Məhkəmə qərarları › İş №2(055)-1191/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1191/2023

14.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1191/2023 14.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh 750 əyyarlı, 16.42 qram çəkidə və hal-hazırda 2134.60 manat dəyərində olan özünə məxsus bir ədəd brilyant qaşlı qızıl qolbağının, 42 manat ödənilmiş dövlət rüsumunun və 50 manat xidmət haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən 2022-ci ilin oktyabr ayının əvvəllərində 750 əyyarlı, 16,42 qram çəkidə və hal-hazırda 2134,60 manat dəyərində olan özünə məxsus bir ədəd brilyant qaşlı qızıl qobağını Saatlı şəhərində yerləşən Cavabdeh məxsus mağazada girov qoyaraq əvəzində 900 manat borc pul götürmüşdür. 21 oktyabr 2022-ci ildə həmin puldan 300 manat Cavabdeh qaytarmışdır. Həmin vaxt Zaur ona hər ay 200 manat gətirməyi və qızılını geri götürməyi demişdir. Bundan bir həftə sonra o Zaura borclu qaldığı 600 manat pulu düzəldərək Zaurun işlədiyi mağazaya gəlmişdir. Orada ona Zaurun bir neçə nəfəri aldadaraq qaçıb getdiyini demişlər. Dəfələrlə tələb etməyimə baxmayaraq cavabdeh onu müxtəlif bəhanələrlə aldadaraq onun qızılını qaytarmamışdır. Bunla bağlı Saatlı rayon polis şöbəsinə müraciət etmişdir. Orada cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 15 iyun 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş fotoşəkildən görünür ki, 750 əyyarlı, 16.42 qram çəkidə olan qızıl qolbağı girov qoyulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad rayon Kooperativ Cəmiyyətinin 17 avqust 2023-cü il tarixli rəyindən görünür ki, 750 əyyarlı, 16.42 qram çəkidə olan qızıl qolbağı 2134.60 manat dəyərindədir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan razılaşmaya əsasən ididaçı 750 əyyarlı, 16,42 qram çəkidə və hal-hazırda 2134,60 manat dəyərində olan özünə məxsus bir ədəd brilyant qaşlı qızıl qobağını Saatlı şəhərində yerləşən Cavabdeh məxsus mağazada ona girov qoyaraq əvəzində 900 manat borc pul götürmüş, iddiaçı həmin pulu cavabdehə qaytarmış, lakin cavabdeh tərəflərin arasında olan razılaşmaya uyğun olaraq 750 əyyarlı, 16,42 qram çəkidə və hal-hazırda 2134,60 manat dəyərində olan bir ədəd brilyant qaşlı qızıl qobağını iddiaçıya qaytarmamışdır. Buradan da göründüyü kimi İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Bu hal iddiaçının izahatı və iş materialları ilə bir daha öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 750 əyyarlı, 16.42 qram çəkidə, hal-hazırda 2134 (iki min bir yüz otuz dörd) manat 60 (altmış) qəpik dəyərində iddiaçıya məxsus bir ədəd brilyant qaşlı qızıl qolbağı alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı 42 manat dövlət rüsumu və 50 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 42 manat dövlət rüsumu və 50 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 750 əyyarlı, 16.42 qram çəkidə, hal-hazırda 2134 (iki min bir yüz otuz dörd) manat 60 (altmış) qəpik dəyərində iddiaçıya məxsus bir ədəd brilyant qaşlı qızıl qolbağı alınaraq İddiaçı verilsin. Cavabdeh 42 manat ödənilmiş dövlət rüsumu və 50 manat xidmət haqqı, cəmi 92(doxsan iki) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. ilə düzdür Hakim İş № 2(055)-1191/2023 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 14 noyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 750 əyyarlı, 16.42 qram çəkidə, hal-hazırda 2134 (iki min bir yüz otuz dörd) manat 60 (altmış) qəpik dəyərində iddiaçıya məxsus bir ədəd brilyant qaşlı qızıl qolbağı alınaraq İddiaçı verilsin. Cavabdeh 42 manat ödənilmiş dövlət rüsumu və 50 manat xidmət haqqı, cəmi 92(doxsan iki) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar