başlayaraq 30 il müddətinə aylıq təxminən 1458 manat olmaqla hisssə-hissə ödəməli olduğu halda barışıq sazişini könüllü icra etməmişdir. Buna görə də 10 mart 2023-cü il tarixli MŞS/MT023/2023- 00396 saylı barışıq sazişinin icrasının təmin edilməsi üçün "xxxx" şirkəti tərəfindən məhkəməyə müraciət edilmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə həmçinin izahatında göstərdi ki, “Azsığorta” təşkilatı "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yanmış mağaza sahiblərinə sığorta ödənişi etdikdən sonra mediasiya təşkilatına müraciət edərək cavabdeh şəxsdən, Maraqlı şəxs sığorta ödənişini tələb etmişdir. Lakin sığorta təşkilatı tərəfindən "xxxx" şirkəti də cavabdeh şəxs kimi işə cəlb edilmişdir. "xxxx" şirkəti bununla razılaşmamış və mediasiya prosesində razılaşma əldə olunmamışdır. Daha sonra kommersiya məhkəməsinə müraciət olunmuşdur və hazırda "xxxx" şirkəti də həmin işdə cavabdehdir. Hətta sığorta təşkilatı "xxxx" şirkətinin direktorunu, montyor işləyən şəxsi və daha bir neçə nəfər şəxsi də cavabdeh kimi işə cəlb etmək üçün vəsatət qaldırmış, lakin vəsatət təmin edilməmişdir. Hazırda həmin iş üzrə yekun qərar çıxarılmamışdır. Bundan sonra "xxxx" şirkəti Maraqlı şəxs da sığorta təşkilatı kimi hərəkət etdiyini, sığorta ödənişinin "xxxx" şirkəti tərəfindən ödənilməsini tələb etdiyini görərək ondan dəymiş ziyanı tələb etmişlər və bunun üçün mediasiya təşkilatına müraciət etmişlər. Bundan sonra şirkətlə Maraqlı şəxs arasında 10 mart 2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Məhkəmə baxışı zamanı Maraqlı şəxs göstərdi ki, “Azsığorta” təşkilatı "xxxx" şirkətinə məxsus ticarət mərkəzində bir neçə nəfərə sığorta ödənişi etmişdir. O, həbsdən çıxdıqdan sonra sığorta təşkilatı subroqasiya qaydasında ondan pul tələb etmişdir. Lakin daha sonra ondan pulu tələb etməmişlər. “Azsığorta” təşkilatı ondan pulu tələb etdikdə o, bu işi mübahisələndirmək istəmişdir, lakin "xxxx" şirkəti ona imkan verməmiş və işlərin daha da qarışa biləcəyini söyləmişdir. O da məcbur olmuş və sğorta təşkilatının tələbinə qarşı çıxmamışdır. Daha sonra sığorta təşkilatı "xxxx" şirkətini də cavabdeh şəxs kimi işə cəlb edərək həm ondan, həm də "xxxx" şirkətindən sığorta ödənişini tələb etmişdir. "xxxx" şirkəti isə ona qarşı mediasiyada tələb irəli sürmüş və onunla formal olaraq dəymiş ziyanın ödənilməsi ilə bağlı barışıq sazişi imzalayaraq onu aldatmışdır. O, könüllü olaraq mediasiya prosesinə gedərək barışıq sazişini imzalasa da, bunun formal olacağını düşünmüşdür, lakin daha sonra şirkət ondan dəymiş ziyanı tələb etmişdir. Ona görə də, ərizənin təmin edilməməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" şirkəti ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 10 mart 2023-cü il tarixli MŞS/MT023/2023-00396 saylı barışıq sazişindən görünür ki, mediasiya sessiyası zamanı birinci tərəf Saatlı şəhəri, Azərbaycan xiyabanı 163-də yerləşən "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmü ilə təqsirli bilinən ünvan 1 ünvanında qeydiyyatda olan ikinci tərəf Maraqlı şəxs "xxxx" Şirkətinə yanğın nəticəsində dəymiş ziyanı, yəni 525000 manat ödənilməsini tələb etmişdir. İkinci tərəf Maraqlı şəxs, birinci tərəf "xxxx" Şirkətinə 525000 manat məbləğində yanğın nəticəsində ziyan vurduğunu bildirmişdir və bu tələbi tam olaraq qəbul etmişdir. İkinci tərəf Maraqlı şəxs, birinci tərəf "xxxx" Şirkətinə dəymiş ziyanı hissəhissə olmaqla 30 il müddətinə ödəməyi, birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə təklif etmişdir. Birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə, ikinci tərəf Maraqlı şəxs təklifini qəbul etmişdir və onunla razılaşmışdır. İkinci tərəf Maraqlı şəxs 2023-cü ilin aprel ayının 1-dən başlamaqla öhdəliyini yerinə yetirmədiyi təqdirdə, birinci tərəf "xxxx" Şirkətinin məhkəməyə müraciət etmək hüququ yaranır, ikinci tərəf Maraqlı şəxs buna etirazı olmamışdır. Tərəflərin bir-birlərinə qarşı başqa təklifləri və tələbləri olmamışdır və onlar barışıq sazişini imzalamışlar. Məhkəmə, ərizəçini və maraqlı şəxsi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Maraqlı şəxs barışıq sazişinə əsasən götürdüyü öhdəliyi icra etməyərək barışıq sazişinin icrasından boyun qaçırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, tərəflər arasında 10 mart 2023-cü il tarixdə mediatorun iştirakı ilə bağlanmış “mediasiya sessiyası zamanı birinci tərəf Saatlı şəhəri, Azərbaycan xiyabanı 163-də yerləşən "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmü ilə təqsirli bilinən ünvan 1 ünvanında qeydiyyatda olan ikinci tərəf Maraqlı şəxs "xxxx" Şirkətinə yanğın nəticəsində dəymiş ziyanı, yəni 525000 manat ödənilməsini tələb etməsi, ikinci tərəf Maraqlı şəxs, birinci tərəf "xxxx" Şirkətinə 525000 manat məbləğində yanğın nəticəsində ziyan vurduğunu bildirməsi və bu tələbi tam olaraq qəbul etməsi, ikinci tərəf Maraqlı şəxs, birinci tərəf "xxxx" Şirkətinə dəymiş ziyanı hissə-hissə olmaqla 30 il müddətinə ödəməyi, birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə təklif etməsi, birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə, ikinci tərəf Maraqlı şəxs təklifini qəbul etməsi və onunla razılaşması, ikinci tərəf Maraqlı şəxs 2023-cü ilin aprel ayının 1-dən başlamaqla öhdəliyini yerinə yetirmədiyi təqdirdə, birinci tərəf "xxxx" Şirkətinin məhkəməyə müraciət etmək hüququnun yaranması, ikinci tərəf Maraqlı şəxs buna etirazının olmaması, tərəflərin birbirlərinə qarşı başqa təklifləri və tələblərinin olmaması və onların barışıq sazişini imzalamaları” barədə MŞS/MT023/2023-00396 saylı barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 10 mart 2023-cü il tarixdə mediatorun iştirakı ilə "xxxx" şirkəti ilə Maraqlı şəxs arasında bağlanmış “mediasiya sessiyası zamanı birinci tərəf Saatlı şəhəri, Azərbaycan xiyabanı 163-də yerləşən "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmü ilə təqsirli bilinən ünvan 1 ünvanında qeydiyyatda olan ikinci tərəf Maraqlı şəxs "xxxx" Şirkətinə yanğın nəticəsində dəymiş ziyanı, yəni 525000 manat ödənilməsini tələb etməsi, ikinci tərəf Maraqlı şəxs, birinci tərəf "xxxx" Şirkətinə 525000 manat məbləğində yanğın nəticəsində ziyan vurduğunu bildirməsi və bu tələbi tam olaraq qəbul etməsi, ikinci tərəf Maraqlı şəxs, birinci tərəf "xxxx" Şirkətinə dəymiş ziyanı hissə-hissə olmaqla 30 il müddətinə ödəməyi, birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə təklif etməsi, birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə, ikinci tərəf Maraqlı şəxs təklifini qəbul etməsi və onunla razılaşması, ikinci tərəf Maraqlı şəxs 2023-cü ilin aprel ayının 1-dən başlamaqla öhdəliyini yerinə yetirmədiyi təqdirdə, birinci tərəf "xxxx" Şirkətinin məhkəməyə müraciət etmək hüququnun yaranması, ikinci tərəf Maraqlı şəxs buna etirazının olmaması, tərəflərin bir-birlərinə qarşı başqa təklifləri və tələblərinin olmaması və onların barışıq sazişini imzalamaları” barədə MŞS/MT023/2023-00396 saylı barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar